Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə29/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   ...   24   25   26   27   28   29   30   31   32

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ ,MİHİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 22.06.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

Səhifələrin sayı: 2 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün: AR Milli Məclisi

Məsələyə dair: BR Xalq Məclisinin Səhiyyə məsələləri üzrə komissiyasının sədri Desislava Atanasova ilə keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Məlumat üçün bildiririk ki, cari ilin 22 iyun tarixində Səfir E.Kərimov Bolqarıstan Respublikasının Xalq Məclisinin Səhiyyə məsələləri üzrə komissiyasının sədri, “Gerb” partiyasının üzvü Desislava Atanasova ilə tanışlıq məqsədi ilə görüş keçirmişdir.

Görüş zamanı Səfir E.Kərimov iki ölkə arasında yüksək səviyyəli ikitərəfli və çoxtərəfli münasibətlərdən danışmış və ölkəmiz barəsində qarşı tərəfə ətraflı məlumat vermişdir.

Sonra. Parlamentlərarası əlaqələrin inkşaf etdirilməsinin əhəmiyyətin-dən danışaraq, bu əlaqələrin daha da inkişaf etdirilməsinə ölkəmizin xüsusi diqqət yetirdiyini qeyd etmişdir.

Bununla yanaşı, Səfir E.Kərimov ölkəmizin Bolqarıstanla bütün sahələrdə əlaqələrin inkişafına maraq göstərdiyini qeyd edərək, səhiyyə sahəsində əlaqələrin inkişafının bizim üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmiş və qarşı tərəflə bu sahədə əlaqələrin inkişaf perspektivlərini müzakirə etmişdir.


Öz növbəsində xanım D.Atanasova ölkəmizin Bolqarıstan üçün əhəmiyyətli ölkə olduğunu bildirərək, ölkəsinin də Azərbaycanla Parlamentlərarası əlaqələrin inkişafına maraq göstərdiyini qeyd etmiş və bu yüksək səviyyəli əlaqələrin iki ölkənin Parlamentlərinin Səhiyyə komissiyaları arasında da qurulmasının zəruri olduğunu vurğulayaraq, bu istiqamətdə Bolqarıstan tərəfindən lazımı tədbirlərin görülməsinə hazır olduğunu bildirmişdir.

Sonra xanım D.Atanasova Bolqarıstanda səhiyyə sahəsində indiyənədək qəbul edilən vacib qanunvericilik aktları barədə məlumat vermiş və ölkəmizdə sovet dövründən bazar iqtisadiyyatına keçid dövrü ərzində səhiyyə sahəsində Parlamentdə qəbul edilmiş qanunvericilik aktları barədə maraqlanaraq, bu barədə ətraflı məlumatın ona təqdim edilməsini xahiş etmiş və səhiyyə sahəsində məlumatların qarşılıqlı mübadiləsinin əhəmiyyətindən danışmışdır.


Sonda Səfir E.Kərimov xanım D.Atanasovaya səmimi qəbula görə təşəkkürünü bildirmiş və Parlamentlərarası əlaqələrin inkişafı istiqamətində lazımi köməkliyin göstərilməsinə daim hazır olduğumuzu bildirmişdir.
Qeyd olunan məlumatları diqqətinizə təqdim edir və ölkəmizdə sovet dövründən bazar iqtisadiyyatına keçid dövrü ərzində səhiyyə sahəsində qəbul edilmiş qanunvericilik aktları barədə məlumatın aidiyyatı üzrə əldə edilərək bizə göndərilməsinə dair göstəriş verməyinizi xahiş edirik.

Hörmətlə,


Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 23.06.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 2 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün: Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası

Məsələyə dair: BR Mədəniyyət Nazirliyinin nəznində Sofiya Filarmoniyasının baş direktoru Yavor Dimitrovla keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Məlumat üçün bildiririk ki, cari ilin 23 iyun tarixində BR Mədəniyyət Nazirliyinin nəznində Sofiya Filarmoniyasının baş direktoru Yavor Dimitrovun təşəbbüsü ilə onunla görüş keçirilmişdir.
Görüş zamanı iki ölkə arasında yüksək səviyyəli əlaqələrdən danışılmış və mədəniyyət xüsusən, musiqi sahəsində əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə edilmişdir.
Sonra cənab Y.Dimitrov rəhbərlik etdiyi qurum barəsində məlumat verərək, Sofiya Filarmoniyasının Azərbaycan Dövlət Filarmoniyası ilə müsbət əlaqələrin qurulmasında maraqlı olduğunu bildirmiş və bu istiqamətdə tərəflərindən lazımi tədbirlərin görülməsinə hazır olduqlarını qeyd etmişdir.
Bununla yanaşı, cənab Y.Dimitrov Azərbaycan musiqilərinin Bolqarıstanda peşəkar musiqi heyyətləri tərəfindən ifa edilməsinin mümkünlüyünü bildirmiş və qurumlar arasında orkestrlər, dirijorlar səviyyəsində mübadilələrin aparılmasını təklif etmişdir.
Sonda Səfir E.Kərimov cənab Y.Dimitrova görüş zamanı aparılmış müzakirələrin, təqdim olunmuş təkliflərin böyük maraq doğurduğunu və musiqi sahəsində əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə ümid etdiyini qeyd edərək, görüş barədə məlumatın Azərbaycan Dövlət Filarmoniyasına göndəriləcəyini bildirmişdir.
Yuxarıda qeyd olunan məlumatları diqqətinizə təqdim edir və iki ölkənin Filarmoniyaları arasında əlaqələrin qurulması məsələsinə baxılması üçün müvafiq məlumatın aidiyyatı üzrə göndərilməsinə dair göstəriş verməyinizi xahiş edirik.

Hörmətlə,


Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MTPİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 23.06.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 2 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə

Məsələyə dair: Kipr (yunan) və Malta Hərbi Ordeninin nümayəndəliyi tərəfindən Səfirliyə göndərilən dəvətlərə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab A.Əzimova

Hörmətli Araz müəllim,


Bildiyiniz kimi, ölkəmizin bəzi dövlətlərlə müəyyən səbəblərdən diplomatik əlaqələri mövcud deyildir.
Qeyd etmək istərdik, bu dövlətlər sırasında olan Kipr (yunan) və Malta Hərbi Ordeninin Bolqarıstandakı nümayəndəlikləri Səfirliyimizlə təmasların yaradılması məqsədi ilə tərəflərindən tez-tez keçirilən rəsmi qəbullara, müxtəlif tədbirlərə Səfirliyimizi dəvət edir və bu kimi yollarla əlaqələrin yaradılmasına çalışır.

Bununla əlaqədar, qeyd olunan dövlətlərin nümayəndəlikləri tərəfindən keçirilən tədbirlərdə Səfirliyin iştirakının məqsədəuyğun olub olmamasına dair göstəriş verməyinizi xahiş edirik.


Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ ,MİHİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 24.06.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 3 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün: AR Milli Məclisi

Məsələyə dair: BR Xalq Məclisinin Mədəniyyət, vətəndaş cəmiyyəti, mətbuat məsələləri üzrə komissiyasının sədri Daniyela Petrova ilə keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Məlumat üçün bildiririk ki, cari ilin 24 iyun tarixində Səfir E.Kərimov Bolqarıstan Respublikasının Xalq Məclisinin Mədəniyyət, vətəndaş cəmiyyəti, mətbuat məsələləri üzrə komissiyasının sədri, “Gerb” partiyasının üzvü Daniyela Petrova ilə tanışlıq məqsədi ilə görüş keçirmişdir.
Görüş zamanı Səfir E.Kərimov iki ölkə arasında inkişaf edən yüksək səviyyəli münasibətlərdən danışaraq, ölkəmizin Bolqarıstanla münasibətləri-nin inkişafına xüsusi diqqət yetirdiyini bildirmiş və dost ölkə olan Bolqarıstanın regionda yaxın tərəfdaşımız olduğunu qeyd etmişdir.
Bununla yanaşı, Səfir E.Kərimov ölkələrimiz arasında müxtəlif sahələrdə inkişaf edən əlaqələr barəsində xanım D.Petrovaya məlumat verərək, iki ölkə arasında mədəniyyət, mətbuat sahəsində yüksək səviyyəli əlaqələrin qurulmasının vacibliyini bildirmiş və həmin əlaqələrin inkişaf edirilməsi perspektivlərini qarşı tərəflə müzakirə etmişdir.

Həmçinin, Səfir E.Kərimov iki ölkə arasında yüksək səviyyəli Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən danışaraq, bu sıx əlaqərin daha da gücləndirilməsində ölkəmizin maraqlı olduğunu və bunun üçün tərəfimizdən lazımı tədbirlərin görülməsinə hazır olduğumuzu bildirmişdir.

Sonra Səfir E.Kərimov BR Mədəniyyət naziri V.Rəşidovun cari ilin aprel ayında ölkəmizə səfəri barəsində danışaraq, səfər zamanı iki ölkə arasında Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Sazişin imzalanması, eləcə də ölkəmizdə dövlət daxili prosedurlardan keçərək təsdiq edilməsi barədə məlumat vermiş və bu önəmli Sazişin ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına böyük təsir göstərəcəyinə ümidvar olduğunu qeyd edərək, Saziş çərçivəsində qarşılıqlı Mədəniyyət Günlərinin, müxtəlif tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdir.

Öz növbəsində xanım D.Petrova dost ölkə olan Azərbaycanın ölkəsi üçün xüsusi əhəmiyyət daşıdığını bildirmişdir.

Sonra iki ölkə arasında yüksək səviyyəli Parlamentlərarası əlaqələrin komissiyalar səviyyəsində də qurulmasının, inkişaf etdirilməsinin vacibliyini vurğulamış və komissiyalar arası əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə rəhbərlik etdiyi komissiya ilə AR Milli Məclisinin müvafiq komissiyası arasında qaşılıqlı səfərlərinin həyata keçirilməsini təklif etmişdir.

Bununla yanaşı, xanım D.Petrova rəhbərlik etdiyi komissiyanın fəaliyyətindən danışaraq, mədəniyyət, vətəndaş cəmiyyəti, mətbuat sahələri üzrə BR Xalq Məclisində qəbul edilmiş qanunlar barəsində məlumat vermiş və ölkəmizdə bu sahələr üzrə qəbul edilmiş normativ hüquqi aktlarla eləcə də dövlətimizin bu sahələr üzrə apardığı islahatlarla maraqlanmışdır


Öz növbəsində Səfir E.Kərimov qarşı tərəfin müraciətini müvafiq qaydada cavablandırmış və ölkələrimizin Parlamentlərinin mədəniyyət, vətəndaş cəmiyyəti, mətbuat sahələri üzrə komissiyaları arasında yüksək səviyyəli əlaqələrin qurulmasının, həmin sahələr üzrə iki ölkə arasında əlaqələrin inkişafına böyük təsir göstərəcəyinə ümidvar olduğunu qeyd etmişdir.
Sonda səmimi Səfir E.Kərimov səmimi qəbula görə təşəkkürünü bildirmiş və görüş barədə məlumatın AR Milli Məclisinə göndəriləcəyini qeyd etmişdir.
Qeyd olunan məlumatları diqqətinizə təqdim edir və BR Xalq Məclisinin Mədəniyyət, vətəndaş cəmiyyəti, mətbuat məsələləri üzrə komissiyasının AR Milli Məclisinin müvafiq komissiyası ilə əlaqələrin qurulması məsələsinə baxılması üçün müvafiq məlumatın aidiyyatı üzrə göndərilməsinə dair göstəriş verməyinizi xahiş edirik.

Hörmətlə,


Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ ,MİHİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 27.06.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

Səhifələrin sayı: 2 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə

Məsələyə dair: Bolqarıstan Sosialistlər Partiyasının sədri Serqey Stanişevlə keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Bildiririk ki, cari ilin 27 iyun tarixində Səfir E.Kərimov Bolqarıstan Sosialistlər Partiyasının (BSP) sədri Serqey Stanişevlə tanışlıq məqsədi ilə görüş keçirmişdir.
Görüş zamanı Səfir E.Kərimov tanışlığa görə məmnunluğunu ifadə etmiş və iki ölkə arasında inkişaf edən münasibətlərdən danışmışdır. Sonra ölkələrimiz arasında xüsusi ilə energetika sahəsi üzrə münasibətlərin günü-gündən inkişaf etdiyini vurğulayan Səfir E.Kərimov, ölkəmizin Bolqarıstanla qeyri enerji sektoru üzrə də yüksək səviyyəli əlaqələrin qurulmasında maraqlı olduğunu bildirmişdir.

Bununla yanaşı, Səfir E.Kərimov iki ölkə arasında Parlamentlərarası sıx əlaqələrdən danışmış və bu əlaqələrin inkişafına dövlətimizin xüsusi diqqət yetirməsini qeyd edərək, Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi perspektivlərini qarşı tərəflə müzakirə etmişdir.

Sonra ölkəmiz, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsi barədə cənab S.Stanişevə məlumat verərək, münaqişənin həlli istiqamətində 17 ildən artıq davam edən nəticəsiz danışıqlardan bəhs etmiş və münaqişənin həll olunmamasının regionda sabitliyə mənfi təsir göstərdiyini qeyd etmişdir.
Öz növbəsində cənab S.Stanişev ölkəmizin Bolqarıstan üçün həm iqtisadi, həmdə siyasi çəhətdən strateji ölkə olduğunu qeyd etmiş və regionda lider ölkə olduğunu bildirmişdir.

Bununla yanaşı, cənab S.Stanişev Baş nazir kimi onun 2007-ci ildə ölkəmizə baş tutmuş səfəri barəsində məlumat verərək, Azəbaycan barəsində xoş təsurratlara, eləcə də sıx təmaslara malik olduğunu bildirmişdir.

Sonra cənab S.Stanişev Bolqarıstanda Hökumətə rəhbərlik etdiyi dövrlərdə ölkəsi üçün vacib olan iqtisadi və enerji layihələrinin həyata keçirilməsində apardıqları işlərdən, imzalanan Sazişlərdən danışaraq, həmin dövrlərdə ölkəmizlə iqtisadi, energetika sahələrində əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər barəsində məlumat vermişdir.

Bundan əlavə, Bolqarıstanda ənənəvi inkişaf edən turizm, kənd təsərrüfatı, yüngül sənaye sahələri üzrə ölkəmizlə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, bu yöndə müvafiq işlərin görülməsi-nin zəruri olduğunu qeyd etmişdir.

Daha sonra cənab S.Stanişev regionumuza yaxşı bələd olduğunu və Dağlıq Qarabağ münaqişəsinin region üçün ciddi problem olduğunu bildirərək, ölkəsinin, münaqişənin sülh yolu ilə ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə dəstək verdiyini qeyd etmiş və dost ölkə olan Azərbaycana bu probleminin həllində Aİ tərəfindən dəstək verilməsi üçün Bolqarıstanın Avropa Parlamentindəki deputatlarının daim yüksək səy göstərdiklərini bildirmişdir.
Sonda Səfir E.Kərimov səmimi qəbula görə təşəkkürünü bildirmiş və əməkdaşlıq çərçivəsində tez-tez bu cür görüşlərin keçiriləcəyinə ümidvar olduğunu qeyd etmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ ,MTPİ, MXSP Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 29.06.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 2 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə

Məsələyə dair: Kosova dövlətinin Xarici İşlər naziri Enver Xocayın Bolqarıstana rəsmi səfəri
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Bildiririk ki, 28.06.2011-ci il tarixində Kosova dövlətinin Xarici İşlər naziri Enver Xocay Bolqarıstan Respublikasında 1 günlük rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində cənab E.Xocay həmkarı N.Mladenovla görüşmüş və görüş zamanı iki ölkə arasında yeni yaranan iki tərəfli, regional məsələləri müzakirə etmiş və Kosovanın Avropa strukturlarına, Avropa İttifaqına inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparmışdır.

Müzakirələrdən sonra iki ölkənin Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol və Avtomobil nəqliyyatı vasitəsi ilə beynəlxalq yükdaşımalar sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Saziş imzalanmışdır.
Mərasimdən sonra həmkarlar üçün mətbuat konfransı təşkil olunmuşdur.

Kosova dövlətinin Xarici İşlər naziri E.Xocay çıxışı zamanı ilk öncə Bolqarıstan dövlətinə və xalqına gənc Kosova dövlətini hər zaman dəstəklədiyinə görə təşəkkür etmiş və ölkəsinin Aİ-na inteqrasiyası prosesində Bolqarıstanın göstərdiyi əvəzolunmaz yardımlarına, eləcə də bu istiqamətdə həmkarı N.Mladenova faydalı məsləhətlərinə görə minnətdarlı-ğını bildirmişdir. Sonra iki ölkə arasında imzalanmıış mühüm sənədlərin əhəmiyyətindən danışaraq, bu kimi halların iki ölkə arasında əlaqələrin inkişafına böyük təsir göstərdiyini bildirmişdir.

Daha sonra Kosova və Serbiya dövlətləri arasında münasibətlərə komentariya verərək, hazırda iki ölkə arasında əlaqələrin yaxşılaşdığını və bu ilin mart ayından Priştina və Belqrad arasında münasibətlərin tənzimlənməsi üçün danışıqların başlandığını qeyd etmiş və danışıqlarda texniki məsələlərin, telekomunikasiya əlaqələrinin, sadələşdirilmiş sərhəd rejimi məsələlərinin müzakirə olunduğunu bildirmişdir.

Bununla yanaşı, cənab E.Xocay Serbiya dövlətinin danışıqlarda tutduğu dəyişkən mövqeyini tənqid edərək, Serbiya dövlətinin Kosovanın parçalanması və ya Kosovaya xüsusi statusun verilməsi təklifinin xalqı, dövləti tərəfindən pis qarşılandığını bildirmiş və bu halın baş verəcəyi təqdirdə regionda stabilliyə mənfi təsir göstərəcəyini qeyd edərək, Serbiya dövlətininin Kosovanın müstəqilliyini tanımağa çağırmışdır..


Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ ,MTPİ, MXSP Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 01.07.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

Səhifələrin sayı: 4 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə

Məsələyə dair: “Kliment Orxidski adına Sofiya Dövlət Universitetinin” Klassik və yeni filoloqiya fakultəsinin (tərkibində ermənişünaslıq bölməsi olan) dekanı xanım Petya Yanova ilə keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Səfirliyin SSOF/142/11 saylı, 13.04.2011-ci il tarixli (Sofiya Dövlət Universitetinin rektoru İ.İlçevlə keçirilmiş görüşə dair) əlavə olaraq bildiririk ki, cari ilin 30 iyun tarixində Səfir E.Kərimov “Kliment Orxidski adına Sofiya Dövlət Universitetinin” Klassik və yeni filologiya fakultəsinin (tərkibində ermənişünaslıq bölməsi olan) dekanı xanım Petya Yanova ilə görüş keçirmişdir.
Görüş zamanı Səfir E.Kərimov xalqlarımız və dövlətlərimiz arasında tarixən mövcud olan sıx münasibətlərin günü-gündən inkişaf etdiyini bildirərək, iki ölkə arasında müxtəlif sahələr üzrə əlaqələrin yüksək səviyyədə olmasını qeyd etmişdir.

Sonra ölkəmizdə təhsilə ayrılan xüsusi dövlət qayğısından danışaraq, ölkəmizin Bolqarıstanla təhsil sahəsi üzrə əlaqərinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etmiş və bu istiqamətdə tərəfimizdən aparılan müvafiq işlər (BR Təhsil nazirinin ölkəmizə səfərinin təşkil edilməsi, qurumlar arasında əməkdaşlıq haqqında Saziş layihəsinin imzalanması ilə bağlı prosedur işlərin aparılması, Saziş çərçivəsində tələbə mübadilələrinin həyata keçirilməsi) barəsində məlumat vermişdir.

Bununla yanaşı, “Kliment Orxidski adına Sofiya Dövlət Universiteti” ilə “Bakı Slavyan Universiteti” arasında mövcud olan sıx münasibətlərdən danışaraq, bu cür yüksək səviyyəli əlaqələrin “Bakı Dövlət Universiteti” ilə də qurulmasına maraqlı olduğunu bildirmiş və bu istiqamətdə də aparılan işlər barəsində məlumatlar xanım P.Yanovanın diqqətinə çatdırmışdır.

Bundan əlavə, Səfir E.Kərimov ölkəmiz, xüsusi ilə ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsi barədə qarşı tərəfə ətraflı məlumat verərək, erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 %-nin işğal edilməsindən, 1 milyondan çox soydaşımızın öz dədə-baba torpaqlarından qaçqın düşməsindən, erməni vəhşiliklərindən, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarlardan ətraflı danışmışdır.

Daha sonra Səfir E.Kərimov xanım P.Yotovanın rəhbərlik etdiyi fakultədə “ermənişünaslıq və Qafqazşünaslıq” bölməsi ilə maraqlanaraq, qeyd olunan bölməyə bu çür adın verilməsi ilə ermənistana, digər Qafqaz ölkələri ilə müqayisədə ayrı yanaşılmanın düzgün olmadığını, Qafqazda kiçik ermənistanla yanaşı, zəngin tarixə, mədəniyyətə, incəsənətə malik olan, Qafqazın lider sayılan Azərbaycanın və qonşu Gürcüstanın mövcud olduğunu qeyd etmiş və ermənilərin həmişə ölkəmizə məxsus olan zəngin incilərimizin özləşdirdiklərini, eləcə də dünya ictimaiyyət arasında ölkəmiz haqqında pis fikirlərin yaradılması üçün daim çalışdıqlarını bildirmişdir.
Öz növbəsində xanım P.Yanova ilk öncə tanışlığa görə məmnunluğunu ifadə etmiş və təhsil sahəsində iki ölkə arasında əlaqələrinin inkişafı istiqamətində aparılan işləri yüksək qiymətləndirmişdir.

Sonra xanım P.Yanova fakultəsindəki ermənişünaslıq bölməsi barədə məlumat verərək, qeyd olunan bölmənin Bolqarıstanda çox saylı erməni milliyyətli bolqar vətəndaşlarının yaşaması ilə əlaqədar yaradıldığını bildirmiş və həmin bölmədə 21 fənn üzrə (ermənistan tarixi, erməni dili və s.) tədris verildiyini, bu fənnlər üzrə tədrisin 2 nəfər ermənistanla bağlı (1 nəfər ermənistanda, 1 nəfər Rusiyada təhsil alan, yaşayan) bolqar vətəndaşları və ermənistandan uzunmüddətə ezam olunan 1 nəfər ermənistan vətəndaşı tərəfindən aparıldığını bildirmişdir.

Daha sonra xanım P.Yanova rəhbərlik etdiyi fakultədə ermənişünaslıq bölməsinin, Qafqazşünaslıq bölməsi ilə birləşdirilməsinin yanlış addım olduğunu təsdiqləyərək, bu addımın müvafiq qurumlar tərəfindən son zamanlar ermənişunaslıq bölməsinə üz tutan tələbələrin sayının az olması, eləcə də Qafqazşünaslıq sahəsi üzrə mütəxəssis qıtlığı ilə bağlı Qafqazşünaslıq bölməsi üzrə tədrisin cəmi 6 fənn üzrə verilməsi səbəbindən, heç bir siyasi xarakter daşımadan atıldığını bildirmişdir.

Bununla yanaşı, xanım P.Yanova ermənişünaslıq və Qafqazşünaslıq bölməsində çalışan bütün müəllimlərin qərəzsis mövqedə tədris verdiklərinə əmin olduğunu və ölkəmizlə bağlı tələbələr arasında mənfi fikirlər yaratmaqla tədris qaydalarını pozmaq iqtidarında olmadıqlarını qeyd etmişdir.

Bundan əlavə, xanım P.Yanova fakultəsində ölkəmizlə də bağlı bölmənin açılmasında və ya Qafqazşünaslıq bölməsi daxilində ölkəmizlə bağlı fənnlərin tədris edilməsində maraqlı olduğunu bildirmiş və bunun üçün qarşılıqlı olaraq müvafiq işlərin aparılmasını bildirərək, aşağı təklifləri Səfir E.Kərimovun diqqətinə təqdim etmişdir.


  1. Universitet daxilində gələcəkdə yaradıla biləcək Azərbaycan bölməsində və ya Qafqazşünaslıq bölməsində ölkəmizlə bağlı müxtəlif fənnlər üzrə tədris verməsi üçün ölkəmizdən müəllimlərin (xüsusi ilə 1 nəfər bolqar dili bilən filoloqun) ezam olunması




  1. Azərbaycan dili, mədəniyyəti, tarixi ilə bağlı mütəxəssislərin yetişdirilməsi üçün qarşılıqlı müəllim və tələbə mübadiləsinin aparılması

Eyni zamanda Xanım P.Yanova təklifi üzrə ölkəmizdən müəllimlərin ezam olunacağı təqdirdə onların maddi (əmək məvacibi) və məişət şəraiti (ev təminatı) mövcud təcrübələrinə görə ölkəsi tərəfindən ödəniləcəyini bildirmiş və bu məsələ ilə bağlı Universitetlər və Təhsil Nazirlikləri arasında müvafiq sazişlərin imzalanmasının zəruri olduğunu qeyd etmişdir.
Sonra xanım P. Yanova gələcəkdə bu sahədə görüləcək işlərin hər iki tərəf üçün böyük fayda verəcəyinə ümidvar olduğunu bildirərək, ermənişünaslıq və Qafqazşünaslıq bölməsi ilə daha yaxından tanış olmaq və ölkəmizlə bağlı fakultə daxilində müvafiq işlərin görülməsi perspektivlərini müzakirə etmək üçün filologiya fakultəsinin tərkibində olan Şərq dilləri və mədəniyyətləri Mərkəzi ilə əlaqə yaradılmasını məsləhət görmüşdür.
Sonda Səfir E.Kərimov səmimi qəbula və faydalı məsləhətlərinə görə təşəkkürünü bildirmiş və əməkdaşlıq çərçivəsində tez-tez görüşlər keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Həmçinin qeyd etmək istərdik ki, yaxın zamanlarda Səfirlik tərəfindən Sofiya Dövlət Universitetinin Şərq dilləri və mədəniyyətləri Mərkəzinin direktoru ilə görüş keçirilməsi planlaşdırılır və görüş keçiriləcəyi təqdirdə dərhal görüş barədə məlumat Mərkəzə göndəriləcəkdir.

Qeyd olunan məlumatları diqqətinizə təqdim edir və Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin Bolqarıstanda təbliği və təşviqi istiqamətində Sofiya Dövlət Universitetində ölkəmizlə bağlı mühazirələrin təşkilində müvafiq mütəxəssislərin Bakı Slavyan Universiteti, Xarici Dillər Universiteti, Bakı Dövlət Universiteti və s təhsil müəssisələri tərəfindən təmin edilməsi məsələsinə baxılması üçün aidiyyatı üzrə müvafiq işlərin görülməsinə dair göstəriş verməyinizi xahiş edirik

Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin