Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə21/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MİƏİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 22.02.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +2 Əlavə olunur: qovluq-1 ədəd

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün: Nazir müavini M.Məmməd-Quliyev
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Bansko şəhərində keçirilən görüşə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini M.Məmməd-Quliyevə

Hörmətli Mahmud müəllim,


Məlumat üçün bildiririk ki, Bansko şəhər icra hakimiyyətinin başçısının dəvəti ilə cari ilin 18-20 fevral tarixlərində Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Kazaxıstan Respublikalarının Səfirləri Bansko şəhərinə səfər etmişlər. Dəvətin məqsədi Bansko şəhəri ilə tanışlıq və turizm əlaqələrinin inkişaf etdirilməsi imkanlarının araşdırılması olmuşdur.

Səfər zamanı icra hakimiyyəti tərəfindən qonaqlara şəhərin tarixi yerləri və Balkanda ən məşhur olan Qış Xizək Mərkəzi göstərilmişdir.

Sonra şəhər icra hakimiyyətinin başçısı Aleksandr Kravarov ilə Səfirlər arasında görüş keçirilmişdir. Görüş zamanı şəhər meri qonaqlara şəhərin tarixi, mədəni abidələri, turizm (yay, qıs) infrastrukturları eləcə də turizm sahəsində 10-15 il ərzində görülən işlər, mövcud təcrübələr barədə ətraflı məlumat vermişdir. Həmçinin cənab A.Kravarov tərəfindən qonaqlara Pirin dağları ətəyində yerləşən və Bolqarıstanın ən böyük Qış Turizm Mərkəzi olan Bansko şəhərində 3 böyük Xizək Meydanın olduğu qeyd edilərək, bu meydanlardan ən yüksəyi (1700-2500 metr) olan Şiligarnika meydanında slalom idman növü üzrə yarışların keçirildiyi, kayak yollarının yerləşdiyi, yüksəkliyinə görə ikinci yerdə (1100-1600 metr) olan Çalin Volog meydanının az təcrübəli idmançılar üçün istifadə edildiyi, üçüncü meydan olan Bınderişka polyana meydanında isə xizək üzərində qaçış idman növü üzrə müxtəlif yarışlar təşkil edildiyi bildirilmiş və bu üç meydanın bir birləri ilə kanat yolları vasitəsi ilə əlaqəli olduqları qeyd edilmişdir.

Sonra şəhər meri tərəfindən qonaqlara 2012-ci ildə Xizək üzrə Dünya Çempionatının Bansko şəhərində keçiriləcəyi və bunun üçün yüksək hazırlıq işlərinin görülməsi barədə məlumat verilmişdir.

Eyni zamanda cənab A.Kravarov Bansko şəhərinin Bolqarıstanın və Balkan bölgəsinin qış paytaxtı olduğunu və Bolqarıstanda ən uzun qış mövsümünün (dekabr-aprel) keçdiyini bildirərək, bu şəhərdə qış turizmi ilə yanaşı, yay turizmisinin də inkişaf etdiyini, çox sayda müasir mehmanxanaların mövcud olduğunu, turistlər üçün bütün şəraitlərin yaradıldığını qeyd etmişdir. Şəhər meri sözlərini davam etdirərək, Bansko şəhərinin qədim tarixi abidələri, zəngin mətbəxi, xalq musiqiləri və rəqsləri ilə, həmçinin Qərbi Avropa ölkələri ilə müqayisədə aşağı, əlverişli qiymətləri ilə turistləri cəlb etdiyini və son zamanlar şəhərə gələn turistlərin saylarının dayanmadan artdığını, əksəriyyətinin İngiltərədən, Almaniyadan, Avstriyadan, Türkiyədən, Şərqi Avropa və MDB ölkələrindən olduğunu bildirmişdir. Bununla yanaşı, cənab A.Kravarov qonaqlara Bansko şəhərində tez-tez caz festivallarının, müxtəlif mədəni tədbirlərin keçirildiyini bildirmiş və eləcə də şəhərdə olan tarixi abidələr (Svetaya Troyitsa və başqaları), Banskoda doğulan məşhur şəxsiyyətlər (Bolqarıstanın tarixini ilk dəfə qələmə alan Paisi Xilandarski, bolqar şairləri Neofit Rilski, Nikolo Vaptsarov və başqaları) barədə ətraflı məlumat vermişdir.

Görüşdən sonra şəhər meri tərəfindən Səfirlər üçün geniş KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı təşkil edilmişdir. Mətbuat konfransında cənab A.Kravarov çıxış edərək, Səfirlərin Bansko şəhərinə dəvətinin məqsədini MDB ölkələrindən turistlərin cəlb edilməsi və bu ölkələrin müvafiq şəhərləri ilə qardaşlaşmış əlaqələrin qurulması olduğunu bildirmişdir.

Sonra dəvət olunmuş Səfirlərin çıxışları zamanı, öz növbəsində Səfir E.Kərimov ölkəmizin Bolqarıstanla energetika, iqtisadiyyat sahəsində inkişaf edən yüksək münasibətlərlə yanaşı turizm sahəsində də əlaqələrin genişlənməsinə (o, cümlədən qış turizmi) böyük önəm verdiyini bildirmişdir.
Yuxarıda qeyd olunanları və ölkə rəhbərliyinin turizmin inkişafına xüsusi diqqətini nəzərə alaraq, aşağıdakı istiqamətlər üzrə müvafiq işlərin görülməsini məqsədəuyğun hesab edirik.


  1. Bolqarıstanın və Balkan bölgəsinin qış paytaxtı olan Bansko şəhərini nümunə götürərək, qış turizmi üzrə ölkəmizlə Bolqarıstan Respublikası arasında təcrübə mübadiləsinin aparılması;




  1. Bansko şəhəri ilə ölkəmizin müvafiq şəhərləri arasında Şəki-Qabrova kimi qardaşlaşmış əlaqələrin qurulması

Bununla əlaqədar, qeyd olunan məlumatların AR Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara göndərilməsi üçün göstəriş verməyinizi xahiş edirik.

Əlavə olunur: Bansko şəhər icra hakimiyyəti tərəfindən təqdim olunmuş qovluq
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov





AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MİŞİ, MİNİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 24.02.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün: Nazir müavini X.Xələfov
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Xocalı soyqırımının19-cu ildönümü ilə əlaqədar Səfirlik tərəfindən keçirilən tədbirə dair

Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova


Hörmətli Xələf müəllim,


Səfirliyin S/21-872/03/11 nömrəli, 14.01.2011-ci tarixli məktubuna cavab olaraq bildiririk ki, Mərkəzin təlimatına uyğun olaraq Səfirlik tərəfindən 24.02.2011-ci il tarixində Sofiyada “Dedeman Prinses” mehmanxanasında “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Xocalı qətliamının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilimişdir. Tədbirdə yerli ictimayi- siyasi elm xadimləri, dövlət və özəl strukturların, ölkədə akkreditə olunan diplomatik korpusun və Beynəlxalıq təşkilatların, KİV-in nümayəndələri, o cümlədən azərbaycan və türk diasporasının üzvləri və Bolqarıstanda təhsil alan tələbələrimiz iştirak etmişdir.

Tədbirin proqramına uyğun ilk öncə Səfir E.Kərimov çıxış edərək, qonaqlara Dağlıq Qarabağ həqiqətləri, tarixi faktları, erməni təcavüzü, təcavüzün ağır nəticələri, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və İKT-nin müvafiq qətnamələri və bu qətnamələrə indiyənədək ermənistan dövləti tərəfindən əməl edilməməsi barədə ətraflı məlumat vermişdir.

Sonra E.Kərimov Xocalı qətliamının 19-cu ildönümünü, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair Konvensiyasının” qüvvəyə minməsinin 60-cı ildönümü ilə əlaqələndirərək, 20-ci yüzilliyin ən dəhşətli hadisələrindən biri olan 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilmiş faciə barədə qonaqlara ətraflı məlumat vermiş və bu faciəyə dövlətimiz tərəfindən siyasi-hüquqi qiymət Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verildiyi bildirmişdir.

Həmçinin E.Kərimov qonaqlara Xocalı faciəsinə beynəlxalq aləmdə siyasi-mənəvi və hüquqi qiymət verilməsi və beynəlxalq aləmdə tanınması üçün İslam Konfransı Təşkilatının Gənclər Forumunun Mədəniyyətlər arası dialoq üzrə baş kordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində dünya ictimaiyyətinə “insanlığa qarşı cinayət kimi” tanımaları ilə bağlı müraciətin dünya liderlərinə ünvanlanması barədə məlumat vermişdir.

Sonra proqrama uyğun olaraq iştirakçılar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı Soyqırımı” adlı film nümayiş etdirilmişdir.

Filmin nümayişindən sonra Rusiya və MDB xalqları dostluq federasiyasının” və “Slavyanlar” fondunun katibi Beço Yakimov çıxış edərək, filmdə nümayiş olunmuş vəhşilikəri tənqid etmiş və bunun insanlığa qarşı törədilmiş ən dəhşətli hadisə olduğunu bildirmişdir. Həmçinin cənab B.Yakimov bu cinayətin təkcə Azərbaycan xalqına deyil, bütün dünya ictimaiyyətinə qarşı törədildiyini qeyd etmiş və ümumiyyətlə insanlığa qarşı törədilmiş bütün cinayətlərin qarşısının alınması, eləcədə cinayət törədən şəxslərin cəzalandırılması üçün bu faciəyələrə dünya ictimaiyəti tərəfindən hüquqi qiymət verilməsinin vacib olduğunu bildirmişdir.

Sonra proqrama uyğun olaraq Dünya İqtisadiyyat İnstitutunun baş eksperti Sevda Stoyanova çıxış etmişdir. Çıxışında xanım S.Stoyanova Xocalı soyqırımı ilə bağlı ətraflı danışaraq, bu faciə ilə yanaşı xalqımıza qarşı ermənilər tərəfindən tarixən onlarca bu cür vəhşiliklərin törədildiyini və daima xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparıldığını bildirmişdir.
S.Stayanovanın çıxışından sonra Xocalıya Ədalət kampaniyasının Bolqarıstan üzrə milli kordinatoru bolqar vətəndaşı Axmed Başev çıxış etmişdir. Çıxışında cənab A.Başev İKT Gənclər Forumu Mədəniyyətlər arası dialoq üzrə baş kordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə yaradılmış “Xocalıya Ədalət” kampaniyası barədə ətraflı məlumat vermiş, kampaniyanın təşkilat komitəsinin rəsmi internet saytının və müraciətinin təqdimatını həyata keçirmiş, həmçinin müraciətin tədbir zamanı imzalanmasının mümkünlüyünü bildirmişdir.
Çıxışdan sonra rep üslublu Xocalıya Ədalət adlı videoklip qonaqlara nümayiş etdirilmişdir.
Tədbirdə nümayiş etdirilən film, videoklip, həmçinin səsləndirilən məlumatlarlar qonaqlar tərəfindən böyük maraqla qarşılanmış və bu vəhşiliklər tərəflərindən tənqid edilərək, çox sayda müraciətlər imzalanmışdır.

Sonra tələbələrimiz tərəfindən tədbir iştirakçılarına Dağlıq Qarabağ həqiqətlərini, Xocalı soyqırımını, Xocalıya Ədalət kampaniyasını əks etdirən kitablar, jurnallar, broşuralar, press- relizlər, disklər paylanılmışdır.


Tədbirdə iştirak edən KİV nümayəndələrinin siyahısını diqqətinizə təqdim edir və bildiririk ki, imzalanmış müraciətlər həmçinin tədbir barədə KİV-də çıxan məlumatlar yaxın zamanlarda diplomatik poçt vasitəsi ilə Mərkəzə göndəriləcəkdir.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 02.03.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur: əmək müqavilələri - 9 vərəq

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:

Xarici İşlər Nazirliyinin

Kadrlar və ixtisasartırma

idarəsinin rəis müavini R.Qafarova

Hörmətli Ramiz müəllim,
Mərkəzin S/17-4979/17/11nömrəli, 02.03.2011-ci il tarixli məktubuna cavab olaraq, aşağıda adları qeyd olunan Səfirliyin ştatdankənar işçilərinin əmək müqavilələrinin müddətinin bitməsi ilə əlaqədar onlarla bağlanılmış yeni əmək müqavilələrini diqqətinizə təqdim edirik.


  • Xristo Avramov Qeorqiyev

  • Stefan Anqelov İliyev

  • Lilyana Tsvetanova Rusianova

Hörmətlə,


Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 03.03.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: “Azərxalça” Elmi-Yaradıcı İstehsalat Birliyinə ünvanlanmış məktub

Xarici İşlər Nazirliyinin

Birinci Qərb Ərazi idarəsinin

rəisi cənab M.Əliyevə

Hörmətli Məmməd müəllim,
Bununla, Azərxalça” Elmi-Yaradıcı İstehsalat Birliyinin direktoru Ə.Nuriyevə ünvanlanmış məktubu diqqətinizə təqdim edir və ünvan sahibinə çatdırılması üçün aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MİŞİ, MİNİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 07.03.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün: Nazir müavini X.Xələfov
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: erməni diasporası tərəfindən aparılan əks təbliğat işləri barədə

Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova


Hörmətli Xələf müəllim,


Səfirliyin SSOF/ 074/ nömrəli, 03.03.2011-ci tarixli məktubuna əlavə olaraq bildiririk ki, Səfirliyimizin vasitəçiliyi ilə Bolqarıstanın aparıcı KİV-də “Xocalıya Ədalət” kampaniyası barəsində yayılmış məlumatlarla və keçirtdiyimiz tədbirlərlə bağlı, ölkədəki coxsaylı erməni diasporası tərəfindən aparılan əks təbliğat işləri hələ də davam etməkdədir. Belə ki, erməni lobbisinin təsiri altında olan “SKAT” televiziya kanalında dövlətimiz, ərazi bütövlüyümüz, xalqımız, məcburi köçkünlərimiz barəsində xoşagəlməz məlumatlar yayılmaqdadır və bu məlumatlar sırasında xüsusi ilə tərəfimizdən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində aparılan işlər və Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı keçirilmiş tədbirlə bağlı məlumatlar yer almaqdadır.
Bununla yanaşı bildiririk ki, 01.03.2011-ci il tarixində həftəlik Vahan erməni qazetində “Azərbaycan Səfirliyi tərəfindən təşkil olunmuş propaqanda xarakterli şou” başlığı altında çıxan məqalədə Azərbaycan Səfiri E.Kərimovun dəstəyi ilə Sofiya şəhərində Dağlıq Qarabağda Azərbaycan-lılara qarşı törədilmiş soyqırım hadisəsi ilə bağlı tədbirin keçirildiyi, tədbirdə “Xocalı Faciəsi” filminin, Toni Blekmanın ifasında rep üslublu “Xocalıya Ədalət” videoklipinin nümayiş etdirildiyi, saytın prezentasiya-sının keçirildiyi qeyd olunaraq, ölkəmiz və qondarma Sumqayıt, Bakı hadisələri barəsində xoşagəlməz məlumatlar yayılmışdır.
Həmçinin bildirmək istərdik ki, tərəfimizdən “SKAT” televiziya kanalında efirə gedən verlişlər daim diqqətlə izlənilir və müvafiq işlərin görülməsi planlaşdırılır.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MİŞİ, MİNİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 09.03.2011

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur: disk- 2 ədəd

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün: Nazir müavini X.Xələfov
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində görülmüş işlər barədə

Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,
Səfirliyin SSOF/074/11 nömrəli, 03.03.2011-ci tarixli məktubuna əlavə olaraq bildiririk ki, Xocalı faciəsinə beynəlxalq aləmdə siyasi-hüquqi qiymət verilməsi və tanınması üçün İslam Konfransı Təşkilatının Gənclər Forumunun Mədəniyyətlər arası dialoq üzrə baş əlaqələndiricisi, “Heydər Əliyev Fondunun” vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində Səfirliyimizin vasitəçiliyi ilə son on gün ərzində Bolqarıstanın çox izlənilən “M-SAT” və “Kanal-3” televiziya kanallarında rep üslublu “Xocalıya Ədalət” video klipi bir neçə dəfə nümayiş etdirilmiş və Xocalı faciəsi eləcə də erməni separatçıları tərəfindən torpaqlarımızın işğalı, işğal nəticəsində 1 milyondan çox qaçqın düşmüş məcburi köçkünlərimiz barədə bolqar dilində ətraflı məlumatlar yayılmışdır.
“M-SAT” və “Kanal-3” televiziya kanallarında efirə getmiş verliş-lərin video yazılarını (2 ədəd CD disk) həmçinin “Kanal-3” televiziya kanalındakı verlişin (45-dəqiqəlik verlişin 22-ci dəqiqəsindən başlayaraq) internet linkini diqqətinizə təqdim edirik.
http://kanal3.bg/?v=2628
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF

BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN IN THE REPUBLIC OF

SƏFİRLİYİ BULGARIA

Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com

—————————————————————————————————————————

Məlumat üçün bildiririk ki, Xocalı faciəsinə beynəlxalq aləmdə siyasi-hüquqi qiymət verilməsi və tanınması üçün İslam Konfransı Təşkilatının Gənclər Forumunun Mədəniyyətlər arası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində Səfirliyimizin vasitəçiliyi ilə son on gün ərzində Bolqarıstanın çox izlənilən “M-SAT” və “Kanal-3” televiziya kanallarında rep üslublu “Xocalıya Ədalət” video klipi bir neçə dəfə nümayiş etdirilmiş və Xocalı faciəsi eləcə də erməni separatçıları tərəfindən torpaqlarımızın işğalı, işğal nəticəsində 1 milyondan çox qaçqın düşmüş məcburi köçkünlərimiz barədə bolqar dilində ətraflı məlumatlar yayılmışdır.


Əlavə olunur: “Kanal-3” televiziya kanalında efirə getmiş verlişin (45-dəqiqəlik verlişin 22-ci dəqiqəsindən başlayaraq) internet linki - http://kanal3.bg/?v=2628

Hörmətlə,


Səfir E.Kərimov

Bununla bildiririk ki, Xocalı faciəsinə beynəlxalq aləmdə siyasi-hüquqi qiymət verilməsi və tanınması üçün İslam Konfransı Təşkilatının Gənclər Forumunun Mədəniyyətlər arası dialoq üzrə baş əlaqələndiricisi, “Heydər Əliyev Fondunun” vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində Səfirliyimizin vasitəçiliyi ilə son on gün ərzində Bolqarıstanın çox izlənilən “M-SAT” və “Kanal-3” televiziya kanallarında rep üslublu “Xocalıya Ədalət” video klipi bir neçə dəfə nümayiş etdirilmiş və Xocalı faciəsi eləcə də erməni separatçıları tərəfindən torpaqlarımızın işğalı, işğal nəticəsində 1 milyondan çox qaçqın düşmüş məcburi köçkünlərimiz barədə bolqar dilində ətraflı məlumatlar yayılmışdır.


“Kanal-3” televiziya kanalındakı verlişin (45-dəqiqəlik verlişin 22-ci dəqiqəsindən başlayaraq) internet linkini diqqətinizə təqdim edir həmçinin bildiririk ki, “M-SAT” və “Kanal-3” televiziya kanallarında efirə getmiş verlişlərin video yazılarını (2 ədəd CD disk) yaxın zamanlarda XİN vasitəsi ilə ünvanınıza göndəriləcəkdir.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİNF, MXSŞ, MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 15 .03.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

Səhifələrin sayı: 1 +1 Əlavə olunur: öhdəliklər – 6 vərəq

Məhdudluğu qrifi: Xidməti istifadə üçün*

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün: Nazir müavini N.Hüseynov

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Mərkəzin 244 saylı, 16.02.2011-ci il tarixli Əmri ilə əlaqədar
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab N.Hüseynova

Hörmətli Nadir müəllim,


Məlumat üçün bildiririk ki, Nazirliyin 244 saylı, 16.02.2011-ci il tarixli Əmri ilə əlaqədar Səfirliyin bütün əməkdaşlarının iştirakı ilə iclas keçirilmişdir. İclas zamanı Mərkəzin qeyd olunan Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsinin Qaydaları” əməkdaşların diqqətinə çatdırılaraq, bu qaydalara ciddi riayət olunması tapşırılmış və Mərkəzdən göndərilən öhdəliklər (əlavə olunur - 6 öhdəlik) fərdi qaydada doldurularaq imzalanmışdır.
Bununla yanaşı, aşağıda qeyd olunan bəndlər üzrə müddüalara aydınlıq gətirilməsi üçün aidiyyatı bölmələrə göstəriş verməyinizi xahiş edirik.
• Qaydaların 3-cü bəndi üzrə məxfi sənədlərin icra olunduğu kompüterlərin prosessorlarının müvafiq qaydada möhürlənməsi, nömrələnməsi haqqında təlimatın həyata keçirilməsi üçün daha dəqiq məlumatın verilməsi;
• Qaydaların 4-cü bəndi üzrə diplomatik nümayəndəlik və konsulluqlarda istifadə edilən avadanlıq və proqram təminatında yaranmış nasazlıqların aradan qaldırılması üçün yerli mütəxəssislərin çağırılmaması və bu cür hallarda AR-in digər diplomatik nümayəndəlik və konsulluqlarında və ya AR XİN-in Nazirlik və Xaricdəki Nümayəndəliklərlə əlaqələr idarəsinin mütəxəssislərinə müraciət edilməsi – müddüaları üzrə bilmək istərdik ki, nümayəndəlikdə bu cür hallar baş verdiyi təqdirdə mütəxəssislərin gəlişi ilə bağlı operativliyin hansı şəkildə (hansı müddətə) təmin edilməsi və təmin olunacaq mütəxəssislərə çəkiləcək xərclərin (nəqliyyat, mehmanxana və s.) kim tərəfindən ödənilməsi barədə dəqiq məlumatın verilməsi.

Hörmətlə,


Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin