AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MİƏİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 07.12.10
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün: Nazir müavini X.Xələfov, M.Məmməd-Quliyev
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: 07.12.2010-cu il tarixində Səfir E.Kərimovun Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyinin Avropa Birliyi məsələləri üzrə direktorluğunun direktoru, səfir Bisserka Benişeva ilə görüşü barədə
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, 07 dekabr 2010-cu il tarixində Səfir E.Kərimov Bolqarıstan Xarici İşlər Nazirliyinin Avropa Birliyi məsələləri üzrə direktorluğunun direktoru, səfir Bisserka Benişeva ilə görüşmüşdür. Görüş zamanı ilk öncə xanım B.Benişeva Səfir E.Kərimovu salamlayaraq, Bolqarıstana Səfir təyin olunması münasibəti ilə təbrik etmiş və diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Səfir E.Kərimov öz növbəsində xanım B.Benişevaya təbrikə görə təşəkkürünü bildirmiş və iki ölkə arasında inkişaf edən münasibətlərin müxtəlif sahələr üzrə də - mədəniyyət, turizm, kənd təsərrüfatı- sahələri üzrə də inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd etmişdir. Həmçinin görüş zamanı Səfir E.Kərimov ölkəmizdə sürətlə gedən sosial-iqtisadi inkişafdan, enerji layihələrindən ərtaflı danışaraq, ölkəmizin Avropa Birliyi və region üçün önəmli ölkə olduğunu xanım B.Benişevanın diqqətinə çardırmışdır. Sonra Səfir E.Kərimov Dağlıq Qarabağ münaqişəsi barədə xanım B.Benişevaya ətraflı məlumat verərək, münaqişənin həllində AB-nin daha yaxından iştirak etməsinin və lazımi dəstək verilməsinin vacibliyini bildirmişdir.
Xanım B.Benişeva isə öz növbəsində Səfir E.Kərimova ölkəmizin böyük enerji ixracatçısı və regionda güclü iqtisadi imkanlara malik lider ölkə kimi tanındığını bildirmişdir. Sonra Azərbaycanın Bolqarıstanla inkişaf edən münasibətlərinə toxunaraq, ölkəsinin enerji sahəsində ölkəmizlə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd etmişdir. Həmçinin B.Benişeva Bolqarıstanın Avropanın enerji resursları ilə təmin edilməsinə yönəlmiş layihələrin həyata keçirilməsində aktiv fəaliyyət göstərdiyini və bütün enerji layihələrində iştirak etməyə maraq göstərdiyini bildirmişdir. Bu baxımdan ölkəmizə alternativ enerji mənbəyi kimi baxıldığını və xüsusi əhəmiyyət verildiyini qeyd etmişdir. Sonra xanım B.Benişeva ölkəsinin AB-də tutduğu mövqeyindən ətraflı danışaraq, AB-nin üzvü kimi Bolqarıstanın ölkəmizlə bütün sahələrdə əməkdaşlığa maraqlı olduğunu Səfir E.Kərimova bildirmişdir.
Sonda xanım B.Benişeva Səfir E.Kərimovu bir daha təbrik edərək, diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MKAD Surəti:
Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 08.12.10
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 +1 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi Təcili * Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün: Nazir E.Məmmədyarov
Məlumat verilməsi üçün: Kadrlar və ixtisasartırma idarəsinin rəisi E.Sarıcalinskaya
Məsələyə dair: Səfirliyin sürücüsü Z.Cəbrayilovun Səfirlikdə təsərrüfat müdiri-sürücü vəzifəsinə təyin edilməsi barədə
Azərbaycan Respublikasının
Xarici İşlər Naziri
cənab E.Məmmədyarova
Hörmətli cənab Nazir,
Aldığımız məlumata görə, 2011-ci ilin yanvar ayında səfirlikdə mövcüd olan sürücü ştat vahidinin Mərkəz tərəfindən alınaraq, təsərrüfat müdiri vəzifəsi ilə birləşdirilməsi nəzərdə tutulur.
Bununla əlaqədar, səfirliyin ştat vahidi üzrə təsdiq ediləcək təsərrüfat müdiri-sürücü vəzifəsinə iş təcrübəsini və 2005-2009-cu illərdə Səfirlikdə (Bolqarıstan) təsərrüfat-müdiri sürücü vəzifəsində çalışmasını nəzərə alaraq, səfirliyin sürücüsü Zahid Xeyrulla oğlu Cəbrayilovun vəzifəyə uyğun (təsərrüfat müdiri-sürücü) əmək haqqısı təmin edilməklə təyin edilməsini məqsədəuyğun hesab edir və rəsmiləşdirilməsi üçün aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edirəm.
Məsələyə baxılmasını xahiş edirəm.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MİƏİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 09.12.10
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
Səhifələrin sayı: 1 + Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün: Nazir müavini X.Xələfov, M.Məmməd-Quliyev
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: 09.12.2010-cu il tarixində Səfir E.Kərimovun Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyinin Daimi katibi Maksim Qaytandjiyevlə görüşü barədə
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, 09 dekabr 2010-cu il tarixində Səfir E.Kərimovun Bolqarıstan Xarici İşlər Nazirliyinin Daimi katibi Maksim Qaytandjiyevlə görüşü keçirilmişdir .
Görüş zamanı cənab M.Qaytandjiyev ilk öncə səfir E.Kərimovu salamlayaraq, Bolqarıstana Fövqəladə və Səlahiyyətli Səfir təyin edilməsi münasibəti ilə təbrik etmiş və diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Səfir E.Kərimov isə öz növbəsində cənab M.Qaytandjiyevə təbrikə və xoş sözlərə görə təşəkkürünü bildirərək, görüşünün tanışlıq məqsədi daşıdığını bildirmişdir. Sonra Səfir E.Kərimov ölkələrimiz arasında inkişaf edən münasibətlərdən danışaraq, Bolqarıstanın ölkəmizlə xüsusi ilə enerji sahəsində əməkdaşlığa böyük maraq göstərdiyi qeyd etmiş və ölkəmizdə mövcud olan və nəzərdə tutulan enerji layihələri barədə cənab M.Qaytandjiyevə ətraflı məlumat vermişdir. Həmçinin Səfir E.Kərimov ölkələrimiz arasında qeyri-enerji sektoru üzrə də əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, kənd təsərrüfatı, turizm, mədəniyyət, təhsil və s. sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu cənab M.Qaytandjiyevə bildirmişdir. Bununla yanaşı, görüşdə Səfir E. Kərimov Parlament əlaqələrinin, həmçinin AB Parlamenti ilə (Bolqarıstan vasitəsi ilə) əlaqələrin inkişaf etdirilməsində ölkəmizin maraqlı olduğunu qeyd etmişdir. Sonra Səfir E.Kərimov cənab M.Qaytandjiyevə Dağlıq Qarabağ münaqişəsindən ətraflı məlumat verərək, münaqişənin həll edilməməsinin regionda sabitliyə təsir göstərdiyini qeyd etmiş və bu istiqamətdə AB-nin yaxından iştirakının zəruriliyini qeyd etmişdir.
Öz növbəsində cənab M.Qaytandjiyev ölkəmiz barədə ətraflı məlumata malik olduğunu bildirərək, Azərbaycanın regionda öz güclü iqtisadiyyatı və coğrafi yerləşmə (Rusiya,İran,Türkiyə ilə sərhədi) mövqeyi ilə həmişə Avropa Birliyinin üzvü kimi Bolqarıstan üçün strateji əhəmiyyət daşıdığını qeyd etmişdir. Həmçinin cənab M.Qaytandjiyev ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsində geniş imkanların olduğunu qeyd edərək, Bolqarıstanın AB qarşısında öhdəliyi kimi Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük önəm verdiyini Səfir E.Kərimova bildirmişdir. Sonra cənab M.Qaytandjiyev Rusiya Baş naziri V.Putinin Bolqarıstana səfərindən ətraflı danışaraq, Cənub Axını ilə yanaşı Avropanı təmin edəcək bütün enerji layihələrində Bolqarıstanın iştirak etməyə hazır olduğunu qeyd etmişdir.
Sonda cənab M.Qaytandjiyev Səfir E.Kərimovu bir daha təbrik edərək, Azərbaycan Bolqarıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında birgə səy göstərəcəklərinə əmin olduğunu qeyd etmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MTPİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 09.12.10
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün: Nazir müavini X.Xələfov, A.Əzimov
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: 09.12.2010-cu il tarixində Səfir E.Kərimovun Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyinin Təhlükəsizlik siyasəti direktorlu-ğunun direktoru Oqnemir Stoyimekovla görüşü barədə
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, 09 dekabr 2010-cu il tarixində Səfir E.Kərimovun Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyinin Təhlükəsizlik siyasəti direktorluğunun direktoru Oqnemir Stoyimekovla görüşü keçirilmişdir. İlk öncə cənab O.Stoyimekov Səfir E.Kərimovu salamlayaraq, Səfir təyin olunması münasibəti ilə təbrik etmiş və onunla görüş keçirilməsində məmnunluğunu ifadə etmişdir.
Səfir E.Kərimovda öz növbəsində təbrikə və xoş sözlərə görə cənab O.Stoyimekova minnətdarlığını bildirərək, ölkəmizin Avropa Birliyinin və NATO-nun üzvü, həmçinin Balkan regionunda böyük siyasi, iqtisadi təsir gücünə sahib olan Bolqarıstanla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd etmişdir. Həmçinin Səfir E.Kərimov cənab O.Stoyimekova ölkələrimiz arasında sürətlə inkişaf edən siyasi, iqtisadi, energetika sahələri ilə yanaşı digər - kənd təsərrüfatı, mədəniyyət, turizm, təhsil sahələrinin də inkişaf etdirilməsinin zəruri olduğunu bildirmişdir. Bununla yanaşı Səfir E.Kərimov ölkəmizin Bolqarıstanla Avro-Atlantik məkana inteqrasiya, həmçinin QDİƏT, BMT və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd etmişdir. Sonra Səfir E.Kərimov ölkəmizdə bütün sahələrdə aparılan islahatlardan, iqtisadi inkişafdan və Azərbaycanın enerji siyasətindən ətraflı danışaraq, ölkəmizin Bolqarıstanla bir çox enerji layihələri üzrə əməkdaşlığa hazır olduğunu cənab O.Stoyimekovun diqqətinə çatdırmışdır.
Öz növbəsində O.Stoyimekov Bolqarıstanın BMT yanında Daimi nümayəndəliyində işlədiyi dövrlərdə ölkəmizlə, regionumuzla yaxından tanış olduğunu və ölkəmizin təhlükəsizlik, həmçinin stabillik faktoru baxımından bölgədə strateji ölkə sayıldığını qeyd etmişdir. Bununla yanaşı, ölkələrimiz arasında inkişaf edən əlaqələrin dövlət başçılarının və digər rəsmilərin qarşılıqlı səfərləri ilə daha da inkişaf etdiyini bildirərək, Azərbaycanın Bolqarıstanla bir çox sahələrdə əlaqələrinin inkişafını yüksək qiymətləndirmiş və təhlükəsizlik sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır. Eyni zamanda O.Stoyimekov ölkəsinin təhlükəsizlik sahəsində beynəlxalq təşkilatlarda apardığı işlərdən, mövcud olan təcrübəsindən danışaraq, bu istiqamətdə Azərbaycanla əməkdaşlığa hazır olduğunu bildirmişdir.
Sonda Səfir E.Kərimov cənab O.Stoyimekova səmimi qəbula və xoş sözlərə görə bir daha təşəkkürünü bildirmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MNKT, MBQİ , MİNİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 16.12.10
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 +1 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi Təcili * Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün: Nazir E.Məmmədyarov
Məlumat verilməsi üçün: Nazir müavinləri : X.Xələfov, N.Hüseynov
Məsələyə dair: Bolqarıstanda Azərbaycan Mədəniyyət Mərkəzinin açılması
Azərbaycan Respublikasının
Xarici İşlər Naziri
cənab E.Məmmədyarova
Hörmətli cənab Nazir,
Bildiyiniz kimi, Azərbaycan və Bolqarıstan arasında tarixi və mədəni köklərə söykənən əlaqələr mövcuddur. Ölkələrimiz arasında müxtəlif sahələr üzrə əlaqələr günü-gündən inkişaf edir və yüksək səviyyəli qarşılıqlı səfərlərin sayı artır. İqtisadiyyatın bir çox sahələri üzrə iki ölkə arasında inkişaf edən münasibətlərlə yanaşı, mədəniyyət əlaqələrin də inkişaf etdirilməsi üçün əlverişli şərait vardır. Səfirlik iki ölkə arasında mədəniyyət əlaqələrinin inkişaf etdirilməsi və ölkəmizin təbliği istiqamətində daim müvafiq işlər aparır.
Belə ki, Səfirlik цlkəmizin bolqar ictimaiyyətinə daha yaxından tanıtdırılması üçün Azərbaycan-Bolqarıstan İctimayi Birliyi tərəfindən bolqar dilində nəşr etdirilən “Akkord” jurnalı vasitəsi ilə Azərbaycan-Bolqarıstan münasibətləri, ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsi və s. məsələlər barədə məlumatları mütəmadi olaraq yayır. Lakin bu fəaliyyət yetərincə deyildir.
Bildiyiniz kimi, Bolqarıstanda 30 mindən çox erməni diasporası yaşayır və diaspora tərəfindən daim ölkəmizə qarşı əks təbliğat işləri aparılır. Erməni diasporasının fəaliyyətinə qarşı ölkədəki mövqeyimizin gücləndirilməsi üçün ölkəmizin təbliği istiqamətində müvafiq işlərin aparılması və əlavə köməkçi qüvvələrin cəlb edilməsi vacibdir.
Bu baxımından, mədəni əlaqələrin inkişafı, erməni diasporasına qarşı əks-təbliğat işlərinin aparılması və Azərbaycan həqiqətlərinin, mədəniy-yətinin, tarixinin ictimaiyyətə çatdırılması üçün Balkan bölgəsində ən nüfuzlu və iri dövlətlərdən biri olan Avropa Birliyinin üzvü Bolqarıstanda Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasına ehtiyac duyulur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bolqarıstanda Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını zəruri hesab edirik.
Məsələyə baxılmasını xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 20.12.10
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün: Nazir müavini X.Xələfov
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: 20.12.2010-cu il tarixində Bolqarıstan Respublikasının hökumətində baş vermiş dəyişikliklər
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, 20.12.2010-cu il tarixində Bolqarıstan hökumətinin üzvləri - Xaricdə yaşayan bolqarlarla və dini işlər üzrə naziri B.Dimitrov və Daxili İşlər nazirinin müavini P.Dimitrov istefaya gondərilərək, tutduqları vəzifələrindən azad edilmişlər. Bu şəxlərin istefaya göndərməsinə səbəb, hökumətin son zamanlar ölkədə milli təhlükəsizlik sahəsində apardığı anlaşılmaz siyasəti ilə bağlı olmuşdur.
Belə ki, 13.10.2010-cu il tarixində Şəxsi işlərin araşdırılması üzrə Dövlət Komissiyası tərəfindən hökumətə təqdim olunan, əvvəllər təhlükəsizlik orqanlarında (SSSR Dövlət Təhlükəsizlik Komitəsində və Bolqarıstanın təhlükəsizlik orqanlarında) çalışan, hazırda isə mühüm vəzifələr tutan şəxslərin siyahısı hökumət tərəfindən KİV-ə açıqlanmışdır. KİV-də yayılmış məlumatlarda Bolqarıstanın 37 xarici ölkədəki diplomatik nüma-yəndəliklərinin başçısının adları qeyd olunaraq, onların təhlükəsizlik xidmətinin sabiq işçisi kimi Prezident və sabiq hökumət tərəfindən bilərəkdən, qanunsuz təyin edildiyi və qeyd olunan şəxslərin tezliklə hökumət tərəfindən vəzifələrindən azad ediləcəkləri bildirilmişdir.
Bundan əlavə, KİV-də Baş nazir və Xarici İşlər naziri tərəfindən bu məsələ ilə bağlı tez-tez Prezident G.Pırvanovun ünvanına sərt və xoşagəlməz ittihamlar irəli sürülərək, onun rəhbərlik etdiyi Prezident Administrasiyasının məsul işçilərinin təhlükəsizlik orqanlarının sabiq əməkdaşları olduğu və işgüzar dairəsinin əsasən bu cür şəxslərdən ibarət olduğu bildirilmişdir.
Prezident G.Pırvanov isə, hökumətin bu ittihamları ilə bağlı KİV-də müsahibəsində hökumət tərəfindən atılmış bu çür addımın dövlətin təhlükəsizliyinə mənfi təsir göstərdiyini və hazırki hökumətin üzvləri arasında da, çox sayda təhlükəsizlik orqanın sabiq üzvlərinin olduğunu qeyd edərək, təhlükəsizlik orqanının üzvləri kimi - yeni hökumətin dövründə təyin edilmiş 10 Səfirin, hökumətin üzvlərinin (Xaricdə yaşayan bolqarlarla və dini işlər üzrə nazir B.Dimitrov, DİN-müavini P.Dimitrov) və 3 qubernatorun adlarını açıqlamış və onların da işdən azad edilməsini hökumətdən tələb etmişdir.
Bununla əlaqədar, hökumət Xaricdə yaşayan bolqarlarla və dini işlər üzrə naziri B.Dimitrovu və Daxili İşlər nazirinin müavini P.Dimitrovu istefaya gondərərək, işdən azad etmişdir.
Qeyd etmək istərdik ki, Səfirlik ölkənin ictimayi-siyasi həyatını daim diqqətlə izləyir və hökumətdə dəyişiklər baş verəcəyi təqdirdə dərhal Mərkəzə bildirəcəkdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MADA Surəti: MBQİ,MXSP
Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 21.12.10
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt*
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + Əlavə olunur: 2 jurnal, 4 broşura
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutun icraçı direktoru Tanya Mixaylova ilə keçirilmiş görüş barədə
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin müavini,
Azərbaycan Diplomatik Akademiyasının
rektoru cənab H.Paşayevə
Hörmətli Hafiz müəllim,
Məlumat üçün bildiririk ki, 21 dekabr 2010-cu il tarixində Səfir E.Kərimovun BR XİN-nin Diplomatik İnstitutunun icraçı direktoru xanım T.Mixaylova ilə görüşü keçirilmişdir.
Görüş zamanı xanım T.Mixaylova ilk öncə Səfir E.Kərimovu salamlayaraq, onunla görüş keçirilməsində məmnunluğunu ifadə etmişdir.
Səfir E.Kərimovda öz növbəsində xoş sözlərə görə, xanım T.Mixaylovaya minnətdarlığını bildirmiş və səmimi qəbula görə təşəkkür etmişdir. Görüş zamanı Səfir E.Kərimov ölkələrimiz arasında siyasi, iqtisadi, energetika sahələri üzrə sürətlə inkişaf edən münasibətlərdən danışaraq, digər - kənd təsərrüfatı, mədəniyyət, turizm, təhsil sahələrinin də inkişaf etdirilməsinin zəruri olduğunu bildirmişdir. Sonra Səfir E.Kərimov ölkəmizdə elmin və təhsilin inkişafına xüsusi dövlət qayğısından, dövlət proqramından qarşı tərəfə danışmış və hər iki ölkənin təhsil müəssisələri arasında mövcud olan əlaqələr haqqında məlumat vermişdir. Bununla yanaşı, Səfir E.Kərimov Azərbaycan Diplomatik Akademiyası barəsində xüsusi ilə xanım T.Mixaylovaya ətraflı məlumat verərək, Azərbaycan Diplomatik Akademiyası ilə BR XİN-nin Diplomatik İnstitutu arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün təcrübə mübadiləsinin, qurum rəhbərlərinin qarşılıqlı səfərlərinin, ölkəmizdə və Bolqarıstanda təşkil olunan müxtəlif tədbirlərdə hər iki tərəfdən nümayəndələrin iştirakının, birgə tədbirlərin təşkilinin, həmçinin iki qurum arasında əməkdaşlıq haqqında sazişin imzalanmasının vacibliyini qeyd etmişdir.
Xanım T.Mixaylova isə öz növbəsində Səfir E.Kərimova tərəfindən verilmiş xoş təkliflərə görə təşəkkürünü bildirmiş və Azərbaycan Diplomatik Akademiyası ilə BR XİN Diplomatik İnstitutu arasında mövcud olan əlaqələrdən danışaraq, BR XİN Diplomatik İnstitutu tərəfindən təşkil olunan müxtəlif tədbirlərdə ölkəmizdən gənc diplomatların iştiraklarının təmin edilməsinə daim çalışdıqlarını qeyd etmişdir. Sonra xanım T.Mixaylova Səfir E.Kərimova iki təhsil müəssisələri arasında əməkdaşlıq haqqında sazişin imzalanmasının vacibliyini təsdiq edərək, yaxın zamanlarda saziş layihəsinin Səfirliyə göndəriləcəyini və yaxın gələcəkdə qurum rəhbərlərinin qarşılıqlı səfərləri çərçivəsində qeyd olunan sazişin imzalanacağına ümid etdiyini bildirmişdir. Həmçinin xanım T.Mixaylova Səfir E.Kərimova 2011-ci ilin mart aylarında Diplomatik İnstitut tərəfindən Qış Məktəbi diplomatik kursunun təşkil ediləcəyi barədə məlumat verərək, ölkəmizdən diplomatların bu kursda iştirak etməsi üçün dəvət məktubunun yaxın zamanlarda Səfirliyə göndəriləcəyini bildirmişdir. Sonra xanım T.Mixaylova rəhbərlik etdiyi Diplomatik İnstitutun yaranma tarixindən, fəaliyyətindən, strukturundan, bu günə kimi təşkil edilən yüksək səviyyəli tədbirlərdən danışaraq, gələcəkdə Diplomatik İnstitut tərəfindən keçirilməsi planlaşdırılan müxtəlif tədbirlər barədə məlumat vermiş və BR XİN-nin Diplomatik İnstitutu tərəfindən nəşr etdirilən jurnal və broşuraları ADA-ya göndərilməsi üçün Səfir E.Kərimova təqdim etmişdir. (əlavə olunur 2 jurnal, 4 broşura)
Öz növbəsində Səfir E.Kərimov təqdim olunan kitab və jurnallara görə xanım T.Mixaylovaya təşəkkür edərək, AR XİN tərəfindən nəşr etdirilən Diplomatiya Aləmi jurnalı barədə ona ətraflı məlumat vermiş və qeyd olunan jurnala bolqar mütəxəssisləri tərəfindən müxtəlif məzmunlu məqalələrin göndərilməsini təklif etmişdir.
Sonda Səfir E.Kərimov səmimi qəbula, xoş sözlərə görə xanım T.Mixaylovaya bir daha minnətdarlığını bildirmiş və diplomatik institutlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə səy göstərəcəklərinə əmin olduğunu qeyd etmişdir. Həmçinin ölkəmizin tarixini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, Dağlıq Qarabağ münaqişəsini əks etdirən kitab və jurnallar, broşuralar, disklər, eləcə də Diplomatiya Aləmi jurnalının nüsxələrini və ADA ilə bağlı broşur və s. məlumatları xanım T.Mixaylovaya təqdim etmişdir.
Qeyd olunan məlumatları diqqətinizə təqdim edir və bildiririk ki, Azərbaycan Diplomatik Akademiyası ilə BR XİN Diplomatik İnstitutu arasında əməkdaşlıq haqqında saziş layihəsi əldə ediləcəyi təqdirdə, Səfirlik tərəfindən Mərkəzə göndəriləcəkdir.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
Dostları ilə paylaş: |