Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə15/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD,MNKT Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 08.07.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün: Nazir E.Məmmədyarov
Azərbaycan Respublikasının

Xarici İşlər naziri

cənab E.Məmmədvarova

Hörmətli cənab Nazir,


Əmək məzuniyyətinə çıxmağımla əlaqədar, 2010-cu iyul ayının 12-dən 28-dək olan dövr ərzində Səfirliliyin müşaviri Nigar Timuçin qızı Əfəndiyevaya müvəqqəti işlər vəkili vəzifəsinin həvalə edilməsini məqəsədəuyğun hesab edir və rəsmləşdirilməsi (əmrlə) üçün Kadrlar idarəsinə göstəriş verməyinizi xahiş edirəm.

Səfir:

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MDPİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 09.07.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Dövlət Protokolu idarəsinin rəisi P.Mirzəzadəyə, Birinci (Qərb) Ərazi idarəsinin rəisi M.Əliyevə
Məsələyə dair: Bolqarıstan Respublikasının ölkəmizdə akreditə olunan Səfirliyinə yeni təyin olunmuş əməkdaşla bağlı BR Xarici İşlər Nazirliyinin notası

Səfir:

İcraçı: E.Məmmədov


Məlumat üçün bildiririk ki, 07.07.2010-cu il tarixində Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyindən Səfirliyə nota daxil olmuşdur.

Notada Petko Vetsislavov Angelovun Bolqarıstan Respublikasının ölkəmizdə akreditə olunan Səfirliyinə III katib vəzifəsinə təyin edilməsi qeyd olunmuşdur. Həmçinin notada P.Angelov barəsində qısa məlumat və Səfirliyin sabiq əməkdaşı Qeorqi Qeorqiyevin yerinə təyin edilməsi göstərilmişdir.

Əlavə olunur: BR XİN-nin notası – 1 vərəq
Məlumat üçün diqqətinizə təqdim edirik.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİHİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 26.07.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +2 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Nazir müavini M.Məmməd-Quliyev, X.Xələfov

Məsələyə dair: Bolqarıstanın Avropa Birliyidən daxil olan vəsaitlərin idarə edilməsi üzrə naziri T.Donçev tərəfindən Səfirliyə ünvanlanmış məktubuna dair
Səfir:

İcraçı: E.Məmmədov


Məlumat üçün bildiririk ki, 25.07.2010-cu il tarixində Bolqarıstanın Avropa Birliyindən daxil olan vəsaitlərin idarə edilməsi üzrə naziri Tomislav Donçev tərəfindən Səfirliyə məktub ünvanlanmışdır. Məktubda cənab T.Donçev üzürlü səbəblərdən, böyük təəsüf hissi ilə 2010-cu il 25-26 noyabr tarixlərində Bakıda “Vətəndaş cəmiyyətinin inkişafı və qeyri-hökumət təşkilatlarının dövlət tərəfindən maliyyələşməsi: qazanılmış təcrübə və yeni imkanlar mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edə bilməyəcəyini bildirrmiş, həmçinin beynəlxalq konfransın təşkilatçılarına və iştirakçılarına uğurlu işlərin və məhsuldar müzakirələrin aparılmasını arzulamışdır.


Qeyd olunan məlumatı diqqətinizə təqdim edir və aidiyyatı üzrə (Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri A.Quliyevə) məlumatlandırılmasını xahiş edirik.
Əlavə olunut məktub: 1 səhifə


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MMVİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 29.07.10

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Nazir müavini V.Sadıqov

Məsələyə dair: Xüsusi xərclər maddəsi üzrə sərf olunan məsrəflərə dair
Səfir:

İcraçı: O.Əkbərova




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MİƏİ,MKON Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 04.08.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib Çox vacib*

Məruzə üçün:
Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfov, M.Məmməd-Quliyev, ARDNŞ, AR Energetika Nazirliyi

Məsələyə dair: Bulqartransqaz və Azərbaycan Dövlət Neft Şirkəti arasında keçən il imzalanmış “Təbii qazın nəqli” sahəsində Memorandumnan irəli gələn məsələlərin icrası məqsədi ilə Bakı şəhərində 09-11 avqust 2010-cu il tarixində keçirilən Birgə komissiyanın (Azərbaycan, Bolqarıstan) növbəti 4-cü iclasında iştirak edəcək Bolqarıstan nümayəndə heyyətinə dair
Səfir:

İcraçı: E.Məmmədov


Məlumat üçün bildiririk ki, 03.08.2010-cu il tarixində Bulqartransqaz şirkətindən Səfirliyin ünvanına məktub ünvanlanmışdır. Məktubda keçən il Bulqartransqaz və Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış “Təbii qazın nəqli” sahəsində Memorandumnan irəli gələn məsələlərin icrası məqsədi ilə Bakı şəhərində 09-11 avqust 2010-cu il tarixində keçirilən Birgə komissiyanın (Azərbaycan, Bolqarıstan) növbəti 4-cü iclasında iştirak etmək üçün Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Nazirliyinin və Bulqartransqaz şirkətinin məsul əməkdaşlarından ibarət nümayəndə heyyətinin (aşağıda qeyd olunan) ölkəmizə səfər edəcəkləri barədə məlumat verilmiş və qeyd olunan şəxslərə viza rəsmiləşdirilməsi xahiş olunmuşdur.


  1. Plamen Mixaylov İvanov

  2. Julieta Yordanova Pençovska

  3. Rosen Boykov Simitçiev

  4. Aleksandr Martinov Davidov

  5. Elizaveta Mixaylova

Yuxarıda qeyd olunan məlumatları diqqətinizə təqdim edir və aidiyyatı (ARDNŞ, AR Energetika Nazirliyi) üzrə məlumatlandırılmasında yardımçı olmağınızı xahiş edirik.




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MHMİ, MBQİ, MİƏİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 04.08.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +22 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfov, M.Məmməd-Quliyev, Fövqəladə Hallar Nazirliyi

Bununla, Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olmuş (03.08.10) “Fövqəladə Hallar sahəsində Əməkdaşlıq” haqqında Anlaşma Memorandumunun layihəsini diqqətinizə təqdim edir və aidiyyatı (Fövqəladə Hallar Nazirliyi) üzrə çatdırılmasında yardımçı olmağınızı xahiş edirik.


Səfir:

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKON Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 04.08.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün: Nazir müavini V.Sadıqov
Məlumat verilməsi üçün: M.Məmməd-Quliyev

Mərkəzin S/15-12434/02/10 saylı, 02.08.2010-cu il tarixli məktubu ilə əlaqədar bildiririk ki, Səfirliyin konsulluq məsələləri üzrə məsul əməkdaşı E.Həsənov Səfirliyin daxili əmri ilə 23.07.2010-cu il tarixindən 04.09.2010-cu il tarixinədək əmək məzuniyyətinə çıxdığından qeyd olunan tarixlər ərzində konsulluq məsələləri Səfirliyin üçüncü katibi E.Məmmədova əvəz edici şəxs qismində həvalə olunmuşdur.

Həmçinin bildirmək istərdik ki, E.Məmmədovun Səfirlikdə konsulluq məsələləri üzrə əvəzedici şəxs qismində təyin edilməsi və imzasının aidiyyatı qurumlar tərəfindən tanınması üçün 22.07.2009-cu il tarixində Səfirliyin SSOF/273/10 saylı məktubu ilə Mərkəzə tələb olunan məlumatlar göndərilmişdir.

Səfir:

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MTPİ,MXSP,MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 05.08.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib Çox vacib*

Məruzə üçün: Nazir müavini A.Əzimov
Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfov,V.Sadıqov
Məsələyə dair: Kosovanın Bolqarıstandakı rəsmi nümayəndəliyinin Səfirliyimizə müraciətlərinə dair
Səfir:

İcraçı: E.Məmmədov


Bildirmək istərdik ki, Kosovanın Bolqarıstandakı rəsmi nümayəndəliyi Səfirliyimizlə təmaslar yaratmaq üçün Səfirliyimizi rəsmi tədbirlərinə (Kosovanın müstəqillik günü) dəvət edir, həmçinin Səfir E.Zeynalovla görüşlər keçirilməsi üçün tez-tez müraciətlər edir.

Səfirliyimiz isə öz növbəsində hər dəfə bu hallardan imtina edir.

Məlumat üçün diqqətinizə təqdim edirik.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD, MNKT Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 20.08.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +3 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün: Nazir E.Məmmədyarov
Məlumat verilməsi üçün: Nazir müavini V.Sadıqov
Məsələyə dair: Səfirliyin attaşesi A.Əliyevanın ailə həyatı qurması ilə əlaqədar, uzunmüddətli ezamiyyətdən geri çağırılmasına dair müraciəti
Səfir:

İcraçı: E.Məmmədov


Azərbaycan Respublikasının

Xarici İşlər naziri

cənab E.Məmmədyarova

Hörmətli cənab Nazir,


Məlumat üçün bildirirəm ki, Səfirliyin attaşesi Ayan Rauf qızı Əliyeva ailə həyatı qurmağı ilə əlaqədar vətənə geri qaytarılması üçün köməklik göstərilməsini xahiş etmişdir.

Bununla əlaqədar, A.Əliyevanın Sizə ünvanlanmış Ərizəsini və barəsində aşağıdakı məlumatları diqqətinizə təqdim edirəm.

Bildirirəm ki, Ayan Rauf qızı Əliyeva 2006-cı ildə Bakı Slavyan Universitetinin "Regionşünaslıq (Bolqarıstanşünaslıq)" fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə isə Bolqarıstanın ən böyük ali təhsil mərkəzi olan Sv.Kliment Oxridski adına Sofıya Universitetinin "Avropaşünaslıq (Beynəlxalq Münasibətlər)" fakültəsinin magistr pilləsini bitirmişdir.

A.Əliyeva Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyində 2006-2008-ci illərdə ştatdankənar tərcüməçi, 2008-2009-cu illərdə referent (ştatda), 2009-cu il yanvar ayının 20-dən isə attaşe vəzifələrində çalışmışdır.

A.Əliyevaya Səfirlikdə siyasi (bir qismi), təbliğat, mətbuat, mədəniyyət, tələbələrlə iş, kütləvi informasiya vasitələrinin izlənilməsi və digər məsələlər həvalə olunmuşdur.

A.Əliyevanın yüksək hazırlıq səviyyəsi ona Səfirliyin fəaliyyətinin digər sahələri üzrə də müntəzəm olaraq tapşırıqların verilməsinə imkan yaratmışdır. Belə ki, Səfirlikdə işlədiyi müddət ərzində o, digər əməkdaşlar məzuniyyətdə olduğu vaxtda müntəzəm olaraq onları əvəz etmiş və bu zaman A.Əliyeva ona tapşırılan əsas vəzifələrlə yanaşı protokol, humanitar və iqtisadi məsələləri ilə də məşğul olmuşdur.

Eyni zamanda bildirmək istərdik ki, bolqar dili üzrə mütəxəssis olan A.Əliyeva Bolqarıstanda təhsil aldığı və işlədiyi müddət ərzində bolqar dilini daha da mükəmməlləşdirərək bu sahədə əldə etdiyi bilikləri Səfirliyin işində tətbiq etmişdir.

Səfirlikdə işlədiyi müddət ərzində o, diplomatik görüşlərdə fəal iştirak etmiş, ölkənin müvafiq idarələri, dövlət orqanlarının nümayəndələri və ölkədə akkreditə olan diplomatik korpusun üzvləri ilə sıx və səmərəli təmaslar yarada bilmişdir.

Həmçinin A.Əliyeva bu müddət ərzində özünü bacarıqlı və intizamlı, işinə məsuliyyətlə yanaşan və ona verilən tapşırıqları keyfiyyətlə yerinə yetirən əməkdaş kimi göstərmiş və kollektivin rəğbətini qazanmışdır.

Yuxarıda qeyd olunanları, ərizəsini və bolqar dili üzrə (nadir dil) mütəxəssis olmasını nəzərə alaraq, Ayan Rauf qızı Əliyevanın uzunmüddətli ezamiyyətdən geri çağırılmasını və Birinci (Qərb) Ərazi idarəsində müvafiq işlə təmin edilməsini məqsədəuyğun hesab edir və məsələyə müsbət baxılmasını xahiş edirəm.


Səfir E.Zeynalov

Azərbaycan Respublikasının

Xarici İşlər naziri

cənab E.Məmmədyarova
Azərbaycan Respublikasının

Bolqarıstan Respublikasındakı Səfirliyinin

attaşesi Ayan Rauf qızı Əliyeva

tərəfindən

ƏRİZƏ
Hörmətli cənab Nazir,
Ailə həyatı qurmağımla əlaqədar mənim Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyində uzunmüddətli ezamiyyətdən geri çağırılmağıma dair köməklik göstərməyinizi xahiş edirəm.

İMZA:



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MTPİ,MBQİ, MİƏİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 01.09.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib Çox vacib*

Məruzə üçün: Nazir müavini A.Əzimov, X.Xələfov

Məlumat verilməsi üçün: Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev
Məsələyə dair: Bolqarıstan Respublikasının Səhiyyə naziri Dessislava Dimitrovanın təşəbbüsü ilə Səfirlikdə keçirilmiş görüşə dair
Səfir:

İcraçı: A.Əliyeva

Məlumat üçün bildiririk ki, 31.08.2010-cu il tarixində Bolqarıstan Respublikasının Səhiyyə nazirinin müavini Dessislava Dimitrovanın təşəbbüsü ilə Səfirlikdə Səfir E.Zeynalovla görüş keçirilmişdir. Görüş zamanı xanım D.Dimitrova səhiyyə və humanitar sahələrdə nüfuzlu beynəlxalq təşkilatların layihələri üzrə, həmçinin BMT sistemi üzrə 20-dən çox ölkədə fəaliyyətindən, qeyd olunan sahələrdə iki ölkə arasında müsbət inkişaf edən münasibətlərdən, Ümumdünya Səhiyyə Təşkilatından, ÜST-nın 60-cı sessiyası zamanı Avropa Regional Komitəsinə keçiriləcək seçkilərdən, və Bolqarıstanın bu təşkilatın Avropa Regional Bürosuda fəaliyyətinə böyük əhəmiyyət verməsindən danışmışdır.

Həmçinin xanım Dimitrova bu seçkilərdə Bolqarıstan tərəfinin dörd priroritet məsələni irəli sürdüyünü, bununla əlaqədar seçkilərdə namizədliyinin keçməsinə böyük şansı olduğunu bildirmişdir. (əlavə olunur irəli sürülmüş prioritet məsələlər)

Sonda xanım D.Dimitrova 2010-cu il 13-17 sentyabr tarixlərində Moskva şəhərində ÜST-nın Avropa Regional Komitəsinin 60-cı sessiyası zamanı dost Azərbaycan dövlətinin onun namizədliyinin dəstəklənməsini xahiş etmişdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, ÜST-nın 60-cı sessiyası zamanı Avropa Regional Komitəsinə keçiriləcək seçkilərdə Bolqarıstan tərəfindən irəli sürülmüş namizədin ölkəmiz tərəfindən dəstəklənməsinin mümkünlüyünü nəzərdən keçirməyinizi xahiş edirik.

Həmçinin bildiririk ki, görüşdə xanım D.Dimitrova ilə yanaşı Bolqarıstan Xarici İşlər Nazirliyinin İnsan hüquqları və beynəlxalq humanitar təşkilatlar idarəsinin ikinci katibi D.Paruşova və Səfirliyin attaşesi A.Əliyeva iştirak etmişdir.



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MDPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ 252 /10 Tarix: 03.09.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +2 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib Çox vacib*
Məruzə üçün: Nazir E.Məmmədyarov
Məlumat verilməsi üçün: XİN Dövlət Protokol İdarəsinin rəisi P.Mirzə-zadə
Bununla, Mərkəzin DPİ/DS-2364/10 saylı, 12 iyul 2010-cu il tarixli notası ilə bağlı, Bolqarıstan Xarici İşlər Nazirliyindən 03.09.2010-cu il tarixində Səfirliyə daxil olmuş notanı diqqətinizə təqdim edirik.

Səfir:

İcraçı: E.Məmmədov
Qeyri rəsmi tərcümə

Bolqarıstan Respublikası

Xarici İşlər Nazirliyi

Dövlət Protokolu Direksiyası


Gönd.№ 54-194-37

Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət Protokolu Direksiyası Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinə öz dərin hörmət və ehtiramını ifadə edərək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin DPİ/DS-2364/10 saylı, 12 iyul 2010-cu il tarixli verbal notası ilə əlaqədar, Emil Zülfüqar oğlu Kərimovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilməsinə Bolqarıstan dövlətinin razılığını bildirməkdən şərəf duyur.

Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət Protokolu Direksiyası Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında Səfirliyinə fürsətdən istifadə edərək bir daha öz dərin hörmət və ehtiramını ifadə edir.

Sofiya, 03 senyabr 2010

Azərbaycan Respublikasının

Səfirliyinə


SOFİYA

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MDPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 03.09.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +2 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib Çox vacib*
Məruzə üçün: Nazir E.Məmmədyarov
Məlumat verilməsi üçün:
.

Səfir:

İcraçı: E.Məmmədov

Bu qərar ölkədə böyük əks-səda yaratmış müsəlman icmasının nümayəndələri arasında qarşıdurmalar yaratmışdır. Qərara etiraz olaraq Bölqarıstanın bir çox bölgələrində həmçinin Sofiyada böyük izdihamlı etiraz aksiyaları keçirilmişdir. Sofiyada keçirilən aksiyası zamanı 4000-dən çox müsəlman icmasının nümayəndələri Parlament və Nazirlər Şurasının binaları qarşısında yığışaraq hökumətdən bu qanunsuz qərarın ləğv edilməsini, hökumətin dini azlıqlara hörmətlə yanaşmasını, hökumətin nümayəndəsi, Xaricdə yaşayan bolqarlarla və dini işlər üzrə naziri Bojidar Dimitrovun N.Genciyevə dəstək verdiyinə görə işdən azad edilməsini, tələb etmişlər.

Bildiririk, bu cür aksiyalar ölkədə hələ davam edir, türklərin kompakt yaşadığı ərazilərdə dindarlar tərəfindən etiraz olaraq demək olar ki, hər gün məscidlər, dini ibadət yerləri qaşısında yığıncaqlar, mitinqlər təşkil olunur.

Bundan əlavə bildirmək istərdik ki, Sofiya şəhər Apelyasiya məhkəməsinin qərarından sonra professor N.Gənciyev ölkədə akreditə olunan bütün Səfirliklərə məktublar ünvanlayaraq məhkəmə qərarı ilə onun legitimliyinin tanındığını, özünün Ali Müsəlman Şurasının sədri elan edildiyini, Mustafa Alış Hadcının isə 31.05.2010-cu il tarixində Ali Müfti vəzifəsindən azad edildiyini bildirmiş və məhkəmə qərarının surətini məktuba əlavə etmişdir. Məktubda həmçinin hadisələrə bağlı qısa məlumat verərərək, 07.08.1996-cı ildə Ali Müsəlman Surasının Yüksək Müsəlman Şurasına keçirilən seçkilərdə Şuranın sədri seçilmiş Nədim Hafiz İbrahim Hadcıyev və Şuranın 29 üzvü Dini etiqad haqqında Qanununun 16-cı maddəsinə uyğun olaraq Nazirlər Şurası yanında dini işlər üzrə direksiyanın N 239 nömrəli məktubu və Nazirlər Şurasının sədrinin müavini N P-42 saylı, 10.09.1996-cı il tarixli qərarı ilə təsdiq edildiyini, həmçinin 27.08.1997-ci ildə Sofiya şəhərində keçirilən Milli Müsəlman Konfransında yuxarıda qeyd olunan qanunlara zidd olaraq , sabiq koalisyon hökumətin üzvü olan türk əsilli HAH partiyasının dəstəyi ilə Mustafa Alış Hadcının Ali Müfti, HAH partiyasının sabiq deputatı Hüseyn Qaramollayevin Müsəlman Ali Şurasının sədri seçildiyini və bu qanunsuz hala sabiq hökumətin göz yumduğunu bildirmişdir.
Bildiririk ki, bu hadisələrlə bağlı arayış hazırki Ali Müfti Mustafa Alış Hadjı tərəfindəndə ölkədə akreditə olunan bütün müsəlman Səfirliklərinə də ünvanlanmışdır. Mustafa Alış məktubunda bu məhkəmə qərarını pisləyərək, bu qərarın ölkədəki ölkədəki müsəman icmasına qarşı yönəldiyini, N.Gənciyevin komunist rejimin adamı olaraq keçmişdə müsəlmanlara qar


Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin