Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə11/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

Səhifələrin sayı: 1 +3 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfov, M.Məmməd-Quliyev, A.Əzimov
Məsələyə dair: Türkiyə Respublikasının Xarici İşlər naziri Ə.Davutoğlunun Bolqarıstan Respublikasına 18-19 mart 2010-cu il tarixli səfəri və səfər zamanı BR XİN-nin Diplomatik Akademiyasında “ Tükiyənin xarici siyasəti və Türkiyə-Avropa İttifaqı əməkdaşlığının inkişafı mövzusunda mühazirəsi
Səfir:

İcraçı: E.Məmmədov


Məlumat üçün bildiririk ki, 18-19 mart 2010-cu il tarixlərində Türkiyə Respublikasının Xarici İşlər naziri Ə.Davutoğlu Bolqarıstanlı həmkarı N.Mladenovun dəvəti ilə Bolqarıstan Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər zamanı Ə.Davutoğlu Bolqarıstan Respublikasının Prezidenti G.Pırvanovla, Baş nazir B.Borisovla, Xarici İşlər naziri N.Mladenovla görüşmüşdür. Keçirilən görüşlərdə tərəflər ölkələr arasında iki tərəfli və çoxtərəfli münasibətlər, beynəlxalq və regional təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə etmişlər.

Cənab Ə.Davutoğlunun həmkarı N.Mladenovla keçirdiyi görüş zamanı Türkiyənin Bolqarıstanla enerji sahəsində əməkdaşlığının inkişafına böyük maraq göstərdiyini və bu birgə əməkdaşlığın yalnız “NABUKKO” layihəsi ilə deyil digər layihələrlə də inkişaf etdirməyə maraqlı olduğunu bildirmişdir. Həmçinin Ə.Davutoğlu hər iki ölkənin enerji sahəsində, QDİƏT əməşdaşlıq çərçivəsində və Balkan regionunda ümumi maraqlara malik olduğunu həmkarı N.Mladenovun diqqətinə çatdırmışdır.

N.Mladenov isə coxsaylı ümumi maraqların ümumi layihələrə söykəndiyini və vacibinin “NABUKKO” layihəsinin realizasiyasının olduğunu Ə.Davutoğluya bildirərək, bu layihənin realizasiyası üçün siyasi dəstəyin və təbii qazın diversifikasiyasının zəruri olduğunu qeyd etmişdir. Sonra tərəflər arasında digər məsələlər- mədəniyyət sahəsində əməkdaşlıq və NATO təşkilatının üzvləri kimi ümumi maraqlarının həyata keçirilməsi fikirləri müzakirə edilmişdir.

Sonra türkiyəli qonaq Ə.Davutoğlu BR Prezidenti G.Pırvanovla görüşmüşdür. Görüş zamanı Prezident G.Pırvanov iki ölkə arasında münasibətlərin açıqlıq və şəfaflıq prinsipi əsasında qurulduğunu bildirərək ölkələr arasında mövcud olan problemlərin aradan qaldırılması üçün yaradılan ekspertlər komissiyasının apardığı qarşılıqlı işlərin gücləndirilməsinin və sürətləndirilməsinin vacibliyini bildirmişdir. Həmçinin Prezident G.Pırvanov iki ölkə arasında enerji sahəsində əməkdaşlığın ilk öndə olduğunu və bu əməkdaşlığın “NABUKKO” qaz layihəsinin realizasiyasında hər iki ölkənin iştirakına şərait yaratdığını bildirərək, layihənin inkişafı üçün hər iki ölkənin qaz nəqli sistemlərinin əlaqələndirilməsini(sistemlərin birləşdirilməsi üçün tikinti işlərinin aparılmasını), zəruri olduğunu qeyd etmiş və bu sistem vasitəsi ilə gələcəkdə həmçinin Qətər qazının da Türkiyədən keçməklə Bolqarıstana nəql edilə biləcəyini bildirmişdir.

Sonda türkiyəli qonaq Ə.Davutoğlu Türkiyədə keçiriləcək “Cənub Şərqi Avropa ölkələrinin Mədəniyyət Dəhlizi” adlı yüksək səviyyəli görüşdə iştirak etmək üçün Türkiyə Prezidenti A.Gülün dəvət məktubunu Prezident G.Pırvanova təqdim etmiş, həmçinin Prezident A.Gülün bu ilin oktyabr ayında Bolqarıstan Respublikasına səfər etməyə hazır olduğunu bildirmişdir.

Səfərin sonuncu günü Türkiyənin Xarici İşlər naziri Ə.Davutoğlu Bolqarıstanın Baş naziri B.Borisovla görüşmüşdür. Görüş zamanı BR Xarici İşlər naziri N.Mladenovun iştirakı ilə iki ölkə arasında mövcud olan iki tərəfli və çoxtərəfli münasibətlər müzakirə olunmuşdur. B.Borisov 2 ölkə arasında mövcud olan ümumi strategiyaların və yaxşı əlaqələrin olması dostluq körpüsünün yaranmasına səbəb olduğunu bildirmişdir. “Biz bu ümumi dinamik strategiyalarımızı və yüksək səviyyəli qonşuluq münasibətlərini gücləndirərək iki ölkə arasında mövcud olan problemləri aradan qaldıra və hökm sürən iqtisadi böhrandan tezliklə çıxa bilərik. deyə B.Borisov qeyd etmişdir” Eyni zamanda B.Borisov görüş zamanı hər iki ölkə üçün vacib məsələlərin (həmçinin Nabukko layihəsinin realizasiyası) həlli məqsədi ilə nazirlərin və ekspertlərin daxil olduğu hökumətlərarası komissiyanın yaradılmasını təklif etmişdir.

Sonda Ə.Davutoğlu Baş nazir B.Borisova rəsmi səfərdən məmnun olduğunu və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək BR və TR arasında mövcud olan dostluq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.

Türkiyəli qonaq rəsmi səfərinin sonunda Bolqarıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında “Tükiyənin xarici siyasəti və Türkiyə-Avropa İttifaqı əməkdaşlığının inkişafı” mövzusunda mühazirə oxumuşdur. Mühazirədə Bolqarıstanda akreditə olunan diplomatik korpusun, KİV-nin nümayəndələri, elm-təhsil müəssilərinin işçiləri, professor müəllim heyyəti, tələbələr və s şəxslər iştirak etmişdir.

Mühazirədə Ə.Davutoğlu ilk öncə Türkiyə ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan danışarıq, Türkiyənin Avropa İttifaqına üzvülüyünün dövlətinin strateje məqsədi olduğunu və bu yöndə apardığı işlərdən geri çəkilməyəcəyini bildirmişdir. Həmçinin Ə.Davutoğlu qeyd etmişdir ki, statistika göstərir ki Aİ üzv olmaq üçün danışıqlar aparan bütün ölkələr Aİ-na daxil olmuşdur. “Bizdə bu yolda danışıqlar aparır, Aİ-nın üzvülüklə bağlı qarşımıza qoyduğu tələbləri yerinə yetirir, müvafiq islahatlar aparırıq və aparılan müvafiq işləri daha da gücləndiririk”

“Bu baxımdan Aİ üzvülüklə bağlı 2 seçim etməlidir:” deyə Davutoğlu demişdir.




  1. Ya bölgədə bütün mədəniyyətləri qəbul edərək dinamik inkişafa, rəqabətə dözümlü iqtisadi birliyə, dünyada bir nömrəli qlobal gücə sahib olmalı ;

  2. Ya da qeyd olunanları qəbul etməyərək, bölgədə yeni güclərin yaranması ilə beynəlxalq nüfuzunun itirməsi ilə razılaşmalıdır.

Sonra Ə.Davutoğlu Türkiyə Bolqarıstan münasibətlərindən danışaraq, mövcud olan problemlərin həllinin qarşılıqlı güclü siyasi dəstək nəticəsində mümkün olduğunu bildirmiş və bu problemlərin yüksək qonşuluq münasibətləri çərçivəsində həll olunacağına əmin olduğunu qeyd etmişdir.


Qondarma erməni soyqırımının son zamanlar bəzi ölkə Parlamentlərində qəbulu ilə bağlı Ə.Davutoğlu bildimişdir ki, belə bir faktın qəbul edərək təsdiq etməsi Parlamentin hüququ deyildir. Bu faktlar tarixçilər tərəfindən təsdiq edilməlidir. Bunun üçün Türkiyə hökuməti dialoqlar aparmağa, tarixçilərə lazımı şərait yaratmağa hazırdır.
Sonda Ə.Davutoğlu Türkiyənin bölgədə yerləşən ölkələrlə (İran, İsrail, Ərəb və Asiya ölkələri) münasibətlərindən danışaraq, bu ölkələrlə müsbət qonşuluq münasibətlərinə sahib olduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Qeyd olunan mühazirədə Səfir E.Zeynalov və Səfirliyin attaşesi A.Əliyeva iştirak etmişdir.
Məumat üçün diqqətinizə təqdim edirik.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MTPİ, MYNS, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ 078 /10 Tarix: 30.03.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib



Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov, V.Sadıqov, X.Xələfov
Bununla bildiririk, Ukraynanın Bolqarıstandakı Səfirliyindən Bolqarıstanda akreditə olunan bütün diplomatik nümayəndəliklərə (həmçinin bizim Səfirliyə) nota göndərilmişdir. Notada 2011-ci ilin oktyabr ayında UNESCO-nun 36-cı sessiyası zamanı bu təşkilatın İcraiyyə Şurasına keçirilməsi nəzərdə tutulan seçkilərdə Ukrayna tərəfindən təqdim olunmuş namizədə dəstək verilməsi xahiş olunmuşdur.

Qeyd olunan notanı və əlavəsini (namizədin tərcümeyi-halını) diqqətinizə təqdim edirik



Səfir:

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİƏİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ 079 /10 Tarix: 29.03.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

Səhifələrin sayı: 1 +3 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini M.Məmməd-Quliyev
Məsələyə dair: Mərzəzin S/32-4181/0210 saylı, 17.03.2010-cu il tarixli məktubuna cavab olaraq, telefon zənglərində tez –tez yaranan qüsurlara dair
Səfir:

İcraçı: E.Məmmədov


Mərzəzin S/32-4181/0210 saylı, 17.03.2010-cu il tarixli məktubuna cavab olaraq bildiririk ki, Bolqarıstandan sabit telefonlardan ölkəmizə sabit və mobil telefonlara zəng edərkən tez-tez bəzi problemlərlə üzləşilir. Belə ki, qeyd olunan rabitə vasitələrinə zəng edərkən bəzən ya düşmək mümkün olmur, ya da bütün günü məşgul olduğu göstərilir.

Rouminq sisteminə gəldikdə isə bildiririk ki, bu sistemnən istifadə edərkən tez-tez səs tutulmalarına, dayanmadan uzun siqnalara (qarşı tərəfin səsi eşidilmir) rast gəlinir.


Məlumat üçün diqqətinizə təqdim edirik.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MTPİ,MXSP, MİƏİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 01.04.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

Səhifələrin sayı: 1+1 Əlavə olunur: qazet materialı - 1səhifə

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov, M.Məmməd-Quliyev, X.Xələfov
Məsələyə dair: Bolqarıstanda nəşr edilən Vahan erməni qazetində “Bakı və Ankara arasında yaşanan problem NABUKKO-nu qorxudur” başlığı altında yayılan məlumata dair

Səfir:

İcraçı: A.Əliyeva


Məlumat üçün bildiririk ki, 30.03.2010-cu il tarixində Bolqarıstanda nəşr edilən Vahan erməni qazetində “Bakı və Ankara arasında yaşanan problem NABUKKO-nu qorxudur” başlığı altında məqalə yayılmışdır. Məqalədə verilən məlumatları Royters agentiliyinə istinadən yayıldığını bildirərək, Bakı və Ankara arasında təbii qazın Avropaya nəqli ilə bağlı aparılan danışıqların dayandırılmasının Ankaranın rəsmi İrəvanla münasibətlərinin normalizasiyası ilə əlaqədar olduğunu bildirmişdir. Həmçinin məqalədə Türkiyənin Energetika naziri T.Yıldız tərəfindən – “Biz Azərbaycan dövləti ilə 1 ay yarımdan artıqdır ki danışıqlar aparımırıq, əsas problem isə iki ölkə arasınada mövcud olan siyasi problemdir. Bu yaranan problem Azərbaycan dövlətinin Türkiyənin Ermənistanla münasibətlərini erməni hərbi qüvvələrinin Dağlıq Qarabağdan çıxarıldıqdan sonra normallaşdırlması tələbi ilə bağlıdır.” Eyni zamanda məqalədə verilən məlumata görə T.Yıldız bildirmişdir ki, “hələ ki bilinmir Bakı təbii qazın bazar qiymətindən aşağı qiymətə Avropaya nəqli ilə bağlı Türkiyənin təklifinə razılıq verir yoxsa yox” .

Həmçinin T.Yıldız qeyd etmişdir ki, 2014-2016-cı illərdə planlaşdırılan “Şah dəniz” qaz yatağından qazın nəqli ilə bağlı 2-ci fazanın qoşulması məsələsində də ölkələr arasında razılığ əldə edilə bilməmişdir.

Məqalədə həmçinin bu mübahisələrin Rusiyanın xeyrinə işləməsi və NABUKKO layihəsinin realizasiyasının zəiflədilməsinə xidmət etməsi qeyd edilmişdir.

Sonra məqalədə Azərbaycan Prezidendi cənab İ.Əliyevin keçən ilki çıxışı zamanı Türkiyənin qazın nəqli ilə bağlı aparılan danışıqları dalana söykədiyini və təbii qazın İrana, Rusiyaya satacağı ilə bağlı bəyanatı ilə Türkiyəni hədələdiyini bildirmişdir. Məqalədə eləcə də, Prezident İ.Əliyevin təbii qazın Türmənistan və Özbəkistan vasitəsi ilə Çinə sata biləcəyini də bidirdiyi qeyd olunmuşdur.

Məqalədə sonda Rusiyanın “Qazprom” şirkəti ilə “Azərbaycan Dövlət Neft Şirkəti” arasında 2009-cu il dekabr ayında imzalanan müqaviləyə görə 2010-cu ildə 500 milyon kubametr qazın Rusiyaya satışı və 2010-cu ilin yanvarında isə 2 şirkət arasında əldə olunan razılığa əsasən bu qaz satışının 2 qat artırılması, eləcədə rusiya monopolist tərəfindən Azərbaycanda çıxarılacaq bütün qazın almasına hazır olduğunu bildirən ifadəsi, ehtiyyatı 1,3 trilyard təşkil edən Şahdəniz qaz yatağından çıxarılacaq qazın 50 %-nin alınmasında Rusiyanın istəyi qeyd olunmuşdur.
Məlumat üçün diqqətinizə təqdim edirik.



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MTPİ, MSXP, MBQİ,MİHİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 31.03.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

Səhifələrin sayı: 1 +2 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov, X.Xələfov, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri N.Məmmədov
Məsələyə dair: Prezident G.Pırvanova qarşı Parlamentdə qaldırılmış impiçment qərarının qəbul edilməməsinə və ölkənin siyasi həyatında yaranmış rəqabətə dözümlü, müxalif mövqedə olan yeni gücə dair analitik məlumat
Səfir:

İcraçı: E.Məmmədov


Bununla bildiririk ki, Bolqarıstanda yeni Hökumətlə Prezident Administrasiyası arasında seçkilərdən sonra yaranmış siyasi çəkişmələr keçən ilin sonu 2010-cu ilin əvvələrində bir qədər səngisə də bu ilin mart ayında Prezident və Maliyyə naziri arasında baş verən insidentdən sonra daha da güclənmiişdir. Xatırladaq ki, bu mübahisə Maliyyə naziri S.Dyankovun şou verlişdə Prezident G.Pırvanovu milyarder adlandırması və buna cavab olaraq Prezident G.Pırvanovun məslə ilə bağlı Maliyyə naziri S.Dyankovdan Prezident Aparatında izahat istəyərkən görüşün audio yazısını qeyd etdirərək KİV-nə yayması ilə yaranmışdır. Prezident tərəfindən atılan bu addım hökumətin üzvləri, hakim və millətçi partiyaların millət vəkilləri tərəfindən pislənilmiş və bu hərəkətlə (razılığı olmadan görüşün səs yazısının efirə getməsinin) Prezident G.Pırvanovun Maliyyə naziri S.Dyankovun ləyaqətini alçatdığını, Konstitusiya qaydalarını pozduğunu bildirilərək ona qarşı Parlamentdə impiçment qərarının çıxarılması tələb olunmuşdur.

Parlamentin 30.04.2010-cu il tarixində keçirilən növbəti iclasında Prezidentə qarşı irəli sürülən ittihamlara baxılması və ona qarşı impiçment qərarın verilməsi üçün “Gerb” partiyasının təklifi ilə qərar Parlamentin müzakirəsinə çıxarılmışdır. Qeyd olunan məsələ ətrafında 4 saatlıq müzakirələrdən sonra səsvermə keçirilmiş və səsvermə zamanı təqdim olunmuş qərara “Gerb”, “Göy Koalisiya”, millətçi “Ataka” partiyalarının dəstəyi ilə 156 lehinə, Bolaqrıstan naminə Koalisiyasının və Hüquq və Azadlıqlar naminə Milli Hərəkat partiyası tərəfindən 72 tam əlehinə səs verilmişdir. Toplanılan səslər Konstitusiyaya uyğun yetərincə olmadığından (ən azı 162 səs tələb olunur) qərar qəbul edilməmişdir. Parlamentdə qərarın yetərincə səs əldə edə bilməməsinə səbəb isə əvvələr hakim partiyanın müttəfiqi hesab edilən “RZS” partiyasının səsvermədə iştirak etməməsi olmuşdur.

Bildirmək istərdik ki, Prezident Administrasiyası və Hökumət arasında bu cür insident 2-ci dəfədir ki yaranmışdır.

Xatırlatmaq istərdik ki, tərəflər arasında yaranmış 1-ci insident 2009-cu il oktyabr ayında Prezident G.Pırvanovun Hökumətin Bolqarıstanın ABŞ-dakı və Türkiyədəki Səfirlərinin seçki kompaniyasında etdikləri qanun pozuntuları ilə əlaqədar vəzifələrindən azad edilməsi ilə bağlı qərarının rədd edilməsi ilə bağlı yaranmışdır. Bu zaman hökumət və millətçi qüvvələr Prezidenti istefaya göndərmək və impiçment qərarını vermək məqsədi ilə anti-prezident kampaniyaları təşkil edərək KİV-də, Parlamentdə Prezident barəsində müxtəlif ittihamlar sürərək, əməllərinə və konstitusyon qanunları pozduğuna görə ona (Prezidentə) qarşı impiçment qərarının verilməsi barədə xoşgəlməz məlumatlar yaymışmlar. Bu kampaniya hakim və millətçi partiyaları üzvləri tərəfindən müəyyən müddət (oktyabr,noyabr) aparılsa da, 2009-cu ilin sonu 2010-cu ilin əvvələrində bir qədər səngimişdir.

Siyasi müşahidəçilər Parlament tərəfindən Prezident G.Pırvanova qarşı atılan bu addım onun ölkədə nüfuzdan salınması, kütlə arasında etibarının itirilməsi məqsədi ilə hökumət tərəfindən yaradılmış süni kampaniya kimi qiymətləndirmişlər.


Prezident G.Pırvanov və Baş nazir B.Borisov arasında yaranmış bu qarşıdurma günü-gündən daha da gücləniməkdədir. Prezident G.Pırvanovun KİV-nə verdiyi bu günkü mətbuat konfransında Baş nazir B.Borisovu və hökumətinin üzvlərini anti-böhran siyasətini pisləyərək qarşılarına qoyulan məsələləri həll etmək iqtidarında olmadıqlarını KİV nümayəndələrinin diqqətinə çatdırmışdır.

Səfirlik bu qarşıdurmanı diqqətlə izləməkdədir və maraq kəsb edən məlumatlar yaranacağı təqdirdə dərhal Mərkəzə bildirəcəkdir.


Həmçinin bir məsələnidə diqqətinizə təqdim etmək istərdik ki, parlament seçkilərindən sonra yeni hökumət yaranarkən hakim partiyanın müttəfiqi hesab edilən “RZS” partiyası son zamanlar Hökumətin yürütdüyü siyasətə qarşı müstəqil olaraq mübarizə aparan vahid müxalif qüvvə kimi formalaşmışdır. Bu partiya tez-tez ölkədəki ictimayi-siyasi vəziyyəti, əhalinin sosial vəziyyətini tənqid edərək, bunda Hökuməti günahlandırır, müxtəlif mitinqlərlər təşkil edir. Bu partiya tərəfindən hökumətə qarşı neytral mövqedə, müstəqil aparılan bu mübarizə partiyanın kütlə arasında nüfuzunu günü-gündən artmasına səbəb olur. Qeyri-hökumət (ekzit pol) təşkilatları tərəfindən xalq arasında aparılan son araşdırmalara görə RZS partiyası kütləni etibarını qazanan və xalq arasınada böyük nüfuzuna sahib olan partiyalar arasında ilk yerlərdə durur.
Zənnimizcə qeyd olunan partiya günü-gündən xalq arasında güclənən nüfuzu ilə rəqabətə dözümlü, vahid müxalif partiya kimi gələcəkdə keçiriləcək parlament, prezident seçkilərində böyük naliyyətlərə sahib olacaqdır.

Məlumat üçün diqqətinizə təqdim edirik.





AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MİNİ, MTPİ, MXSP Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 06.04.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini V.Sadıqov

Məsələyə dair: Səfirlik üçün tələb olunan təbliğat materiallarına dair

Səfir:

İcraçı: E.Məmmədov

Mərkəzin S/123-5292/05/10 saylı, 02.04.2010-cu il tarixli məktubuna cavab olaraq bildiririk ki, akreditə olunduğumuz ölkədə məlumat təbliğat işinin aparılması fəaliyyətimizin əsas prioritet istiqamətlərindən biridir. Bununla əlaqədar Səfirlik Bolqarıstanın aparıcı KİV ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığı günü-gündən inkişaf etdirir.

Hazırda Səfirliyimizin Bolqarıstanda tanınmış, geniş oxucu kütləsinə malik olan və ya efirlərdə daim izlənilən KİV-i, nümayəndələri və Bolqarıstan Jurnalistlər Birliyi ilə (sədri ilə) sıx, dostluq münasibətləri mövcuddur. Bu baxımdan qeyd olunan KİV-də ölkəmizlə bağlı qərəzli məlumatlara yol verilmir, daim təbliğat xarakterli, maraqlarımızı əks etdirən məlumatlar yayılır.

Həmçinin bildiririk ki, bəzən Bolqarıstanda fəaliyyət göstərən reytinqi olmayan və ya regional qazetlərdə həmçinin erməni qazetlərində Ermənistan mətbuatına istinad edilərək ölkəmizlə bağlı yayılan xoşgəlməz məlumatlara da rast gəlinir. Səfirlik bu cür halların qarşısının alınması istiqamətində müfaviq iş apararaq, bu KİV-nə etirazını bildirir, ölkəmizlə və münaqişə ilə bağlı həqiqətləri mütəmadi olaraq onların diqqətinə (kitabçalar, broşuralar, disklər və.s göndərilir) çatdırır.

Eyni zamanda qeyd etmək istərdik ki, Səfirliyin Bolqarıstanın elm, təhsil ocaqları, mədəniyyət qurumları, kitabxanalarla (Mərkəzi, universitetlərin, Elmlər Akademiyasının, Prezidentin, Parlamentin və digər kitabxanaların) və nümayəndələri ilə eləcə də Bolqarıstanın tanınmış elm və ictimai xadimləri ilə də müsbət dostluq münasibətləri mövcuddur. Səfirlik qeyd olunan şəxslərlə hərdəfə görüşlər keçirərkən və ya hər hansı tədbirdə görüşərkən onların diqqətinə ölkəmizlə, münaqişə ilə bağlı lazımi məlumatlar, faktlar çatdırır və onlara Mərkəz tərəfindən göndərilən təbliğat xarakter materiallar (kitablar broşuralar,disklər, işğal olunmuş əraziləri əks etdirən xəritələr) təqdim edir.

Bu təbliğat materialları həmçinin hər il Xocalı soyqırımı, 31 mart soyqırımı, 20 yanvar matəm gününün ildönümü ilə əlaqədar olaraq da, yuxarıda göstərilən qurumlara, şəxslərə, Prezident Aparatının, Parlamentin və Hökümətin üzvlərinə göndərilir.

Bu baxımdan Səfirlikdə ingilis və rus dillərində nəşr edilən aşağıda göstərilən mövcud və yeni təbliğat materiallarına böyük ehtiyac duyulur.




  1. İşğal olunmuş əraziləri əks etdirən xəritələr




  1. 1918-ci il Azərbaycan Cumhuriyyət dövrünün və ya qədim dövrünün xəritələri




  1. Xocalı soyqırımını, 31 mart soyqırımını, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini əks etdirən kitablar, broşuralar, jurnallar, sənədli filmlər, disklər, videoroliklər, fotoşəkillər, stendlər




  1. Xocalı soyqırımının, 31 mart soyqırımının canlı şahidi olan insanlarını ifadələrini əks etdirən kitablar, broşuralar, və s. materiallar, həmçinin erməni vəhşiliklərini və soyqırım törədildiyi ərazidə amasızcasına qətlə yetirilən günahsız sivil insanların cəsədlərinin, əlil qalmış, köçkün düşmüş insanların vəziyyətinin çəkilişini aparan xarici ölkələrin jurnalistlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin qeydləri, müsahibələri, videorolikləri, məqalələri




  1. Dağlıq Qarabağın və digər qədim Azərbaycan torpaqlarının (Zəgəzurun və s) həmişədən ölkəmizə məxsus olduğunu təsdiq edən bizim və dünya alimlərinin tarixi faktları, araşdırmaları, məqalələri




  1. Azərbaycan mədəniyyətini, tarixini, milli mətbəxini turizmisini əks etdirən kitablar, broşuralar, jurnallar, disklər, videoroliklər




  1. Ölkəmizin sosial iqtisadi vəziyyətini, bütün sahələrdə gedən inkişafını, ölkə başçımız tərəfindən aparılan islahatları, neft strategiyasını, qeyri-neft sektorunun inkişaf potensialını, statistik iqtisadi göstəriciləri, investisiya imkanlarını və digər iqtisadi məlumatları əks etdirən AR-in müxtəlif qurumları tərəfindən hazırlanan təqdimat xarakterli disklər, videoroliklər, kitablar, broşuralar, jurnallar




  1. Yuxarıda qeyd olunan bütün məlumatları özündə əks etdirmiş təqdimat xarakterli disk, videorolik, kitab, jurnal, broşura (ən vacibi)

Nəzərə almağınızı və müvafiq tədbirlər görməyinizi xahiş edirik.





Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin