Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə16/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ,MİHİ,MXSPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 08.09.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +2 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib Çox vacib*
Məruzə üçün: Nazir müavini V.Sadıqov
Bununla, Səfirliyin SSOF/255/10 saylı, 07.09.2010-cu il tarixli məktubuna əlavə olaraq, Bolqarıstanın Baş Müftilik Aparatından Səfirliyə daxil olmuş Müftiliyin blokada vəziyyətində olması barədə məktubunu diqqətinizə təqdim edirik.

Səfir:

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 08.09.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün: Nazir müavini V.Sadıqov
Məsələyə dair: Səfirlikdə çalışan ştatdankənar işçilər barədə məlumat

Səfir:

İcraçı: E.Məmmədov

Mərkəzin S/17-14513/05/10 saylı, 06.09.2010-cu il tarixli məktubu ilə əlaqədar, Səfirlikdə çalışan ştatdankənar işçilər haqqında məlumatı cədvəl üzrə diqqətinizə təqdim edirik.



N

Adı, atasının adı, soyadı

Vəzifəsi

1

Kolayan İvaylov Nençev

Sürücü-mühafizəçi



2

Anna Aleksey Fidanova

Tərcüməçi-katibə


3

Xristo Avramov Georgiyev

Sürücü


4

Lilyana Tsvetanova Rusimova

Xadimə


5

Stefan Angel İliyev

Mühafizəçi


6

Uribe Margarita Vinsente

Xadimə




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MÜKT, MİİD Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 07.10.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün: Nazir müavini V.Sadıqov
Bununla, Mərkəzin S/30-13313/05/10 saylı, 16.08.2010-cu il tarixli təlimat məktubuna uyğun olaraq, Səfirlikdə mövcud olan (sabiq) möhür və ştamplar müvafiq qaydada yeniləri ilə (Mərkəzdən göndərilən) əvəz edilmişdir. Bununla əlaqədar, Səfirliyin daxili əmri ilə ləğvetmə komissiyası yaradılmış, komissiyanın iştirakı ilə müvafiq tədbirlər görülmüşdür. Sabiq ştamplardan yalnız biri (katiblik üçün qeydiyyat ştampı - Daxil olma) Konsulluq fəaliyyətinin operativliyinin təmin edilməsi üçün (ərizələrin, sorğuların və.s konsulluq sənədlərin qeydiyyatı üçün) saxlanılması məqsədəuyğun edilmişdir.

Səfir:

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD Surəti: MNKT, MÜKT

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 11.10.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün: Nazir E.Məmmədyarov

Məlumat verilməsi üçün: Nazir müavinləri : A.Əzimov, X.Xələfov, M.Məmməd-Quliyev, V.Sadıqov, H.Paşayev
Məlumat üçün bildiririk ki, Səfir E.Zeynalov Diplomatik fəaliyyətində rotasiyası ilə bağlı dövlət başçısı cənab İ.Əliyev tərəfindən qəbulu üçün Bakiya səfəri və müvafiq sərəncamla yaxın zamanlarlarda digər vəzifəyə təyinatı ilə əlaqədar ezam olunarkən Səfirliyin müşaviri N.Əfəndiyevanı 2010-cu il oktyabr ayının 11-dən yeni Səfir E.Kərimovun ölkəyə gəlişinə qədər Səfirliyin daxili Əmri ilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili vəzifəsinə təyin etmişdir.
Əlavə olunur: Səfirliyin daxili Əmrinin surəti

Müvəqqəti İşlər Vəkili:

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİNF Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 04.11.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün:
Nazirliyin S/14-18361/24/10 saylı, 28.10.2010-cu il tarixli məktubuna cavab olaraq bildiririk ki, Mərkəzlə Səfirliyin birbaşa peyk rabitəsi vasitəsi ilə əlaqələndirilməsi üçün tərəfinizdən göndəriləcək müvafiq qurğunun ölkəmizin mülkiyyəti olan Səfirliyin inzibati binasının damında və ya həyətyanı sahəsində quraşdırılması üçün qeyd olunan ölçüdə yer mövcuddur.


Müşavir :

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİNF Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 13.11.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Məlumat verilməsi üçün:

Xarici İşlər Nazirliyinin

İşlər idarəsinin rəisi

cənab F.Molla-zadəyə


Hörmətli Fərhad müəllim,


Səfirliyin xidməti işində istifadə üçün aşağıda qeyd olunan ölçüdə bayraqların alınaraq, Səfirliyə göndərilməsində köməklik göstərməyinizi xahiş edirik.
2 ədəd ipək bayraq (saçaqsız) - 1x1,5 ölçüdə

2 ədəd Səfirliyin qarşında asılması üçün bayraq (yağışa və küləyə dözümlü materialdan,saçaqsız ) - 1 x 2 ölçüdə

3 ədəd maşın üçün bayraq (saçaqsız) –müvafiq ölçüdə

Səfir E.Kərimov

İcraçı: E.Məmmədov

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİƏİ,MBQI, MXSP Surəti:MİNİ,MMXİ

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 18.11.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün: Nazir müavini M.Məmməd-Quliyev, X.Xələfov
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: 13 noyabr 2010-cu il tarixində Rusiya Federasiyasının Baş naziri V.Putinin Bolqarıstan Respublikasına işgüzar səfəri barədə
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin müavini

cənab M.Məmməd-Quliyevə

Hörmətli Mahmud müəllim,


Məlumat üçün bildiririk ki, 13 noyabr 2010-cu il tarixində Rusiya Federasiyasının Baş naziri V.Putinin rəhbərlik etdiyi nümayəndə heyyəti (Enegetika naziri S.Şmatkov, Xİn-nin müavini V.Titov, Atom elektrik enerjisi üzrə Rosatom Dövlət müəssisəsinin prezidenti S.Kirenko, Qazprom şirkətinin idarə heyyətinin sədri A.Miller) Bolqarıstan Respublikasının Baş naziri B.Borisovun dəvəti ilə 1 günlük işgüzar səfərdə olmuşdur. Səfər zamanı RF Baş naziri V.Putin Bolqarıstan Respublikasının Prezidenti G.Pırvanov və həmkarı Baş nazir B.Borisovla görüşmüşdür.

RF Baş naziri V.Putin həmkarı B.Borisovla görüş zamanı iki ölkə arasında iki tərəfli və çox tərəfli münasibətləri, birgə infrastruktur layihələri, iqtisadi, enerji məsələlərini, turizm, mədəniyyət və ticarət əlaqələrini müzakirə etmişlər. Keçirilən müzakirələrin əsas mövzusu isə reallaşacaq Cənub Axını qaz kəmərinin Bolqarıstan tərəfinə düşən hissəsinin tikintisi ilə bağlı görüləcək işlər, tikiləcək “AES Belene” atom elektrik stansiyasının texniki, maliyyə və iştirak tərəfləri, Burqas-Aleksandropulis neft kəmərinin həyata keçirilməsi ilə bağlı yaranmış problemlər, iki ölkə arasında ticarət dövriyəsinin artırılması məsələləri, silah istehsalı ilə birgə müəssisələrin yaradılması və s maraq kəsb edən məsələlər olmuşdur. Sonra Baş nazir B.Borisovun və Baş nazir V.Putinin iştirakı ilə Cənub Axını qaz kəmərinin Bolqarıstan tərəfinə düşən hissəsinin tikintisi üçün birgə müəssisənin yaradılması ilə bağlı Anlaşma Memarandumu və iki ölkə arasında imzalanmış Sosial təhlükəsizlik müqaviləsinə əlavələr edilməsi ilə bağlı (hər iki ölkədə yaşayan rus və bolqar vətəndaşlarının pensiya təminatını qaydasına salınması) Anlaşma Memarandumu imzalanmışdır.

İmzalanma mərasimindən sonra həmkaklar üçün birgə mətbuat konfransı təşkil olunmuşdur. KİV-ə müsahibə verən Baş nazir V.Putin iki ölkə arasında iqtisadi, ticarət əlaqələrinin yüksək templə inkişaf etdiyini, həyata keçiriləcək Cənub Axını layihəsinin Rusiya və Avropa üçün böyük məna kəsb etdiyini, bu layihədə Bolqarıstanla yanaşı İtaliya və Fransa kimi nəhəng dövlətlərin də iştirak edəcəyini bildirmişdir. Qonaq müsahibəsində həmçinin, Bolqarıstanın bu qaz kəmərin trazitindən 2 milyard 400 milyon dollar gəlir əldə edəcəyini, imzalanmış Memoranduma əsasən Cənub Axını layihəsinin Bolqarıstan tərəfinə düşən hissəsinin tikintisi üçün yaradılacaq birgə səhmdar müəssisə ilə bağlı müəyyən edilmiş şərtlərini (ümumi kapitalının 50% Bolqarıstan, 50% Rusiyaya məxsus olan müəssisənin rəhbərinin Bolqar, idarə heyyətinin əksər üzvlərinin isə Rusiya vətəndaşları olması) qeyd etmişdir. Bununla yanaşı, Baş nazir V.Putin həmkarı B.Borisovla “AES Belene” atom elektrik stansiyasının tikintisi üçün texniki layihənin ilin sonuna qədər qəbul ediləcəyi barədə qərar verdiklərini, bu iri miqyaslı layihənin həyata keçirilməsi üçün böyük maliyyə vəsaitinin tələb edildiyini, Rusiya dövlətinin layihənin maliyyələşməsi üçün Bolqarıstan tərəfinə əlverişli şərtlərlə kredit ayırmağa, layihənin tikintisi üçün avadanlıqlarla, yanacaqla təhciz etməyə, bu layihəyəyə digər qərbi avropa ölkələrini cəlb etməyə və digər məsələlərdə lazımi köməklik etməyə hazır olduğunu bildirmişdir. Sonra qonaq ifadələrinə əlavə edərək, Bolqarıstan və Rusiya arasında həmçinin turizm və mədəniyyət əlaqələrinin də aktiv şəkildə inkişaf etdiyini, rus iş adamalarının turizm sahəsində ölkədə böyük investisiya yatırımları qoyduqlarını qeyd etmişdir.

Öz növbəsində Baş nazir B.Borisov KİV-ə müsahibəsində Cənub Axını qaz kəmərinin həyata keçirilməsinin Avropa qanunvericiliyinə uyğunlaşdırılması üçün Bolqarıstan dövlətinin Avropa Birliyinin müvafiq qurumları, həmçinin Avropa Komissarı Etingerlə ilə bir neçə ay danışıqlar apardığını və nəticədə razılıq əldə etdiyini bildirmişdir. Həmçinin Baş nazir B.Borisov KİV-ə həmkarı V.Putinlə “AES Belene” atom elektrik stansiyasının tikintisi layihəsi ilə bağlı iş aparan ekspert komissiyası tərəfindən Avropada ən ucuz və daha kefiyyətli atom elektrik stansiyasının tikilməsi üçün aparılan işlərinin davam etdirilməsi qərarı verdiklərini bildirmişdir. Bununla yanaşı B.Borisov ümidvar olduğunu bildirmişdir ki, yaxın zamanlarda Rusiya hökuməti tərəfindən təbii qazın güzəştli şərtlərlə Bolqarıstana satış qiyməti açıqlanacaqdır. Burqas-Aleksandropulis neft kəməri ilə bağlı isə B.Borisov bir daha Bolqarıstan tərəfinin mövqeyini bildirərək, bu kəmərin ekoloji təhlükəsizlik baxımından ətraf mühitə təsiri, kəmərin Natura 2000 avropa proqramına daxil olan xüsusi mühafizə olunan ərazidən keçməsi və sosial faktorlarla əlaqədar layihənin yerli əhali tərəfindən qəbul edilməməsi baxımından bu layihənin həyata keçirilməsinin dondurulduğunu qeyd etmişdir.

Sonda Baş nazir V.Putin məhsuldar və səmimi görüşə görə həmkarına təşəkkürünü bildirmişdir.
Baş nazir V.Putin həmçinin Bolqarıstan Respublikasının Prezidenti G.Pırvanovla da görüşmüşdür. Görüş zamanı tərəflər arasında Bolqarıstan Rusiya münasibətləri, siyasi, iqtisadi, enerji məsələləri, turizm, mədəniyyət əlaqələri, ölkələr arasında ticarət dövriyəsinin artırılması istiqamətləri, həmçinin “Cənub Axını” layihəsi və sosial sferada Bolqarıstan hökuməti ilə imzalanmış Memorandumlar müzakirə edilmişdir.
Bolqarıstanın aparıcı KİV-də Baş nazir V.Putinin Bolqarıstana səfəri geniş işıqlandırılmış, səfərin nəticələri ilə bağlı komentariyalar, səfər çərçivəsində maraqlı məqamlar, rəsmilərin səfərlə bağlı müsahibələri qeyd olunmuşdur.

Məsələn: AES Belenenin tikilişi ilə bağlı


“Duma” qazetində verilən məlumata görə Bolqarıstan və Rusiya Baş nazirlərinin nümayəndə heyyəti ilə birgə görüşü zamanı Rusiya tərəfindən AES Belene atom elektrik stansiyasının tikintisinin 6,3 milyard avroya başa gələcəyi bildirilmişdir. Bu qiymət Bolqarıstan nümayəndə heyyəti tərəfindən qəbul edilməmiş və Rusiya tərəfinin əvvəlki hökumətlə razılaşdırılmış 3, 970 milyard avro dəyərində vəsaitə əlavə maksimum 1 milyard avro artırıla biləcəyi bildirilmişdir.
“Trud” qazetində qeyd olunan məlumata görə isə BR Energetika naziri T.Traykov müsahibəsində, AES-in tikilişi ilə bağlı Rusiya tərəfindən verilmiş 6,3 milyard avro dəyərində qiymətin Bolqarıstan tərəfindən qəbul edilməyərək, bütün xərclər daxil olmaqla 5,2 milyard avroya başa gələcəyi təqdirdə razı olacaqlarını bildirilmişdir.

Təbii qazın satışı ilə bağlı:


Bolqarıstanın BNR internet saytında verilən məlumatda, Rusiyanın Qazpromeksport şirkətinin müsahibəsinə istinadən Rusiya təbii qazı Bolqarıstana bazar qiymətinin faktiki qiymətindən 5-7% faiz ucuz qiymətə satacağını və satış qiymətinin konkret parametrlərini və preferensional dəyərinin 2010-cu ilin iyununda Rusiyanın Energetika Nazirliyi ilə Bulqarqaz şirkəti arasında imzalanmış protokollara uyğun tənzimlənəcəyini bildirmişdir.
Bolqarıstan Enerji Holdinginin icracı direktoru Maya Xristovanın KİV-ə verdiyi müsahibəsində isə təbii qazın satışı ilə bağlı hələdə qiymət razılığı əldə edilmədiyini, Bolqarıstan hökumətinin təbii qazın maksimum endirimli qiymətə Rusiyadan almağa calışdığını, ticari danışıqlar apardığını bildirmişdir.

Bu məsələlərlə yanaşı KİV-də Bolqarıstan Baş naziri B.Borisovun görüş zamanı həmkarına Bolqarıstanda ildə 15 gəmi istehsal etmə gücünə malik olan 7 Gəmiqayırma zavodunun fəaliyyət göstərdiyini və bu zavodlarda Rusiya gəmilərinin təmirinin və tikilişinin mümkün olduğunu təklif etdiyi qeyd olunmuşdur. Görüş zamanı həmçinin RF Baş naziri V.Putin də BR Baş naziri B.Borisova Bolqarıstanda silah istehsalı ilə bağlı birgə müəssisənin yaradılmasını, rus istehsallı silahların bu müəssisədə də lisenziyasız istehsalını mümkünlüyü fikrinin irəli sürdüyü və bu təkliflərin araşdırılması məslələrini müvafiq qurumlara tapşırdıqları qeyd olunmuşdur.


Bolqarıstan KİV-də yerli müşahidəçilərin verdiyi komentariyalarda, səfər zamanı iki ölkə arasında enerji sahəsində mühüm sənədlər imzalansada və danışıqlar aparılsada səfərin Bolqarıstan üçün məhsuldar olmaması bildirilmişdir. Belə ki, yerli müşahidəçilərin sözlərinə görə səfər zamanı həm Cənub Axını layihəsində, həmdə AES Belene atom elektrik stansiyasının tikintisində Bolqarıstan üçün aşağıdakı bəzi mühüm məsələlər qaranlıq qalmışdır.
Cənub Axını layihəsində:
Cənub Axını qaz kəmərinin Bolqarıstan tərəfinə düşən hissəsinin tikilişinə nə qədər vəsaitin tələb olunduğu?

Cənub Axını qaz kəmərinin tranzitindən Bolqarıstanın konkret nə qədər gəlir (rəsmilərin fərqli çıxışları olmuşdur) əldə edəcəyi? (dəyişən bazar qiyməti və ötürüləcək qazın fərqli həcmi əsaslandırılmamaqla)

Bolqarıstan təbii qazın Rusiyadan neçə faiz endirimlə əldə edə biləcəyi?

AES Belene layihəsində:

AES Belene atom elektrik stansiyasının tikilişinin dəyəri?

Bu elektrik stansiyasından əldə ediləcək enerjinin hansı bazara satılacağı?

Əgər strateji Avropa investoru peyda olunmassa, Bolqarıstan hökuməti bu layihədən imtina edə bilmə imkanı?

Bolqarıstan tərəfindən bu layihənin hansı vəsait hesabına maliyyələşdirilməsi?


Bəzi müşahidəçilər layihələrin qeyd olunan şərtlər əsasında Bolqarıstan tərəfindən qəbulunu, Rusiya və Rumıniya arasında layihə ilə bağlı aparılan danışıqlarla əlaqələndirirlər. Xatırladaq ki, Qazprom şirkətinin prezidenti Aleksey Millerin 2010-cu ilin əvvələrində Ruminiya səfəri zamanı Cənub Axını layihəsinin Rumıniya ərazisindən keçməsi ilə bağlı texniki-iqtisadi hesablamaların hazırlanması üçün Memorandum imzalanmışdır. Bu Memoranduma görə tədqiqatlar müsbət nəticə verərsə 2011ci ilin əvvələrində layihə ilə bağlı hökumətlərarası sazişlərin imzalanması nəzərdə tutulurdu. Bu baxımdan əgər kəmər Rumıniya ərazisindən keçərsə Bolqarıstanın kənarda qalması ehtimal olunduğundan Bolqarıstan hökuməti bu addımı atmağa məcbur olmuşdur .
Bəzi müşahidəçilər isə Rusiyanın Cənub Axını layihəsinin məhz Bolqarıstandan keçməsinə səy göstərməsini Nabukko layihəsinin və ya digər alternativ layihələrin həyata keçirilməsinin qarşısını almaq və Avropanı enerji asılılığında saxlamaqla əlaqələndirirlər. Həmçinin müşahidəçilər bildirilər ki, Cənub Axını qaz kəmərinin Rumıniyadan keçərək digər ölkələrə nəqli, Rusiyaya Bolqarıstandan daha çox sərf edir. Çünki Rusiya Rumıniya vasitəsi ilə təbii qazı 3 istiqamətdə - Serbiya, Bolqarıstan, Macarıstan- nəql edə bilir. Rusiyanın bu cür əlverişli şəraitdən imtina etməsinə, il ərzində Rusiya rəsmilərinin Boqarıstana səfərlərinə (3) və layihə üzrə tez-tez danışıqlar aparılmasına səbəb Türkiyə və Bolqarıstan Baş nazirlərinin qarşılıqlı səfərləri zamanı Nabukko layihəsi ilə bağlı bəyanatları və layihənin bir hissəsi olaraq Bolqarıstan və Türkiyə arasında ümumi qaz birləşdirici sistemin yaradılması haqqında imzalanmış sənədlər çərçivəsində Nabukko layihəsinin həyata keçirilməsi ehtimalı olmuşdur.
Məlumat üçün diqqətinizə təqdim edirik
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ /1 Tarix: 18.11.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün:

Xarici İşlər Nazirliyinin

Kadrlar və ixtisasartırma

idarəsinin rəisi E.Sarıcalinskayaya

Hörmətli Elmira xanım,
Bununla, Səfirlikdə işdən azad olunmuş və əmək haqqları qaldırılmış ştatdankənar işçilərin sənədlərinin surətini diqqətinizə təqdim edirəm.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov





AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ, MİHİ, MXSP Surəti:MİNİ,MMXİ

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 24.11.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün: Nazir müavini X.Xələfov, M.Məmməd-Quliyev
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: 2011-ci ilin oktyabr ayında Bolqarıstanda keçiriləcək Prezident seçkiləri barədə
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Məlumat üçün bildiririk ki, 2011-ci ilin oktyabr ayında Bolqarıstanda keçiriləcək Prezident seçkiləri öncəsi ölkənin ictimai-siyasi həyatında, yeni hökumətlə sabiq hökumət və Prezident Administrasiyası arasında gedən siyasi çəkişmələrdə bir qədər sükutluq hiss olunur. 2009-cu ilin sonu 2010-cu ilin əvvəllərində olduğu kimi, tərəflər arasında Parlamentdə və KİV-də gedən qızğın mübarizələr, qarşılıqlı ittihamlar müşahidə olunmur. Hazırda ölkədəki siyasi partiyalar tərəfindən seçki öncəsi seçki kampaniyalarına hazırlıq işləri aparılır və KİV-də hər gün bu mövzuya geniş yer ayrılaraq, seçkilərdə yeni simaların, yaradılacaq yeni siyasi partiya və birliklərin iştirak etməsi ehtimalı barədə ətraflı məlumatlar yayılır.

Bildirmək istərdik ki, KİV-də son zamanlar seçkilərdə iştirak edəcək sabiq namizədlərlə yanaşı, yeni namizədlərin də adlarına rast gəlinir. Bunlardan GERB partiyasından (hazırki hakimiyyətdə olan partiya) – Avropa Komissarı Kristolina Qeorqiyeva, Xarici İşlər naziri N.Mladenov; BSP(Bolqarısyan Sosialistlər Partiyası) partiyasından və ya yeni yaranacaq ABV (Alternativ Bolqarıstan Dirçəlişi) hərəkatından Avro deputat, sabiq Xarici İşlər naziri İvaylo Kalfin; iş adamı, RZS partiyasının təsisçisi müstəqil namizəd Aleksey Petrovu qeyd etmək olar.

KİV-də yerli müşahidəçilərin fikirlərinə görə bu seçkilərdə namizədlikləri irəli sürülməsi ehtimal olunan K.Qeorqiyeva (GERB partiyası) və İ.Kalfinin (BSP və ya ABV birliyindən) digər namizədlərlə yanaşı -ATAKA partiyasının sədri V.Sidrov (2006-cı il Prezident seşkilərində 22 % -lə ikinci yerdə olan), RZS partiyasının sədri Y.Yanev, DSB – sədri İ.Kostovla (sabiq Baş nazir) yanaşı prezident seçkilərində böyük seçici səsi əldə etmək və qələbə qazanmaq imkanları olduları bildirilir.

Həmçinin KİV-də qeyri-hökumət təşkilatlarının həftəlik araşdırma-larına görə bu iki şəxsin (İvaylo Kalfin, Kristolina Qeorqiyeva) ictimaiyyət arasında nüfuzu və etimadı hazırki və sabiq hökumətin üzvləri ilə, həmçinin qeyd olunan digər namizədlərlə müqayisədə daha çox olması və günü-gündən artması qeyd olunur.

Bunuda qeyd etmək istərdik ki, KİV-də son zamanlar ölkənin ictimayi-siyasi həyatında yeni siyasi gücün Prezident G.Pırvanovun layihəsi əsasında ABV adlı Vətəndaş Hərəkatının yaranması və fəaliyyəti barədə məlumatlar yayılır.

KİV-də qeyd olunan məlumatlara görə, 11 noyabr 2010-cu ildə Prezident G.Pırvanovun dəvəti əsasında 200-dən çox ziyalının, ictimayi-siyasi xadimin iştirakı ilə hərəkatın ilk iclası keçirilmişdir. Məlumata görə, təbdirdə iştirakçılar arasında “Bolqarıstanın sabahı” mövzusu müzakirə edilmiş, iştirakçılara hərəkatın ideyası açıqlanmış, həmçinin kordinasiya şurasının (3 nəfər) və təşəbbüsçü komitənin üzvləri (10 nəfər) təqdim edilmişdir. Təqdimat mərasimində hərəkatının kordinasiya şurasına İ.Kalfinin, S.Danailovun, K.Paskalevin, təşəbbüsçü komitəyə isə İ.Kalfin, K.Paskalevlə yanaşı, B.Kitov(sabiq Meşə və kənd təsərrüfatı nazirin müavini), E. Kalo (Şalom yahudi icmasının sabiq sədri), Q.Qriqorov (Tibb Universitetinin rektoru), M.Mixov(sabiq Baş Qərargah rəisi), Krasimir Petrov (sabiq Dövlət Sərhəd Polisi Xidmətinin rəisi) V.Prodanov (Milli Elmlər Akademiyasının filosofiya elmləri institutunun direktoru), Y.Yovçev, V.Yordanov (Dünya və Avro çempionları) seçildikləri qeyd olunmuşdur. Bununla yanaşı, tədbirdə Bloqoyevqrad şəhərinin meri, sabiq Baş nazirin müavini Konstantin Paskalevin sözlərinə görə “Dövlətdə və idarəçilikdə mövcud olan problemlər və problemlərin aradan qaldırılması ilə bağlı aparılması zəruri olan işlər” mövzusunun da müzakirə olunduğu qeyd olunmuşdur.

KİV-də eyni zamanda, ABV tədbirindən 1 gün öncə Prezident G.Pırvanovun BSP partiyasının sədri, sabiq Baş nazir S.Stanişevlə görüşü və ABV layihəsi barədə müşahidəçilərin fikirləri də qeyd olunmuşdur.

KİV-də qeyd olunan məlumata görə Prezident G.Pırvanovun və S.Stanişevin görüşü zamanı tərəflər arasında ABV layihəsi, layihəyə dəstək verilməsi məsələsi, 11.11.2010-cu il tarixində keçiriləcək tədbirdə baxılacaq məsələlər müzakirə edilmiş və tərəflər layihənin siyasıləşdirilməməsi, sonrakı süni problemlərin yaranmaması məqsədi ilə BSP partiyasının rəhbər üzvlərinin bu tədbirdə iştirak etməmələrinə qərar verdikləri bildirilmişdir.

Bildirmək istərdik ki, həftə ərzində KİV-də bu görüş və hərəkatla bağlı fərqli yanaşmalara rast gəlinmişdir.

Məsələn :

“Trud”, “24 saat”, “Dnevnik” qazetlərində yazılan məlumatlara görə Prezident hərəkatının BSP partiyasının rəhbər üzvlərində qısqanclıq hisslərinin yaratdığını, həmçinin hərəkatın getdikcə güclənməsinin, siyasi qüvvəyə çevrilməsinin BSP partiyası daxilində bölünmələrə (partiyanı prezident tərəfdarlarının tərk etməsi) gətirib çıxarması və gələcəkdə rəqib bir qüvvə kimi siyasi arenaya çıxması ehtimalının partiya rəhbərliyini təşvişə saldığını bildirilmişdir. Bu səbəbdən BSP partiyası rəhbərliyinin tədbirdə iştirak etməmələrinə qərar verdikləri və partiya üzvlərinə, tərəfdaşlarına tədbirə getmələrinə təsir göstərdikləri qeyd olunmuşdur.

Digər hakimiyyət yönlü KİV-də isə bu şişirdilmiş bu hərəkatın heç bir gücə malik olmayacağı, həmçinin başsız olaraq qalması və tərəfdaşlarından lazımı dəstək almaması səbəbindən tezliklə məhv olub sıradan çıxacağı barədə məlumatlar yayılmışdır. Həmçinin bu məlumatlarda Prezident tərəfindən bu hərəkatın yaradılması təşəbbüsünü, G.Pırvanovun Prezident mandatının bitməsi ilə əlaqədar siyasi səhnədə qalması və gələcək seçkilərdə (Baş nazir) iştirak etməsi üçün atılmış hiyləgər bir addım kimi qiymətləndirilmişdir.

Yerli müşahidəçilər KİV-də isə bu hərəkatın getdikçə daha da inkişaf edərək prezident seçkilərinə qədər partiya kimi təsis edilmə ehtimalını bildirir və seçkilərdə ya partiya kimi yada bir neçə partiyanın birliyi kimi hərəkat adından vahid namizədi ilə iştirak edəcəyini və çox güman ki, bu qurumdan vahid namizəd kimi İ.Kalfinin irəli sürüləcəyini qeyd edirlər.

Məlumat üçün diqqətinizə təqdim edirik.

Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin