1
Yadında qalsın
Hərəm müdafiəçisi Şəhid Həmid
Muradi həyat yoldaşının
xatirələrində
Məhəmmədrəsul Mollahüseyni
2
Kitabın adı:…..…….................... Yadında qalsın
Qələmə alan:...Məhəmmədrəsul Mollahüseyni
Tərcümə edən:.............................Rahib Rüstəmli
Çap tarixi:..........................................................2020
Çap növbəsi:.................................................Birinci
Tiraj:....................................................................1000
«Издательство Полипресс»
Тверь, Комсомольский проспект, дом 19.
Тел.: (4822) 58-19-78, 500-250,
ISBN 130-25-024519-29
3
Yadımdadır
Uşaq ikən atam mənə şəhidlərin həyatı barədə
danışanda xəyal quşuna minərək göylərə uçurdum, ruhum
Hacı Mənsur Ərzinin “Dokuhə” mərsiyəsi ilə Çəzzabəyə,
Dokuhəyə, Ərvəndə pərvaz edirdi. İgid və mərd oğulları
hər gün yadıma salır, sakitcə böyüyürdüm, özü də qəlbimə
və ruhuma həyatın hansı iksirinin dolduğunu anlamadan.
Şəhid dostlarının şəkillərinə baxarkən atamın gözlərindən
axan yaşı görəndə qəlbim titrəyirdi. O, ezamiyyətdə
olanda, ya da başqa bir səbəbdən ondan ayrı qaldığım
zaman ruhumun yeganə təskinliyi kitab oxumaq idi.
Şəhidlərə həsr olunmuş bu kitabları oxuyarkən göz
yaşlarım yanaqlarımı isladırdı. Bu illər ərzində öyrəndim
ki, həyat -fədakarlıq, cihad, ezamiyyət, anamın gözlərinin
həmişə yolda qalması deməkdir. O bizə həm ana idi, həm
də atam ezamiyyətdə olanda ata olur, onun yoxluğunu hiss
etdirmirdi. Doğrusunu desəm, ətrafımda olanların hamısı
beləydi. Onlara baxdıqda ilahi ətri duyurdum. Yağış və
4
torpaq ətri, yaşıl formalarına hopmuş tünd barıt qoxusu
məni mavi səmalara aparırdı.
Albomumuz gözümü bir an belə qırpmadan baxacağım
şəhid şəkilləri ilə dolu idi. Bu həyəcan dolu həyatımız
boyunca hər bir günümü rahatlığa qərq etməli olduğumu
öyrəndim. Kitab oxumaqla, gül əkməklə böyüyüb boya-
başa çatdım. Yalnız bunlarla özümü sakitləşdirirdim.
Həyatın yalnız və yalnız şəhidlər həyatı kimi olduqda
gözəlləşdiyini öyrəndim. Onların həyatının incəliklərinə
heyran qalırdım və mənimçün ən əsas məsələ yalnız
Allahın razılığı idi.
Həmidlə ailə quranda onun qəribə insan olduğunu
anladım. Onun hər baxışı, hər nəfəsi, hər sözü mənə dərs
idi. Sanki yanında şagird idim, hər an müəllimimdən bir
şey öyrənirdim. Dünyaya baxışı onu bütün tanışlarından
fərqləndirirdi. Üstün bir şəxs idi. Doğrusu, öz uşaqlıq
yoldaşını, həyat yoldaşını, səfər yoldaşını və müəllimini
itirmiş bir insanın halını necə vəsf edəcəyimi bilmirəm.
Müştərək həyatımızın onun fiziki yoxluğu ilə başa çatdığı
zamandan çiynimdə xatirələr dolu boğçamla yoluma
davam edirəm. İyirmi dörd yaşım var, bilmirəm, bəlkə də
iyirmi dörd ilimi əldən vermişəm. Düşünürəm ki, düzgün
yaşayıb, doğru yolda addımlamaq möhkəm iradə tələb
edir. Mən inanıram ki, həyat yoldaşımla birlikdə
keçirdiyim üç il ömrümün ən gözəl anları olub. İndi isə
öldüyü yerin adını belə bilmirəm. Bildiyim tək şey
düşdüyü çuxurun adıdır; o da Suriya, Hələb və bir də onu
hiss edə bilmədiyim soyuq bir daşdır. Beləcə, ona bir daha
deyə biləcəyim “bəli”nin və ona yenidən qovuşacağım
anın ümidi ilə günlərimi geridə qoyuram; elə bir qəlblə ki,
hər gün parça-parça olur, elə əyilmiş bellə ki, onunla həyat
yükünü tək daşıyıram. Salam olsun o şərəfli oğullara ki,
5
Allahın namusu həzrət Zeynəb-Kübra (ə) uğrunda fəda
olublar. Onlar ayıq olmaqla həyatımızın qaranlıq yollarını
işıqlandırıblar.
Bu xatirə kitabını yazarkən iztirab içindəydim.
Ümumiyyətlə, həyatımızı bütün incəliyinə qədər yazmaq
fikrim yox idi. Ancaq hər dəfəsində xatirələri yazmaq
barədə yoldaşıma verdiyim söz yadıma düşürdü. Nəhayət,
qərarımı verə bildim. Mənimlə bu kitabın yazılması barədə
söhbət olunanda Allaha təvəkkül edərək qəbul etdim.
Düzdür, qələm və dil heç vaxt şəhid həyatının bütün
gözəlliklərini canlandıra bilməz. Ancaq insafla desək, bu
kitab olduqca sadə, səmimi və gözəl yazılıbdır; eynilə
Həmidlə mənim kimi. Elə mən də həyatımızın bu cəhətini
hər şeydən çox sevirəm. Bəzən sadəliyin özü gözəllikdir.
Sonda gözəl qələm sahibi olan əzizimizə, habelə
şəhidin xatirələrini toplamaqda, onu yenidən yazmaqda və
tamamlamaqda
zəhmət
çəkən
bacısına
dərin
minnətdarlığımı bildirir, hər ikisindən haqlarını halal
etmələrini diləyirəm. Cəmiyyətin mənəvi cəhətdən
qidalanmasına
çalışan
belə
insanlar
həyatımızın
dəyərləridir. Gərək onların qədrini bilək.
Həmçinin Şəhid Hacı Əhməd Kazimi və Şəhid Möhsün
Höcəcini yad edən Şəhid Kazimi nəşriyyatının bütün
cavanlarına Allahdan müvəffəqiyyət arzulayıram. Bu
kitabın ərsəyə gəlib nəşr olunmasında çəkdiyi xüsusi
zəhmətlərinə görə onlara dərin təşəkkürümü bildirirəm.
Fərzanə Siyahkali Muradi
Mart 2018, Müqəddəs Məşhəd şəhəri
Həmid Siyahkali Muradi
Doğum ili və yeri: 1989, Qəzvin
6
Dostları ilə paylaş: |