Yeddinci fəsil
Gəl dostlar içinə, dost olaq!
Saat üçün yarısından etibarən divar saatının əqrəbləri
sanki çox yavaş və yorucu bir şəkildə hərəkət edirdi. Hər
dəqiqə Həmidin işdən qayıtmasını və qapının zəngini
gözləyirdim. Bekarçılıqdan kompüterin qabağında oturub
Həmidin şəkillərinə baxmağa başladım. Şəkil çəkməkdən
xoşu gəlirdi, ezamiyyətlə, işlə, səfərləri ilə bağlı nə qədər
şəkli var idisə, kompüterə yığmışdı.
İş yoldaşlarından çox əsgərlərlə şəkil çəkdirmişdi,
onlarla dost kimi rəftar edirdi, heç vaxt əmrlə danışmırdı.
Əsgərdən bir şey almalı olanda “gətir” demirdi, deyirdi ki,
haradasansa, gəlim götürüm.
Şəkillərindən bəzisini seçib şəhadətindən sonraya
albom düzəltmişdi. Mənə deyirdi ki, nə vaxt şəhid olsa,
məclislər üçün o şəkillərdən istifadə edək.
154
Həmid çox gecikirdi. Mən çox nigaran qaldım,
sakitləşmək üçün yeriməyə başladım. Addımlarımı
sayırdım ki, vaxt tez keçsin. Otaqları və mətbəxi bir neçə
dəfə ölçdüm. Nəhayət, bir neçə saatdan sonra qapının
zəngi çaldı. Səsini eşidəndə elə bil, dünyanı mənə verdilər.
Bütün narahatlığım yox oldu.
Evə girəndə paltarı yaş idi. Dedim:
-Həmid can, nigaran qaldım. Niyə bu qədər gecikdin?
Paltarların niyə yaşdır?
Nədənsə cavab verməkdən boyun qaçırırdı. Süfrə
başında, çox israr edəndən sonra dedi ki, hərbi hissənin
hüseyniyyəsinin xalçalarını yumaq üçün qalıb, əsgərlərə
kömək edib. Dedi:
-Hüseyniyyə kimi xeyir işlər üçün hamımız əsgərik.
Korpusda “get” əmri yoxdur, “gəl” var.
Baxışlarımla soruşdum ki, fərqi nədir. Cavab verdi:
-“Get” o deməkdir ki, özün burda dayanmısan,
başqalarının irəli getməsini istəyirsən. Ancaq “gəl”
deyəndə birinci özün qabağa gedir, sonra o biriləri yanına
çağırırsan.
Bu hərəkətlərinə görə həmişə əsgərlər tərəfindən
sevilir, hörmət olunurdu. İş vaxtı özünü əsgər sayırdı,
komandir yox. O qədər səmimi və təvazökar idi ki, bəzi
əsgərlər tərxis olunandan illər sonra belə zəng vurub
əhvalını soruşurdular. Dedim:
-Elə isə mən də səni korpusun qanunu ilə alış-verişə
aparacam.
-Necə?
-Daha deməyəcəm ki, Həmid, gedək alış-verişə.
Girəcəm mağazaya, deyəcəm ki, gəl, bir neçə şey
bəyənmişəm, pulunu ödə.
Sözümə xeyli güldü.
155
Onu süfrə başında tək qoymaq istəmirdim. Tox olsam
da, yanında oturdum. Ona ilk dəfə süfrə hazırladığım
gündə olduğu kimi, həvəslə yanında oturub gözümü ona
dikdim. Bu, ən sevdiyim an idi. Yalnız bu zaman onun
yorğun, ancaq mehriban üzünə doyunca baxa bilirdim.
Yeməyini həmişə olduğu kimi, iştahla yeyirdi. Elə yeyirdi
ki, mənim də ürəyim yemək istədi. Mayonezi götürüb
qızardılmış kartofun üzərinə boşaltdı. Kotletdən tutmuş
kartof qızartmasına qədər hər şeyi mayonezlə yeyirdi. Ay
ərzində bəlkə iki-üç dəfə mayonez alırdıq.
Yeməyin ortasında dözməyib, soruşdum:
-Əzizim, bu gün xalçaları yumağa qalmışdın, bəs o biri
günlər necə? Niyə digər iş yoldaşların evə vaxtında
gedirlər, ancaq sən çox vaxt gec gəlirsən?
Mayonez əlində dilləndi:
-Bağışla, xanım. Doğrusu, bəzi günlər işlərim uzanır,
mən sahmana salana qədər servis gedir. Sonra da ya maşın
tapıb qayıdıram, ya da yolun çoxunu piyada gəlirəm.
Həmidin iş yeri Qəzvindən bir neçə kilometr aralıdaydı.
Buna görə də, servislə gedib-gəlirdi. İşinin uzandığını desə
də, bilirdim ki, servisə gecikmə səbəbi işi deyildi. O, iki işi
eyni zamanda görürdü; həm, briqadanın rabitəçisi idi, həm
də tərbiyəvi işləri yerinə yetirirdi. Haradasa kömək edə
biləcəyini görəndə də yardımını əsirgəmirdi. Aldığı
maaşın qəpiyinə qədər halal olmasını istəyirdi. Buna görə
işdə çox diqqətli olurdu, iş zamanı bir saniyə belə boş
durmurdu. Rabitəçi işində çox təcrübəsi var idi. Müxtəlif
imtahanlardan həmişə yüksək qiymət alırdı, bəzən də
mükafat olaraq, bir neçə günlük məzuniyyət verirdilər,
ancaq çoxundan istifadə etmirdi.
Şam yeməyinə bibimgilə dəvət olunmuşduq. Adətən,
cümə axşamı günləri bibimgilə gedir, cümələr də nahar
156
yeməyinə atamgildə olurduq. Bəzən həftənin ortasında da
gedirdik. Çox az hallarda tək gedirdi. Evimin yaraşıqlı
kişisinə dedim:
-Həmid, bax ha! Yarım saatdan sonra yola çıxacağıq.
Sən dur, indidən hazırlaş!
Televizorun qarşısında oturub onu gözlədim. Saçını bir
neçə dəfə darayıb zarafata dedi:
-Nə vaxt anamgilə gediriksə, sən gec hazırlaşırsan. Mən
də sənin anangilə gedəndə əvəzini çıxıram.
Gülüb dedim:
-Sənin bəzənməyin çox vaxt aparsa da, ürəyimi yaman
ovsunlayır, Həmid can!
Küçənin başına çatan kimi taksiyə mindik. Sürücü
xanım müğənninin oxuduğu musiqinin səsini çox açmışdı.
Həmid gülərüzlə dedi:
-Ağa, mümkünsə xanımın səsini azaldın, ya da varsa,
yerinə kişi müğənnini oxut.
Sürücü Həmidin danışıq tərzinə gülüb musiqini
sündürdü. Həmid dedi:
-Problem yoxdur, nə qoyursan-qoy, sadəcə, oxuyan
xanım olmasın.
-Yox, qardaş, sənin bir sözün mənə bəsdir. Yolboyu
danışıb-gülərik. Belə daha yaxşıdır.
Sürücü elə bildi ki, Həmid hövzə tələbəsidir. Çatana
kimi Həmidlə ancaq deyib-güldülər. Maşından düşəndə
Həmid həmişəki cümləsini dedi: “Minnətdaram! Bir dünya
minnətdaram!” O nə qədər israr etsə də, sürücü pul
götürmədi. Həmişə taksidən düşəndə çalışırdı ki, pulu
qədərincə versin. Bəzən sürücünün az istədiyini hiss
edəndə deyirdi: “Ağa, az olar ha! Elə hesabla, xəcalətli
qalmayaq”.
157
Bibimgilin evlərinin girəcəyində dörd pilləkən var idi.
Ondan sonra eyvan, eyvandan sonra da otaqlar gəlirdi.
Həmid həmişə pillələrin dördünü bir addıma qalxırdı. Bu
dəfə də elə etdi. Dedim:
-Deyəsən, ata-ananı görən kimi kefin açıldı, uşaqlığın
yadına düşdü. Bax, indi oldun yeddi-səkkiz yaşlı dəcəl
Həmid!
Səid və yoldaşı da gəlmişdi. Şam yeməyindən sonra bir
yerdə televizora baxırdıq. Serialın ortasında bibim nar
gətirdi. Bilirdim ki, Həmidin ən çox sevdiyi meyvə nardır.
Buna görə öz payımı da ona verdim. Narı o qədər sevirdi
ki, mövsüm zamanı hər dəfə evə gələndə iki-üç kilo alıb
gətirirdi. Ancaq özünə əziyyət verməyib deyirdi:
-Fərzanə, istəyirəm narları dənələyəsən, televizorun
qarşısında oturub qaşıqla yeyək.
Əza dəstəsinə və ya idman zalına gedəndə də narları
dənələyib, böyük bir qaba tökürdüm. Nar dənələrinin
qızartısını
görəndə
şirin
xəyallara
dalıb,
uşaqlıq
şeirlərimizi dodaqaltı zümzümə edirdim:
Dostları ilə paylaş: |