Yadında qalsın



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə2/15
tarix17.09.2023
ölçüsü4,97 Mb.
#144862
1   2   3   4   5   6   7   8   9   ...   15
Yadında-qalsın-nahayi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hərəmin payız şəhidi 
Kərbəla səfəri: 2010-cu ilin payızı 
Nişan günü: 2012-ci ilin payızı 
Toy günü: 2013-cü ilin payızı 
Şəhadəti: 2015-ci ilin payızı 



Birinci fəsil 
Bir təbəssüm, bir qəmzə, bir 
xəyal
2012-ci ilin soyuq qışı idi, novruz bayramına bir neçə 
gün qalırdı. Günəş bəzən saçır, bəzən də buludlar 
arxasında gizlənirdi. Qar və yağışdan xəbər-ətər yox idi. 
Sanki günəşlə buludlar gizlənqaç oynayırdılar. Qəzvinin 
kəsici qış soyuğu yavaş-yavaş yerini bahar havasına 
verirdi. Uzun gecələrdə adam daha çox yatmaq, axşamlar 
böyüklərin yanında əyləşib, uşaqlıq xatirələrini bir-bir 
yada salmaq istəyirdi. 
İnsanın bir şeyə başdan-ayağa diqqətlə qulaq asması nə 
qədər də şirindir! O xatirələri ilk dəfə eşidəndə adamın 
dərisinin altından ürəkoxşayan hisslərin qaçışmasını 
yenidən yaşamaq necə də gözəl təəssüratdır! Anam mənim 



barəmdə bunları deyirdi: “Sən dünyaya gəlməzdən öncə 
hamımız elə bilirdik ki, oğlan olacaqsan. Ona görə də, 
bütün paltar və oyuncaqlarını oğlansayağı alırdıq. 
Dünyaya gəldikdən sonra isə adını Fərzanə qoyduq. Çünki 
sənin gələcəkdə dərsoxuyan və ağıllı bir qız olacağını 
düşünürdük”. Elə də oldu. Böyüdüm, bütün fikri-zikri 
dövlət imtahanında olan son dərəcə intizamlı, dərsoxuyan 
və sakit bir qız oldum. 
Ərəb dili dərsi mənimçün bütün dərslərdən çətin idi. 
Üçüncü və dördüncü cavablar arasında qalmışdım. Bir 
gözümlə saata, o biri gözümlə suala baxırdım. Vaxt təyin 
edərək test üsullu sualları cavablamağa adət etmişdim. Elə 
bu səbəbdən də həyəcanlı idim, durmadan tərləyirdim. 
Bütün qohum-əqrəba bu il universitetə qəbul imtahanımın 
olduğunu bilirdi. Bir neçə aydan artıq vaxtım yox idi. Var 
gücümlə kitablardan yapışmışdım, öz aləmimə qapanıb 
tarixi itirmişdim, yalnız imtahan günü barədə düşünürdüm. 
Diqqətimin yarısı qonaq otağında, yarısı da testlərdə 
idi. Aminə bibimlə həyat yoldaşı bizə gəlmişdilər. 
Axırıncı testi həll etdikdən sonra hesablamağa başladım. 
Yetmiş faizi düzgün idi. Diqqətim daha çox otaqdan 
bayıra yönəlsə də, fikrimcə, sualları yaxşı həll etmişdim. 
Elə bu barədə düşünürdüm ki, birdən bacım Fatimə qapını 
döymədən özünü otağa atdı və həyəcanla dedi: “Fərzanə! 
Təzə xəbər var!” 
Bir anlığa təəccüblə ona baxdım, yarımçıq sözlərindən 
nə baş verdiyini anlamağa çalışdım. 
-Nə olub Fatimə? 
Şıltaqlıq yağan baxışlarını gözümə zillədi: 
-Bu qədər mühüm bir xəbəri adi şəkildə demək olmur 
axı. 



Xəbəri gözləməyə dözə bilməyəcəyimi düşünüb özümü 
laqeyd göstərməyə çalışdım. Kitabı vərəqləyə-vərəqləyə 
dedim: 
-Heç demə, dərs oxumaq istəyirəm. Bayıra çıxanda 
qapını örtərsən. 
-Bu nə deməkdir axı, ancaq dərs, imtahan... Dur ayağa, 
otaqdan çıx, gör nə baş verir bayırda. Bibim Həmid üçün 
sənə elçi gəlib. 
Bunu heç gözləmirdim. Özü də elə bir gündə ki, hamı 
bir neçə ay sonra imtahan verəcəyimi və bunun mənə nə 
qədər əhəmiyyətli olduğunu yaxşı bilirdi. Maraqlı idi ki, 
Həmidin özü yox idi, yalnız ata-anası gəlmişdi. 
Yerimdə donub qalmışdım. Nə edəcəyimi bilmirdim. 
Hələ xəbərin təsirindən çıxmamış birdən atam içəri girdi 
və müqəddiməsiz-zadsız soruşdu: 
-Fərzanə can, sənin ailə qurmaq fikrin var? 
Utandığımdan başımı aşağı saldım. 
-Xeyr, bunu kim dedi?! Ata can, mənim imtahanım var 
və ümumiyyətlə, ərə getmək barədə düşünmürəm. Özünüz 
ki, bunu yaxşı bilirsiz. 
Atam gedəndən sonra anam gəldi. 
-Qızım, Aminə bacı bizdən xəbər gözləyir. Bu 
məsələnin illər öncə ortaya atıldığını özün də yaxşı 
bilirsən. Fikrin nədir? Onlara nə deyim? 
-Bibimə bir yolla bildirin ki, mən təhsilimi davam 
etdirmək istəyirəm. 
Bibim atamdan on bir yaş böyük idi. Anamgilin ata evi 
onların 
məhəlləsində 
yerləşirdi. 
Atamla-anamın 
evlənməsində bibim vasitəçi olmuşdu. Buna görə də, anam 
bibimi “bacı” çağırardı. Aralarında olan səmimiyyət 
baldız-gəlin münasibəti kimi deyildi, daha çox dost kimi 
davranır, bir-birinə çox hörmət edirdilər. 


10 
Mənim ailə qurmaq məsələm ilk dəfə 2008-ci ildə 
ortaya atıldı. O zaman yeddinci sinifdə oxuyurdum. 
Həmidin böyük qardaşı Həsən evləndikdən sonra bibim 
anama demişdi: “Gəlin, vədini unutma. Bunlar uşaq 
olanda özün demişdin ki, Həmid mənim yeznəm olmalıdır. 
Münirə xanım, biz Fərzanəni istəyirik!” 
O söhbətin üstündən 4 il keçirdi. Bu dəfə Həmidin əkiz 
qardaşı Səidin nişanlanması bibimin məsələni yenidən 
gündəmə gətirməsinə səbəb olmuşdu. 
Həmidgil altı bacı-qardaş idilər, onunla mənim aramda 
dörd yaş fərqi vardı. 2009-cu ilin fevral ayının 11-də Səid 
Məhbubə ilə nişanlandı, üstündən iyirmi beş gün keçəndən 
sonra isə bibim məni istəməyə gəlmişdi. Həmidin atası 
deyirdi: ”Səid nişanlandı, bircə Həmid qaldı. Biz götür-
qoy edib qərara gəlmişik ki, Həmid üçün də addım 
atmağın vaxtı çatıb. Bu xeyir iş üçün də sizin qapınızdan 
yaxşısını tanımırıq”. 
Bibim əmilərimdən və onların yoldaşlarından bu işdə 
vasitəçi olmalarını istəsə də, heç biri cürət etməmişdi. 
Atam qızlarına qarşı çox həssas idi. Bütün qohum-əqrəba, 
“Fərzanə indi dərsləri ilə məşğuldur. İcazə verin, 
universitet məsələsi həll olsun, sonra istəyərsiz” -
demişdilər. 
Verdiyim “yox” cavabından sonra nələrin baş 
verəcəyini bilmirdim. Mən bu fikirdə ikən birdən bibim 
içəri girdi. Gözucu narahat çöhrəsinə baxdım, sual dolu iti 
baxışlarından qaça bilmədim. Ciddi tərzdə dedi: 
-Bura bax, Fərzanə, sən mənim qardaşım qızısan, bir 
söz deyim, yadında saxla. Nə sən Həmiddən, nə də Həmid 
səndən yaxşısını tapa bilər. İndi gedirik, amma tezliklə 
yenidən qayıdacağıq. Biz səndən əl çəkən deyilik! 


11 
Bibimin belə narahat olduğunu gördükdə yaxınlaşıb 
onu qucaqladım. Bir tərəfdən, xəcalətdən rahat danışa 
bilmirdim, digər tərəfdən də iki ailə arasında söz-söhbətə 
səbəb olmaq istəmirdim. Əsla problem yaranmasını 
istəmirdim. Dedim: 
-Bibi can, qurban olum, bir şey olmayıb. Axı niyə bu 
qədər tələsirsiz? Bir az möhlət verin, imtahanlarım bitsin. 
Gələn dəfə gələndə Həmidin özü də gəlsin. Birlikdə 
söhbət edək, sonra rahat şəkildə qərarımızı verərik. Bu 
həngamədə, dərsin, imtahanın ortasında bir şey etmək 
olmaz axı. 
Özüm də nə dediyimi bilmirdim. Bu sözlərimlə bibimi 
birtəhər razı salmaq istəyirdim. Başqa çarəm yox idi. 
Onun bizdən narahat halda getməsini istəmirdim. Ancaq 
deyəsən, bunun da heç bir faydası olmamışdı. Bibim 
evlərinə çatan kimi bütün olan-bitənləri gileyli halda 
Firuzə nənəmə danışmış, narahat halda demişdi: “Gördün 
nə oldu, ana?! Qardaşım qızını bizə vermədi, bizi əliboş 
qaytardı. Mən neçə illərdir Fərzanəni Həmidçün 
gözləyirəm, indi də yox deyirlər. Onlar mənim qəlbimi 
qırdılar”. 
Firuzə xanım ikimizin də doğma nənəsi idi. O, 
mehriban, hamının başına and içdiyi sevimli nənələrdən 
idi. Ağ saçına həmişə həna qoyardı. Nə zaman başına 
yığışsaydıq, xatirə boğçasını açıb, bizə əhvalatlar 
danışardı. Deyirdilər ki, mən həm zahiri görünüşümə, həm 
də bəzi xasiyyətlərimə görə nənəmə oxşayıram. Yazıq 
nənəm həyatda çox çətinliklər görüb. Otuz yaşı olanda 
babamı ildırım vurub öldürmüş, dörd körpəsilə tək 
qalmışdı. O, atamı, Aminə bibimi, Məhəmməd və Nağı 
əmimi çətinlik içində, min cür əziyyətlərə qatlaşaraq 


12 
böyütmüşdü. Buna görə də, bütün qohum-əqrəba ona 
xüsusi hörmət bəsləyirdi. 
*** 
Nənəm novruz bayramından bir neçə gün sonra bizə 
gəldi. Adətən, nə zaman bizim üçün darıxsaydı, gəlib iki-
üç gün qalardı. Gəldiyi andan hər bir fürsətdə Həmiddən 
danışırdı. Bir gün qonaq otağında televizorun qarşısında 
oturmuşduq. Birdən mənə dedi: 
-Fərzanə! Sən “yox” cavabını deyən gün Həmidi 
gördüm. Bunu eşidəndə rəngi dəyişdi. Bilirsən səni nə 
qədər sevir?! 
Zarafata başladım. 
-Nənə, inanma! Bugünkü cavanlar səhər aşiq olur, 
axşam yaddan çıxarır. 
-Qızım, mən saçımı dəyirmanda ağartmamışam. Mən 
Həmidin səni necə sevdiyini yaxşı bilirəm. Sənin adın 
çəkiləndə yanaqları qızarır. Səid nişanlanandan sonra 
Həmid tək qaldı. Sən gəl, bu daşları tök ətəyindən, “hə” 
cavabını ver, qurtarsın getsin. Həmid yaxşı oğlandır. 
Əmimgildə bu söhbətlər əvvəldən vardı. Əmimin iki 
əkiz oğlunun evlilik məsələsi ortaya çıxanda hamı deyirdi: 
“Səidə yaxşı bir qız tapmalıyıq. Həmidə gəlincə, onun işi 
məlumdur. Həmid polkovnikin qızını istəyir”. 
Söhbəti dəyişmək üçün dedim: 
-Yaxşı, nənə, sən deyən olsun! Gəl özümüzdən danışaq. 
Mənə maraqlı bir əhvalat danış, keçən günlər üçün yaman 
darıxmışam. Yadındadır, bir yerə yığışardıq, sən də bizə 
maraqlı və şirin hekayələr danışardın. 
Nənə əl çəkmək istəmirdi. Düzü, elçilərə “yox” 
cavabımdan sonra bu barədə danışan təkcə nənəm idi. 
Hansı 
yolla 
olursa-olsun, 
nəvələrinin 
bir-birinə 


13 
qovuşmasını istəyirdi. Elə bir gün olmurdu ki, mənim 
yanımda Həmiddən danışmasın. 
Həyətdə oturub kitab oxuduğum yerdə nənəm məni 
çağırdı, balkondan Həmidin şəklini göstərib dedi: 
“Fərzanə! Görürsən, Həmid necə boy-buxunlu bir oğlan 
olub?! Gözlərinin rənginə bax, gör necə də gözəldir! 
Məncə, bir-birinizə çox yaraşırsız. Sizin toyunuzu görmək 
mənim yeganə arzumdur”. 
Nəvələrinin şəklini pulqabına qoyurdu. Həmid o şəkli 
Kərbəlaya getməzdən öncə pasport üçün çəkdirmişdi. 
Utandığımdan qızardım, sonra yenə zarafata salıb 
dedim: 
-Düzdür, nənə, çox yaraşıqlıdır. Gərək adını Həmid 
yerinə Yuzarsif qoyardılar. Nənə, şəkli qoy cibinə, diqqətli 
ol, birdən oğurlayarlar. 
Zarafat 
edib 
gülürdük, 
ancaq 
nənəmin 
əl 
çəkməyəcəyinə əmin idim. O bizi qovuşdurmayana qədər 
rahat durmayacaqdı. 
Nənə balkondan getməmiş atam əlində bir stəkan çayla 
həyətə çıxdı. Nənə dedi: “Sənin qızına gücüm çatmır, özün 
onunla danış, gör razı sala bilirsən?” 
Atamla anam Həmidi öz yeznələri kimi görmək 
istəsələr də, bu barədə qərar verməyi öz öhdəmə 
buraxmışdılar. Atam stəkanı yerə qoyub dedi: 
-Fərzanə, qızım, mən səni böyüdüb boya-başa 
çatdırmışam, xasiyyətinə bələdəm, hər insanla eyni həyatı 
bölüşə bilməyəcəyini yaxşı başa düşürəm. Həmidi də 
əlimin içi kimi tanıyıram; həm bacım oğlu, həm də iş 
yoldaşımdır. Neçə illərdir eyni idman salonunda 
müəllimlik edirik. Mənim fikrimcə, siz ikiniz bir-biriniz 
üçün yaradılmısız. Axı nə üçün işi bu qədər çətinə 
salırsan?! 


14 
Atamı qane etməyə çalışaraq dedim: 
-Mənim problemim Həmid deyil, ümumiyyətlə, ailə 
qurmağa hazır deyiləm. Nə Həmidlə, nə də başqa biri ilə. 
Hələlik müştərək həyata başlamaq haqda düşünmürəm. 
Mənim kimi iyirmi birinci əsrə aid bir qız üçün hələ tezdir. 
İcazə verin, imtahanların nəticəsi məlum olsun. Daha 
sonra uyğun bir vaxtda oturub söhbət edərik. 
Bu hadisələrdən bir neçə ay sonra Nağı əmim həcc 
ziyarətindən qayıtdı, bütün qohum-əqrəbanı evinə dəvət 
etdi. Pilləkənlərdən yuxarı çıxanda təsəvvüredilməz bir 
iztirab içindəydim. Verdiyim cavaba görə əmimin, eləcə 
də əmim qızlarının mənimlə acıqlı danışacaqlarını 
düşünürdüm. Ancaq heç də belə olmadı. Həmişə olduğu 
kimi, mənimlə çox mehriban davrandılar. Sanki nə bu 
barədə söhbət olub, nə də mən “yox” cavabı vermişəm. 
Nəhayət, imtahanların stress dolu çətin günləri sona 
çatdı. 2012-ci ilin iyul ayında imtahan verdim. Bir il 
durmadan dərs oxuduqdan sonra universitetə qəbul 
olduğumu bilmək mənə ən sevindirici xəbər oldu. 
Beləliklə, Qəzvin Tibb Universitetinə qəbul olub dərin bir 
nəfəs aldım. Sevindiyimdən yerə-göyə sığmırdım. Artıq 
birillik zəhmətim bəhrəsini vermişdi. Valideynlərim də 
çox sevinirdilər. Onların etimadını doğrultduğuma görə 
özümü çox yaxşı hiss edirdim. 
Universitetə qəbul olmağımın şirinliyini doğru-düzgün 
dadmamış birbaşa və dolayı elçiliklər başlandı. Mən 
bunların heç biri haqda düşünmək belə istəmirdim. Anam 
mat-məəttəl qalmışdı, elə hey soruşurdu: “Axı niyə heç 
birini qəbul etmirsən? Axı nəyə görə bütün elçiləri geri 
qaytarırsan?” 
Doğrusu, bu qərarsızlıqdan özüm də əziyyət çəkirdim. 
Nə edəcəyimi bilmirdim. 


15 
İmtahanın nəticələri elan olunduqdan sonra əlimə fürsət 
düşmüşdü ki, otağı səliqə-sahmana salım. Dərs kitablarımı 
bir tərəfə düzüb, kitabxanama əl gəzdirdim. Birdən gözüm 
“Bədirlənmiş 
ay” 
kitabına 
sataşdı. 
Kitab 
Şəhid 
Məhəmməd İbrahim Himmət barədə, həyat yoldaşının 
nəql etdiyi xatirələrə əsasən yazılmışdı. Bu mövzuda olan 
kitablar mənə həmişə maraqlı idi. Bu xatirələr Xeybər 
igidi ilə həyat yoldaşı arasında əbədiyyətə qədər qalacaq 
eşqi tərənnüm edirdi. Kitabı yenidən oxumağa başladım. 
Xatirələrdən biri bu idi ki, şəhidin həyat yoldaşı qırx gün 
oruc tutacağını, Əhli-beytə təvəssül edəcəyini niyyət edir 
və bundan sonra ilk elçilərə “hə” cavabı vermək qərarına 
gəlir. 
Bu xatirə bir neçə həftə ərzində keçirdiyim qərarsızlıq 
dərdimə məlhəm oldu. Öz-özlüyümdə mən də Şəhid 
Himmətin yoldaşı kimi qərar çıxarmaq fikrinə düşdüm. 
Hesablayıb gördüm ki, yayın belə dözülməz istisində qırx 
gün oruc tutmaq həddən artıq çoxdur. Düşündüm ki, 
şəhidin yoldaşı yəqin qış aylarında belə qərara gəlibmiş. 
Sonda oruc tutmaq əvəzinə, “bu vəziyyətdən qurtulmağım, 
mənim üçün xeyirli olanın həyata keçməsi və Allahın 
istədiyinin mənə nəsib olması” niyyəti ilə qırx gün 
Təvəssül duası oxumağı nəzir etdim. Elə o gündən 
nəzrimə başladım. Heç kimin mənim əhdimdən xəbəri yox 
idi, hətta anamın belə. Hər gün axşam namazlarından 
sonra Təvəssül duasını oxuyur, pak imamlarımızın mənə 
yardımçı olacaqlarına ümid edirdim. 
2012-ci ilin avqust ayının 26-sı idi. Yayın ən isti 
çağlarını, amma ömrümün bəlkə də ən şirin günlərini 
yaşayırdım. Saat 4 idi, yavaş-yavaş sərin külək əsməyə 
başlayırdı. Pəncərədən bayıra baxsaydın, həyətdə olan 


16 
bütün güllərin, çiçəklərin istirahət etmək üçün kölgə 
axtardıqlarını zənn edərdin. 
Bir il dərs oxumağın yorğunluğu hələ də canımdan 
çıxmamasına baxmayaraq, bəzən gözlərimi yumub avqust 
ayından sentyabra getmək istəyirdim. Payız fəslini, 
universitetdə dərs oxuyacağım anları düşünürdüm. Ancaq 
yenidən gözlərimi açanda özümü həyətimizin ortasında 
bitən ağacların, güllərin əhatəsində görürdüm. 
Mənim güllərə olan sevgim uşaqlıq çağlarıma, xüsusən 
də atamın ezamiyyətdə olduğu vaxtlara qayıdır. O 
zamanlar tənhalıqdan əziyyət çəkməyim deyə, vaxtımı 
güllərlə, bağ-bağçayla keçirərdim. 
Qardaşım Əlinin “bacı, səbəti ver” səsi məni daldığım 
xəyallardan oyatdı. Köməkləşib ağacdan bir səbət dolusu 
əncir yığdıq. Əncirlərdən bir neçəsini yuduqdan sonra 
boşqaba qoyub atama apardım. Atam bir neçə günlük 
məzuniyyət almışdı. İdman məşqlərində ayağı çıxmışdı. 
Çəliklə gəzdiyinə görə işə də gedə bilmirdi. Nənə də bir 
neçə gün idi bizə gəlmişdi. 
Əncir yediyimiz yerdə qapının zəngi çalındı. Anam 
qonaqları görcək çadrasını götürüb dedi: “Aminə bacı 
oğullarıyla qonaq gəlib”. 
Cəld otağıma getdim. Əvvəllər bizə gələnlər bilirdilər 
ki, universitetə hazırlaşdığım üçün otaqdan çıxmıram, indi 
isə buna heç bir bəhanəm yox idi. 
Qonur rəngli geniş və uzun mantomu geyindim, güllü 
yaylığımı livanlırara xas şəkildə bağlayıb, mətbəxə 
keçdim. Qonaqların səsindən gələnlərin bibim, Həmid, 
Həsən və onun həyat yoldaşının olduğunu anladım. 
Bibimin yoldaşı gəlməmişdi, bağına baş çəkmək üçün 
Sünbülabad kəndinə getmişdi. 


17 
Belə bir şəraitdə Həmidlə üz-üzə gəlmək mənə olduqca 
çətin idi. Çayı süzəndən sonra Fatiməni çağırıb dedim: 
“Zəhmət olmasa, çayı sən apar, mən utanıram”. 
O, çay sinisini götürdü, mən də onun arxasınca 
qonaqların yanına getdim. Salamlaşandan sonra Həsənin 
yoldaşının yanında oturdum. Başımı qaldıranda bibimin 
diqqətli baxışları və anamın gülüşüylə qarşılaşdım. Bir 
qədər oturduqdan sonra öz otağıma keçdim. 
Qonaqların səsini az da olsa eşidirdim. Bir neçə dəqiqə 
keçməmiş Fatimə otağa girdi. Bilirdim ki, onun belə asta-
asta gəlməsi səbəbsiz deyil. Məni görən kimi gülməyə 
başladı. Gülüş səsi bayıra çıxmasın deyə, əliylə ağzını 
tutmuşdu. Gözlərimi zilləyib təəccüblə ona baxırdım. 
Mənim ciddi baxışlarımı görən kimi dayanıb dedi: 
-Görünür, bu dəfə məsələ daha da ciddiləşib. Deyəsən, 
gəlin köçürsən. 
Qaşlarımı düyünlədim. 
-Anlamadım. Doğru-düzgün danış, görüm, nə baş verib. 
Axı mən bir şey eşitmədim. 
-Özüm gördüm, bibim anama gözləriylə nə isə işarə 
elədi və yavaşca pıçıldaşdılar. 
-Nə olsun?! 
-Bilmirəm. Ancaq sözlərindən belə başa düşdüm ki, 
Həmid otağa gəlib səninlə danışmaq istəyir. 
Doğrusu, bu haqda nələrsə düşündüyümə baxmayaraq, 
görüşüb danışmağa hazır deyildim. Özü də neçə aydır dərs 
və universitet bəhanəsiylə “yox” cavabı verdiyim üçün nə 
danışacağımı bilmirdim.
Deyəsən, bibim işarə ilə anamı mətbəxə çağırıb 
demişdi: “Biz qardaşımı görməyə gəlmişik. Həmid də 
burdadır, Fərzanə də. İndi ən yaxşı fürsətdir, oturub söhbət 
etsinlər. Nə olsa, aramızda qalacaq, heç kim də bir şey 


18 
soruşmayacaq. Əgər elçilik adıyla gəlsəydik, yaxşı 
çıxmazdı. Çünki əvvəla, Fərzanə razı deyil, ikincisi də 
birdən alınmasa, söz-söhbət olmasın. Camaatın ağzını 
yummaq olmur. Qohum-qonşu min cür söz çıxararlar”. 
Həmidlə söhbət edəcəyimi eşitdikdə məni ağlamaq 
tutdu. Bacım vəziyyətimi görəndə məndən də çox 
həyəcanlanıb dedi: “Zarafat edirəm, sən Allah, ağlama. 
Narahatlığa dəyməz. Hələ heç nə olmayıb”. O, halımı 
görüb otaqdan çıxdı. 
Ürəyim çırpınırdı. Öz əlimdə deyildi. Rahat nəfəs 
almaq üçün yaylığımı açdım. Bir qədər sonra anam otağa 
girdi. Onun da həyəcanı üz-gözündən sezilirdi. Dedi: 
-Qızım, icazə verirsən, Həmid gəlsin, oturub söhbət 
edəsiz? Danışmağın zərəri yoxdur, əksinə, bir-birinizi 
daha yaxşı tanıyarsız. Yenə də son söz sənindir, nə desən, 
o olacaq. 
Gözlərimdən yaş süzülürdü. Özümü toparladım. 
-Yox! Qətiyyən! Mənim ərə getmək fikrim yoxdur. 
Universitetə yeni daxil olmuşam. Dərs oxumaq istəyirəm. 
Anam bayıra çıxan kimi atam əlində çəlik otağa girib 
dedi: 
-Mən sizin danışmanız barədə fikir bildirmirəm. Necə 
istəyirsənsə, elə də olsun. De görüm, Həmidlə söhbət 
etmək istəyirsən, ya yox? 
Yerimdə donub qaldım. 
-Xeyr, mənim hələ ailə qurmaq fikrim yoxdur və heç 
kimlə danışmaq istəmirəm; istər Həmid olsun, istərsə də 
başqası. 
Nənənin otağa girməsiylə hər şey dəyişdi. Onu əliboş 
qaytarmaq olmazdı. Dedi: 
-Sən bizim sözümüzə qulaq asmaq istəmirsən?! Tərslik 
eləmə, Həmidlə danış. Xoşuna gəlməsə, “yox” deyərsən. 


19 
Heç kim mənim sözümdən çıxmamalıdır! Daha mövzu 
açılıb. Bir-iki dəqiqə söhbət edin ki, bu məsələ birdəfəlik 
həll olunsun. 
Tayfamızda nənənin sözü son söz idi. Hamı onunla 
hesablaşırdı. Artıq iş-işdən keçmişdi. Məcburiyyət 
qarşısında qalıb qəbul etdim və beləliklə, biz ilk dəfə bir-
birimizlə danışmaq qərarına gəldik. 
Qapının arxasından Həmidin səsini eşitdim. Yavaşca 
bibimə dedi: “Axı niyə belə oldu? Biz nə gül aldıq, nə 
şiriniyyat”. Bibim dedi: “Sizin işinizə lap məəttəl 
qalmışam, gəlini güc-bəla ilə razı salmışıq, indi də bəy naz 
edir”. 
Təsəvvürümdə elçilik səhnələri, gözəl gül dəstəsi 
canlanmışdı. Ancaq düşündüklərimdən əsər-əlamət yox 
idi, hər şey öz sadəliyi ilə həyata keçirdi. Sadəliyin özü də 
bir gözəllikdir.
*** 
Mənə elçi düşən Həmid həmin bibioğlum idi ki, əkiz 
qardaşı Səidlə həmişə eyni geyinib gəzərdi. Xatırladığım 
qədərincə, onları adətən, göy şalvar və uzun köynəkdə 
görürdüm. O, saçını dibindən qırxdırardı. Bir sözlə, keçəl 
və həddən artıq dəcəl, ancaq olduqca mehriban uşaq idi. 
Uşaqlıqdan mənə çox fikir verər, məni oğlanlarla 
oynamağa qoymazdı. Dava-dalaşda həmişə mənim 
tərəfimi 
saxlayardı. 
Məscidin 
mükəbbiri 
-camaat 
namazında təkbir deyəni idi. Tez-tez atasıyla məhəllədəki 
Bəsic
1
mərkəzinə gedərdi. Həmid barədə bildiklərim 
bunlardan ibarət idi. 
Həyətə baxan pəncərə ilə üzbəüz oturdum. Həmid də 
qapının 
yanında 
divara 
söykəndi. 
Hələ 
söhbətə 
1
İslam inqilabına dəstək və vətəni müdafiə məqsədilə yaradılmış 
könüllülər təşkilatı. 


20 
başlamamış anam qapını örtmək istədi. Qapını möhkəm 
tutub dedim: “Bizim gizli sözümüz yoxdur. Otaqda iki 
naməhrəm olanda qapını örtməzlər!” 
Həmidi başdan-ayağa nəzərdən keçirdim. Boz şalvar 
geyinmiş, boz rəngli sadə köynəyini şalvarının üstünə 
salmışdı. Sonradan bildim ki, həmin vaxt ezamiyyətdən 
yenicə qayıdıbmış. Saç-saqqalı uzandığına görə üzünü də 
yaxşı görə bilmirdim. Ancaq aydın sezilən gözlərindən 
nəzakət və mərhəmət yağırdı. 
Hansımızın söhbətə başlayacağını bilmirdik. Meyvə 
boşqabının yanına qoyulmuş duzqabı Həmidin dadına 
çatdı; bir əlindən o birinə ötürərək oynamağa başladı. 
Mənimsə başım aşağıdaydı, gözümü yerdəki altımetrlik 
narıncı xalçanın düyünlərinə dikmişdim. Sanki beynimə 
qan çatmırdı. Bir neçə dəqiqəlik cansıxıcı sükutdan sonra 
Həmid ilk sualını verdi: “Sizin ailə qurmaqda əsas 
meyarınız nədir?” 
Mən bu sual üzərində xeyli düşünmüşdüm. Ancaq o 
anda həqiqətən də yerimdə donub qaldım. Ağlıma heç bir 
şey gəlmirdi. Dedim: 
-Doğrusu, mən gələcək həyat yoldaşımın dindar 
olmasını və bu kimi məsələlərə diqqətli yanaşmasını 
istəyirəm. Yeməyə çörəyimizin olmamasını xümsümüzü, 
zəkatımızı verməməkdən üstün tuturam.
-Çox yaxşı! Mən də bunlara riayət etməyi sevirəm – 
deyib əlavə etdi: “Sizin mənim peşəmdən narazılığınız 
var? 
Mən 
hərbçiyəm, 
mümkündür 
bəzi 
günlər 
ezamiyyətdə olum. Gecələr növbətçi zabit kimi hərbi 
hissədə qalıram. Bəzi gecələr tək qala bilərsiz”. 
-İşinizdən narazılığım yoxdur. Özüm də hərbçi 
qızıyam, bu kimi şəxslərin həyat tərzinə yaxşı bələdəm. 
Əksinə, mən sizin peşənizi həddən artıq sevirəm. 


21 
-Yəqin ki, aldığımız maaşdan da xəbəriz var. Düzü, 
mən sonradan bu məsələ ilə bağlı problem yaşamaq 
istəmirəm. Bu maaşla bir şey etmək olmaz.
-Mənim üçün belə şeylərin əhəmiyyəti yoxdur. Biz 
özümüz də bu məvaciblə böyümüşük. Düşünürəm ki, az 
gəlirlə də normal həyat qurmaq mümkündür. 
Burada Şəhid Himmətdən bir xatirə yadıma düşdü. 
Dedim: “Mən hətta suvaqlı evdə belə yaşamağa hazıram. 
Divarlara mələfə assaq da, mənəviyyatlı və gözəl bir 
həyatımın olmasını istəyirəm”. 
Həmid gülərək dedi: “Hər halda, maaşımın nə qədər 
olduğunu bildirəcəm və siz yenə də bu barədə fikirləşin. 
Ayda 650 min tümən alıram. Məncə, bu məbləğlə 
dolanmaq mümkündür”. 
Mənə mühüm olmasa da, belə rəsmi və ciddi 
atmosferdən qurtulmaq istəyirdim: 
-Bəs bu vaxta qədər nə qədər ehtiyat toplamısız? 
-Çox deyil. Təxminən 6 milyon tümən. 
-Siz 6 milyon tümənlə evlənmək istəyirsiz? 
Gülə-gülə başını aşağı salıb dedi: “Allaha təvəkkül 
etsək, hər şey düzələcək”. Sonra əlavə etdi: 
-Bəzi gecələr əzadarlığa gedirəm. Ola bilər ki, evə gec 
gəlim. 
-Eybi yoxdur, belə məclislərə gedə bilərsiz, ancaq 
harda olsanız, sonda evə qayıdın; hətta gecənin yarısı olsa 
belə. 
Söhbətə başlamazdan öncə mövzunun bu qədər ciddi 
olacağını qətiyyən düşünməmişdim. Həmid nə deyirdisə, 
mən təsdiq edirdim, mən nə deyirdimsə, Həmid təsdiq 
edirdi. Öz-özümə dedim: “Belə olmaz axı. Gərək bir irad 
tutum, başını aşağı salıb getsin. Belə davam etsə, deyəsən, 
gəlinlik donu axtarmalı olacam”. 


22 
Fikirləşdim ki, onun geyim tərzinə irad tutum. Ancaq 
deməyə bir söz tapmadım. Xırdalığa varmaq istəsəm də, 
ürəyimdə dedim: “Fərzanə, axı sənin özünün də belə 
geyimdən xoşun gəlir”. Birdən gözüm onun yana daranmış 
saçına sataşdı. İrad bildirmək istəsəm də, bacarmadım. 
Çünki özümü yaxşı tanıyırdım, bu sadəlikləri bütüm 
varlığımla sevdiyimə əmin idim. 
Həmiddə irad tuta biləcək bir şey tapa bilməyəndə 
özümü qüsurlu göstərməyə çalışdım. Nə yolla olursa-
olsun, onu gəldiyinə peşman etmək məqsədilə dedim: 
-Doğrusu, mən çox tez əsəbiləşirəm, ümumi rəftarım 
olduqca pisdir. Səbirsizliyim və kobud rəftarım sizi incidə 
bilər. 
Deyəsən, bu sözləri deməkdə məqsədimi anladı. 
-Siz nə qədər əsəbisizsə, mən də bir o qədər sakit və 
səbirliyəm. Bu kimi şeylərə görə narahat olacağımı 
düşünmürəm. 
-Nə vaxtsa işə və ya universitetə getsəm, yorğun olsam, 
hövsələm olmasa, yemək bişirə bilməsəm, ev dağınıq olsa, 
narahat olmayacaqsız? 
-Problem deyil. Qadın gül kimi incə məxluqdur, 
zərifdir. Söz verirəm ki, hər bir şəraitdə sizi dərk etməyə 
çalışacam. 
Bir sözlə, hansı qapını döyürdümsə, Həmid birinci 
pillədə qarşımı kəsirdi. Məncə, o, “bəli” cavabını almaq 
istəyində çox qətiyyətli idi və heç bir bəhanə onu fikrindən 
daşındıra bilməzdi. 
Özümü tanıya bilmirdim. Ona ürəkdən heyran 
qaldığımı hiss edirdim. Vüqarlı, sakit tərzdə danışırdı. 
Danışdıqca ürəkdən dediyi sevgili sözlərinin ürəyimə 
axdığını hiss edirdim. Diqqətimi cəlb edən əsas məsələ 
onun qız kimi həyalı baxışları idi. Üzümə baxmadan 


23 
söhbət edir, baxışlarını bəzən yerə, bəzən də duzqabına 
dikirdi. 
Baxışlarındakı məsumluq vəziyyətin onun xeyrinə 
dəyişməsinə yardım edirdi. Sanki qismətim mənə 
baxmayan həyalı gözlərə aşiq olmaq imiş. Bu sirli və 
cəlbedici gözlərə bir baxışda aşiq olmağın nə demək 
olduğunu anlamaq çətin deyildi. İnsan aşiq olur və həmin 
anda bir cüt göz onun bütün həyatına çevrilir. O gözlər 
gülərkən hər bir problem yerindəcə həll olur. Məhz həmin 
gün o gözlərə aşiq oldum; bəzən gülən, bəzən də dolub-
boşalan ecazkar gözlərə. 
Yarım saat danışandan sonra Həmid söhbətinin yeni 
mərhələsinə başladı. Artıq o danışırdı, mən qulaq asırdım. 
Hərdən 
verdiyi 
sualları 
bir-iki 
qısa 
cümləylə 
cavablandırırdım. Sanki özü də mənim sükutumun fərqinə 
varmışdı. Dedi: “Soruşacaq bir sualız yoxdur? Sizi 
maraqlandıran bir şey varsa, soruşa bilərsiz”. 
Mənə dərs oxumaq və işləmək mühüm məsələ idi. 
Buna görə də soruşdum: 
-Mən universitetə yeni daxil olmuşam. Evliliyimiz baş 
tutsa, təhsilimi davam etdirməyə və əgər alınsa, 
işləməyimə icazə verəcəksiz? 
-Sizin dərs oxumağınıza qarşı deyiləm. Ancaq 
doğrusunu bilmək istəsəniz, bəzi universitetlərdə olan 
məlum vəziyyətə görə, həyat yoldaşımın elə yerlərdə 
olmasını istəməzdim. Əlbəttə, anam mənimlə bu barədə 
danışıb, dərs oxumaqda nə qədər ciddi olduğunuzu 
bilirəm. Hər halda, sizə etimad etdiyim üçün universitetə 
getməyinizin 
qarşısını 
almayacam. 
İşə 
gedib-
getməməyiniz 
də 
öz 
ixtiyarınızdadır. 
Diqqətinizə 
çatdırıram ki, təhsil, iş və bu kimi ictimai fəaliyyətlər 
müştərək həyatımızı korlamamaq şərtilə mümkündür. 


24 
Bu sözlərindən sonra dedim: 
-Sizin etimadınızı ən yaxşı şəkildə doğruldacağıma 
əmin ola bilərsiz. İşlə bağlı isə bunu deyə bilərəm ki, 
özüm də kişi mühitində işləməyi xoşlamıram. Uyğun bir iş 
olsa, işləyəcəm, sonralar ana olsam, yaxud da mənim işə 
getməyimdən dolayı yoldaşım və ya övladım əziyyətə 
düşsə, söz verirəm ki, getməyəm. 
Həmidin suallarının əksərini onun özündən soruşmağa 
ehtiyac duymadım. Bu müddət ərzində nənə Həmid barədə 
o qədər danışmışdı ki, hamısının cavabını bilirdim. Söhbət 
əsnasında dedim: 
-Siz santexnik işlərini bacarırsız? 
Təbəssüm etdi: 
-Lampa dəyişmək həddində bacarıram. 
-Su kranını dəyişmək necə, əlinizdən gəlir? 
-Bəli, o cəhətdən narahat olmayın. Belə işlərlə aram 
yaxşıdır, yoluna qoyaram. 
Bir məsələ məni çox düşündürürdü, amma necə 
soruşacağımı bilmirdim. Nəhayət, ürəklənib dedim: 
“Bağışlayın, bir şey soruşmaq istəyirəm. Mənim zahiri 
görünüşüm, üzüm xoşunuza gəlir?” 
Elçilik söhbəti başlayandan fikirləşirdim ki, olmaya 
Həmid ailəsinin israrıyla və ya uşaqlıqdan bu söhbət var 
deyə, mənimlə ailə qurmaq istəyir. Onun verdiyi cavab 
beynimdə dolaşan bu müəmmanı da həll etdi. 
-Doğrusu, bilmirəm nəyə görə mənə belə bir sual 
verirsiz. Bəyənməsəydim, bura gəlib sizi bu qədər sorğu-
suala tutardımmı?! 
Saat beşdən səkkizin yarsına kimi söhbət etdik. 
Duzqabı hələ də Həmidin əlində fırlanırdı. Söhbətimiz 
bitmişdi. Həmid qapının yanında dayanıb öncə mənim 
çıxmağımı istədi. Dedim: 


25 
-Xeyr, siz buyurun. 
-Yəqin ki, danışdığımız məsələlər barədə fikirləşib 
qərar çıxaracaqsız. İcazənizlə bu barədə sonuncu hədisi də 
deyim: “Bir saat düşünmək altmış illik ibadətdən 
üstündür”. 
Söhbət əsnasında öz fikirlərini əsaslandırmaq üçün 
dəfələrlə hədisdən istifadə etmişdi. Söylədiyi hədislərin 
hamısı İmam Sadiq (ə) və İmam Baqirdən (ə) idi. Bu 
hədislə söhbətimiz sona çatdı və o məndən öncə otağı tərk 
etdi. 
O gün Həmidin niyyətinin bu olduğunu anlamamışdım: 
“Gələn kimi cavabını alacaq və çox tez gedəcək”. O, 
istədiyi hər şeyi əldə etdi, mənsə uşaqlıqdan böyüdüyüm 
xəyallarla baş-başa qaldım. Hiss edirdim ki, bu andan 
etibarən məni həyatın keşməkeşli günləri gözləyir. Bu, 
bitib-tükənməyən hisslərə qovuşacaq bir intizar idi. 
Ayağının 
çıxmasına 
baxmayaraq, 
atam 
söhbət 
etdiyimiz iki saat yarım ərzində çəliklə otağın qapısı 
önündə var-gəl edirdi. Dəhlizin sonuna kimi gedib divara 
söykənir, sonra da işarə ilə bildirirdi ki, daha bəsdir. 
Atamın çöhrəsindəki narahatlığı aydın şəkildə sezmək 
olurdu. Mənə nə qədər bağlı olduğunu və bu anlarda nə 
qədər iztirab keçirdiyini yaxşı hiss edirdim. Həmişə nəyə 
görəsə narahat olanda adəti üzrə ya var-gəl edər, ya da 
dodaqlarını çeynəyərdi. 
Utandığımdan o gün Həmidlə aramızda olan söhbət 
barədə ata-anamla danışa bilmədim. Çətin anlarda adətən, 
qardaşım Əli ilə məsləhətləşərdim. Əli qarşıma çıxan bir 
çox məsələlərdə xüsusi məsləhətçim idi. Məndən bir yaş 
balaca olsa da, olduqca ağıllı və məntiqli fikirləri vardı. 
Həmin gün idmana getmişdi. Evə gələndə hələ çantasını 
yerə qoymamış Həmidlə söhbətimdən danışıb fikrini 


26 
soruşdum. Dedi: “Oturub söhbət etməniz yaxşı oldu. O, 
həqiqətən də yaxşı oğlandır. Mən onu hər cəhətdən 
bəyənirəm”. 
Həmidin məhəbbəti elə ilk anlarda ürəyimə dolmuşdu. 
Allahla bağladığım əhd-peyman yadıma düşdü. O, 
nəzrimin düz iyirminci günündə elçiliyə gəlmişdi. 
İmamlara təvəssülün qəlbimi bu qədər rahatlaşdıracağını 
təsəvvür belə etməzdim. Qəribə hisslər keçirirdim. 
Vücudumu bürümüş bütün o qorxu və iztirabların yerini 
rahatlıq və əminlik tutmuşdu. Mən artıq öz sığınacağımı 
tapmışdım. Öz-özümə dedim: “Həmid dünyanın sonuna 
qədər, özü də yorulmadan birgə gediləcək insandır”. 
Bu hadisədən üç gün sonra həyətimizdə gülləri 
budayırdım. Anam söz arasında bir neçə dəfə Həmid 
barədə fikrimi öyrənmək istədi. Özünü soyuqqanlı 
göstərsə də, həddən artıq sevincək olduğu hiss olunurdu. 
O, Həmidi əvvəldən öz balası kimi sevirdi. 
Söhbətimizin şirin yerində telefon zəng çaldı. Anam 
dəstəyi qaldırdı. Salamından anladım ki, bibim cavab 
öyrənmək üçün zəng edib. Anam əl işarəsilə məndən nə 
cavab verəcəyini soruşurdu. Əvvəl demək istədim ki, hələ 
bir həftə keçməyib, niyə bu qədər tələsirsiz? Ancaq öz-
özümə fikirləşdim ki, bu gün və ya sabah, nə fərqi var, 
onsuz da cavabım məlumdur. Bir qədər duruxduqdan 
sonra ürəklənib dedim: “Cavabım müsbətdir, amma 
aramızda qan qohumluğu olduğu üçün ilk növbədə analiz 
verməliyik. Xahiş edirəm analizin cavabı gələnə qədər bu 
söhbəti kiminsə yanında açmasınlar”. 
Bibimin bu qədər tez zəng etməsinə səbəb elə Həmidin 
özü idi. Anasına demişdi: “Mən Fərzanəni razı saldım. 
Zəng elə, ”hə” cavabı verdiyinə əmin olaq”. 


27 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin