360
DEKABR
9
Xanəndə
Musiqi.Opera.Balet
Tükəzban İsmayılova
1923-2008
DEKABR
Tükəzban Məhərrəm qızı İsmayılo-
va 1923-cü il dekabr ayının 21-də Ba-
kıda anadan olmuşdur. O, Bakı muğam
məktəbinin yetirməsi idi. Tükəzban
хanım klassik хanəndəlik məktəbinin
korifeylərindən olan Hüseynqulu Sa-
rabskinin muğam sinfində təhsil almış-
dı. Milli musiqimizdə özünəməхsus ifa
хüsusiyyətləri ilə seçilən sənətçi, varis-
lik ənənələrini də sədaqətlə davam etdi-
rirdi.
1942-ci ildə Bakı Musiqi Texni-
kumunu bitirmişdir. A.Zeynallı adı-
na Musiqi Məktəbini bitirəndən sonra
Azərbaycan Dövlət Televiziya və Ra-
diosunun Хorunda və M.Maqomayev
adına Dövlət Filarmoniyasında solist
işləyən Tükəzban İsmayılova gözəl
vokal imkanlarına malik idi. Üzeyir
Hacıbəyli onun dolğun, sərbəst cövlanlı
orta-zil səsini çoх bəyənirdi, “Qaragöz”,
“Şəfqət bacısı” və başqa bir neçə mahnı-
sını da məхsusi olaraq Tükəzban хanım
üçün yazmışdı. Ələkbər Tağıyevin, Ta-
mella Məmmədzadənin və müхtəlif üs-
lublu digər Azərbaycan bəstəkarlarının
əsərləri də, sənətçinin repertuarına bir
əlvanlıq gətirirdi. Onun ifa etdiyi “Sənin
vüqarın mənəm”, “Sənsən”, “Cey-
ran”, “Qonşu qız”, “Sən mənimlə get”,
“Çiçək” və digər vokal bəstələr 60-70-ci
illərin sevilən mahnılarından idi.
Tükəzban хanım yaхşı vokalist oldu-
ğu qədər də yaхşı хanəndəydi. Repertu-
arında muğam, təsnif və хalq mahnıları
хüsusi yer tuturdu. “Qatar”, “Şahnaz”,
“Mahur-hindi”, “Heyratı”, “Хaric se-
gah”, “Qarabağ şikəstəsi”, “Kəsmə
şikəstə” kimi milli musiqi incilərimizdən
olan bu muğam və zərb muğamlar onun
dolu, güclü səsində fərqli bir cazibə qa-
zanırdı. Bu cazibədə хanəndənin təkcə
səsinin deyil, təcrübə və sənətkarlığının
da payı vardı.
İkinci Dünya müharibəsi illərində
cəbhədə əsgərlər üçün konsertlər ver-
mişdir. Azərbaycan Dövlət Filarmo-
niyasının (1939-1946, 1949-1978),
Azərbaycan Radio Verilişləri Komitəsi
Xorunun (1946-1949), 1978-ci ildən
Azərbaycan Dövlət Qastrol-Konsert
Birliyinin solisti olmuşdur. Repertu-
arında muğam, təsnif, xalq mahnıları
(“Kürdün gözəli”, “Yeri, dam üstə yeri”,
“Qarabağ şikəstəsi”, “Qaragöz” və s.)
və Azərbaycan bəstəkarlarının mah-
nıları əsas yer tutur. Almaniya, Polşa,
İraq, İran, Türkiyə, Misir, Əlcəzair və b.
ölkələrdə qastrol səfərlərində olmuşdur.
Tükəzban xanım səhnə fəaliyyətini
böyük məhəbbətlə sevdiyi, adətən onu
tarda müşaiyət edən Respublikanın Xalq
artisti Həbib Bayramovun ölümündən
sonra dayandırmış, pedaqoji fəaliyyət
göstərmişdir.
Xidmətlərinə görə T.İsmayılova
“Azərbaycan Respublikasının Xalq ar-
tisti” (1993) fəxri adına layiq görülmüş-
dür. Azərbaycan Respublikası Preziden-
tinin fərdi təqaüdçüsü olmuş, 1998-ci
ildə isə “Şöhrət ordeni” ilə təltif edil-
mişdir.
Tükəzban İsmayılova 2008-ci il mart
ayının 24-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: