Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə464/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   460   461   462   463   464   465   466   467   ...   538
Ə d ə b i y y a t

Əfsanəvi Mixay-

lo [Mətn] /tərt.ed. 

Ş.Nəzirli.- Bakı: 

Gənclik, 1988.- 86 s.

Qasımov, İ. Uzaq 

sahillərdə [Mətn]: 

povest /İ.Qasımov, 

H.Seyidbəyli; rəss. 

O.Sadıqzadə; red. 

R.Salamova.- Bakı: 

Uşaqgəncnəşr, 1961.- 

322 s.

Mehdi Hüseynzadənin 

xatirəsinə həsr olunmuş 

film və fotosərgi [Mətn] 

//Mədəniyyət.- 2010.- 3 

noyabr.- S.2.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

actionmeinhof.word-

press.com

22

Sovet İttifaqı Qəhrəmanı


370

Dövlət xadimi

Siyasət.Hərbi iş

65 

illiyi

Ramil Usubov 

1948

DEKABR

Ramil  İdris oğlu Usubov 1948-ci il 

dekabr ayının 22-də Xocalı  şəhərində 

anadan olmuşdur. 

1973-cü ildə N.Rzayev adına Bakı 

Xüsusi Orta Milis məktəbini, 1980-ci 

ildə isə keçmiş SSRİ DİN-in Polis Aka-

demiyasını bitirmişdir. 

Əmək fəaliyyətinə 1970-ci ildə 

Azərbaycan Respublikası Xankəndi 

Daxili İşlər İdarəsində polis nəfəri kimi 

başlamışdır. 1973-cü ildən Xankəndi 

DİŞ Cinayət-axtarış qrupunda əməliyyat 

müvəkkili,  Şuşa rayon DİŞ cinayət-

axtarış bölməsinin rəisi, Xankəndi 

Daxili  İşlər  İdarəsi rəisinin müavi-

ni,  Əli Bayramlı (indiki Şirvan)  şəhər 

DİŞ-in rəisi vəzifələrində  işləmişdir. 

  1987-1989-cu illərdə Naxçıvan Mux-

tar Respublikasının Daxili İşlər na-

ziri təyin olunmuş, 1989-1993-cü 

illərdə Azərbaycan Respublikası  DİN-

in Cinayət Axtarış  İdarəsinin rəisi, 

Pasport  İşləri, Viza və Qeydiyyat 

İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə 

rəisi vəzifələrində çalışmışdır. Naxçı-

van Muxtar Respublikası Ali Məclisi 

Sədrinin 11 avqust 1993-cü il tarixli 

Fərmanı ilə yenidən Naxçıvan Muxtar 

Respublikası Daxili İşlər naziri təyin 

olunmuşdur.

Azərbaycan Respublikası Preziden-

tinin 29 aprel 1994-cü il tarixli 140 

nömrəli Fərmanı ilə Azərbaycan Res-

publikasının Daxili İşlər naziri təyin 

edilmişdir.

Azərbaycan Respublikası Prezidenti-

nin 3 may 1994-cü il tarixli 144 nömrəli 

Fərmanı ilə Ramil Usubova general-

mayor, 26 dekabr 1995-ci il tarixli 418 

nömrəli Fərmanı ilə general-leytenant, 

15 yanvar 2002-ci il tarixli 637 nömrəli 

Fərmanı ilə general-polkovnik hərbi 

rütbəsi verilmişdir.

Ramil Usubov Azərbaycan Respub-

likasının Konstitusiya dövlət qurulu-

şunun müdafiəsində, cinayətkarlıqla 

mübarizənin, ictimai təhlükəsizliyin 

və  əmin-amanlığın təmin edilməsində, 

ölkədə dönməz sabitliyin əldə olu-

nub, qorunub saxlanılmasında xüsusi 

xidmətlərinə görə Azərbaycan Respub-

likası Prezidentinin 24 dekabr 1998-

ci il tarixli 41 nömrəli Fərmanı ilə 

“Azərbaycan Bayrağı” ordeni ilə  təltif 

olunmuşdur.

Azərbaycanın beynəlxalq polis struk-

turlarına inteqrasiya olunmasında, dün-

ya birliyi dövlətlərinin müvafiq qurum-

ları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil 

edilməsində transmilli cinayətkarlığa 

qarşı mübarizə sahəsində əməkdaşlığın 

möhkəmləndirilməsində xüsusi xid-

mətləri olmuş, bu sahədə  uğurlu 

nəticələrinə  və müsbət göstəricilərinə 

görə çox sayda müxtəlif yüksək müka-

fatlara layiq görülmüşdür.

2009-cu ildə Polşa Prezidenti-

nin sərəncamı ilə iki ölkə arasında 

münasibətlərin inkişafına göstərdiyi 

xidmətlərə görə “Böyük zabit” ordeni 

ilə təltif olunmuşdur.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   460   461   462   463   464   465   466   467   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin