Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə462/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   458   459   460   461   462   463   464   465   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www.muallim.edu.az

www.milliqahraman.az

www.zengilan.com

20

Milli Qəhrəman


368

Dövlət xadimi

Siyasət.Hərbi iş

100 

illiyi

Kamran Hüseynov 

1913-2006  

DEKABR

Kamran  Əsəd bəy oğlu Hüsey-

nov 1913-cü il dekabr ayının 15-də 

Zəngəzur qəzasının Çərəli kəndində 

anadan olmuşdur. O, əmək fəaliyyətinə 

gənc yaşlarından başlamış, 1934-cü 

ildən etibarən isə Bakı neft sənayesində 

müxtəlif vəzifələrdə çalışmışdır. 

Kamran Hüseynov 1938-1940-cı 

illərdə Xarkov İnşaat Mühəndisləri 

İnstitutunda, 1940-1941-ci illərdə 

Azərbaycan Sənaye Akademiyasın-

da təhsil almışdır. O, 1949-cu ildə 

Azərbaycan Dövlət Pedaqoji İnstitutu-

nun tarix fakültəsini və respublika Ali 

Partiya Məktəbini bitirmişdir.

Kamran Hüseynov 1941-1944-

cü illərdə iqtisadiyyatın müxtəlif 

sahələrində 

fəaliyyət göstərmiş, 

1944-1945-ci illərdə Sumqayıt ra-

yon Partiya Komitəsinin sənaye və 

kadr işləri üzrə katibi, 1945-1947-ci 

illərdə indiki Binəqədi rayon Partiya 

Komitəsinin birinci katibi işləmişdir. 

1949-1952-ci illərdə Mingəçevirdə 

aparılan inşaat işlərinin rəhbərlərindən 

biri olmuş Kamran Hüseynov 1952- 

1953-cü illərdə Neftçala rayon Parti-

ya Komitəsinin birinci katibi, 1953-

1958-ci illərdə isə Sumqayıt  şəhər 

Partiya Komitəsinin birinci katibi 

vəzifələrində çalışmışdır.

Kamran Hüseynov 1958-1961-ci 

illərdə respublika Həmkarlar İttifaqla-

rı Şurasının sədri olmuş, 1961-1968-ci 

illərdə Moskva şəhərində Ümumittifaq 

Həmkarlar  İttifaqları  Mərkəzi  Şurası-

nın katibi işləmişdir. Kamran Hüsey-

nov 1968-1980-ci illərdə Azərbaycan 

SSR Nazirlər Soveti sədrinin müavini 

olmuşdur. O, 1980-1993-cü illərdə res-

publika Ticarət və Sənaye Palatasının 

sədri, 1993-cü ildən isə həmin Palata-

nın müşaviri olmuşdu.

Kamran Hüseynov Azərbaycanın 

ictimai-siyasi həyatında uzun 

illər səmərəli fəaliyyət göstərən 

şəxsiyyətlərdən idi. Onun dövlət 

idarəçiliyi və iqtisadiyyatın müxtəlif 

sahələrində gördüyü işlər böyük bir döv-

rü əhatə etmişdir. O, sıravi fəhləlikdən 

başlamış strateji əhəmiyyətli mühüm 

dövlət obyektlərinin tikilib istisma-

ra verilməsinə  qədər çalışdığı bütün 

sahələrdə yüksək peşəkarlıq, fədakarlıq 

və yüksək təşkilatçılıq qabiliyyəti nü-

mayiş etdirmişdir. Azərbaycanda yeni 

yaşayış  məntəqələrinin salınmasında, 

onların sənaye mərkəzlərinə çevrilərək 

inkişaf etməsində Kamran Hüsey-

novun xidmətləri təqdirəlayiqdir. 

Tutduğu vəzifələrdən, gördüyü 

işlərdən asılı olmayaraq, onun möv-

qeyi daim öz vətənpərvərlik ruhu ilə 

səciyyələnmişdir. O, 1967-ci ildə tarix 

elmləri doktoru elmi dərəcəsi almış-

dır.


Kamran Hüseynov Azərbaycanın 

ictimai-siyasi həyatının fəal iştirak-

çısı kimi yaxşı tanınmışdı. O, uzun 

illər Azərbaycan Respublikası Ali 

Sovetinin, eləcə də RSFSR Ali Sove-

tinin deputatı kimi səmərəli fəaliyyət 

göstərmişdir.

Kamran Hüseynovun xidmətləri 

dövlət tərəfindən yüksək qiymət-

ləndirilmişdir. O, bir sıra orden və 

medallara layiq görülmüş, o cümlədən 

müstəqil Azərbaycan Respublikasının 

ali mükafatı - “Şöhrət” ordeni ilə təltif 

edilmişdir.

Tanınmış ictimai xadim, 

Azərbaycan Respublikası Preziden-

tinin fərdi təqaüdçüsü Kamran Əsəd 

oğlu Hüseynov 2006-cı il aprel ayının 

20-də vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   458   459   460   461   462   463   464   465   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin