Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə465/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   461   462   463   464   465   466   467   468   ...   538
Ə d ə b i y y a t

Usubov Ramil İdris 

oğlu [Mətn]              //

Azərbaycanda kim kim-

dir.- Bakı, 2010.-S.107.

Hər yüz min nəfərə düşən 

cinayətlərin sayına 

görə Azərbaycan MDB 

məkanında sonuncu 

yerlərdən birini tutur 

[Mətn]                       //

Azərbaycan.- 2011.-  3 

iyun.- S.4.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.mia.gov.az

www.e-qanun.az

22


371

Tarix

90

 illiyi

Ziya  Bünyadov

1923-1997      

DEKABR

Ziya Musa oğlu Bünyadov 1923-cü 

il dekabr ayının 21-də Astara şəhərində 

anadan olmuşdur. 1939-cu ildə orta 

məktəbi bitirdikdən sonra Bakı Ali 

Birləşmiş Komandirlər məktəbində 

təhsilini davam etdirmişdir. 

İkinci Dünya müharibəsi dövründə 

vuruşaraq Berlinədək  şərəfli döyüş 

yolu keçmişdir. 1945-ci il fevral ayının 

27-də ona “Sovet İttifaqı Qəhramanı” 

adı verilmişdir.

Z.Bünyadov ordudan tərxis ol-

duqdan sonra, 1946-cı ildə Moskva 

Şərqşünaslıq  İnstitutuna daxil olmuş

1950-ci ildə  həmin institutun aspi-

ranturasına qəbul edilmişdir. Sonra o, 

Azərbaycan EA-nın Tarix İnstitutunda 

elmi axtarışlarını davam etdirmişdir. 

O, Xilafət və Azərbaycanın VII-XIII 

əsrlər tarixinin tədqiqatçilarından biri 

olmuşdur. 1964-cü ildən Yaxın və Orta 

Şərq Xalqları  İnstitunda Orta əsrlər 

tarixi  şöbəsinin rəhbəri olmuş, tarix 

elimləri doktoru elmi dərəcəsi, 1965-

ci ildə isə professor elmi adına layiq 

görülmüşdür. 1967-ci ildə Azərbaycan 

Elmlər Akademyasının müxbir üzvü, 

1973-cü ildə akademiyanın həqiqi 

üzvi seçilmişdir.

1981-ci ildən isə  Şərqşünaslıq 

İnstitutunun direktoru, 1990-cı ildə 

Azərbaycan EA-nın vitse-prezidenti 

seçilmişdir. Ziya Bünyadov “Qırmızı 

Bayraq”, “Aleksandr Nevski”, “2-ci 

dərəcəli vətən müharibəsi”, “Qırmızı 

Ulduz” ordenləri və medallarla təltif 

edilmişdir.

Görkəmli akademik 1980-ci ildə  

dövlət mükafatına layiq görülmüş, 

1981-ci ildən ömrünün sonunadək 

Azərbaycan EA-nın  Şərqşünaslıq 

İnstitunun direktoru vəzifəsini icra 

etmiş, 1990-cı ildə isə Azərbaycan 

EA-nın vitse-prezidenti seçilmişdir. 

Elmi fəaliyyəti ilə yanaşı, siyasətlə 

də  məşğul olan Z.Bünyadov milli 

məclisin deputatı olduğu müddətdə öz 

çıxışlarında dəfələrlə həyasız, saxtakar 

erməni tarixçilərinin əsassız iddiaları-

nı faktlarla ifşa etmişdir.

Akademik Ziya Bünyadov Berlin 

şəhərinin Pankov rayonunun (Alma-

niya), Urgənc (Özbəkistan), Astara və 

Göyçay  şəhərlərinin fəxri vətəndaşı 

olmuşdur.

Ziya Bünyadov həm də  Şərq 

dillərinin bilicisi kimi gözəl tərcüməçi 

idi. Onun əsərləri Fransada, İraq-

da, Rusiyada, Türkiyədə  və dünya-

nın bir sıra başqa ölkələrində  nəşr 

olunmuşdur. O, dünyanın bir sıra 

alimlərinin əsərlərini ingilis, ərəb, rus 

və türk dillərindən tərcümə etmişdir. 

Görkəmli alim həyatının son illərində 

Tacəddin əs-Salmaninin “Tarixnamə”, 

V.V.Bartoldun “Xəzəryanı vilayətlərin 

müsəlman aləmində yeri” əsərlərini 

tərcümə etmişdir Xüsusilə qeyd 

etməliyik ki, akademik Z.Bünyadovun 

ən yaddaqalan töhfələrindən biri də 

professor Vasim Məmmədəliyevlə 

birgə müqəddəs “Qurani-Kərim”i 

Azərbaycan dilinə tərcümə etməsi ol-

muşdur. 

Akademik Ziya Bünyadov 1997-ci 

il fevral ayının 21-də cinayətkar qrup 

tərəfindən vəhşicəsinə  qətlə yetiril-

mişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   461   462   463   464   465   466   467   468   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin