372
Fizik
Riyaziyyat.Fizika. Astronomiya
95
illiyi
Abdulla Muxtarov
1918
DEKABR
Abdulla İbrahim oğlu Muxtarov
1918-ci il dekabr ayının 24-də Dağıs-
tanın Rutul rayonunun Saxur kəndində
anadan olmuşdur.
1939-1944-ci illərdə Azərbaycan
Dövlət Universiteti fizika-riyaziyyat
fakültəsini bitirmişdir.
1947-1950-ci illərdə Moskva Dövlət
Universitetinin aspirantı olmuş, fizika-
riyaziyyat elmləri doktoru, professor-
dur.
Əmək fəaliyyətinə 1944-1946-cı
illərdə ADU-nun tərkibində Riyaziyyat-
fizika İnstitutunda kiçik elmi işçi kimi
başlamışdır.
1947-1950-ci illərdə Moskva Dövlət
Universitetində aspirant, 1950-ci ildən
indiyə kimi BDU-da baş müəllim, do-
sent, professor, kafedra müdiri, 1972-ci
ildə AMEA-nın müxbir üzvü seçilmiş-
dir.
30-a yaxın aspirant, 5 elmlər dok-
torunun elmi rəhbəri olmuş, 140 elmi
məqalənin, 4 dərsliyin müəllifidir.
5 dərsliyi rus dilindən Azərbaycan
dilinə tərcüməçisi olmuşdur. Baka-
lavr və magistr pilləsində təhsil alan
tələbələrə elementar zərrəciklər fizi-
kası, kvant mexanikası, kvant elekt-
rodinamikası kurslarından mühazirə
dərsləri aparır. Tədqiqat sahəsi kvant
nəzəriyyəsi, elektro-zəif qarşılıqlı
təsir nəzəriyyəsidir. “Statistik fizika”,
(1961), “Kvant mexanikası”, (1999)
adlı tədris kitablarının müəllifidir.
Xidmətləri dövlətimiz tərəfindən
yüksək qiymətləndirilmiş, “Azərbaycan
SSR Xalq təhsili əlaçısı” medalı (1975),
“Şərəf nişanı” ordeni (1978); “SSRİ-nin
təhsil əlaçısı” (1980); “Əmək veteranı”
medalları (1981) ilə təltif edilmişdir.
1992-ci ildə “Azərbaycanın Əməkdar
elm xadimi” fəxri adına layiq görülmüş,
1998-ci ildə Azərbaycan Respubli-
kasının “Şöhrət” ordeni və BDU-nun
“Xatirə” medalı ilə təltif olunmuşdur.
Dostları ilə paylaş: