373
Riyaziyyat.Fizika.Astronomiya
80
illiyi
Eldar Salayev
1933
DEKABR
Eldar Yunis oğlu Salayev 1933-cü
ildə dekabr ayının 31-də Naxçıvan
şəhərində anadan olmuşdur.
1956-cı ildə Azərbaycan Dövlət
Universitetini (BDU) bitirmişdir.
1970-1973-cü illərdə Azərbaycan
Elmlər Akademiyasının Fizika İnstitu-
tunda elmi işlər üzrə direktor müavini,
1973-cü ildə isə həmin institutun di-
rektoru olmuşdur.
1975-ci ildə fizika-riyaziyyat elm-
ləri doktoru alimlik dərəcəsini, 1979-
cı ildə professor adını almışdır.
1980-cı ildə EA-nın müxbir üzvü,
1983-cü ildə isə həqiqi üzvü, 1983-
1997-ci illərdə Azərbaycan EA-nın
prezidenti seçilmişdir.
E.Y.Salayev bərk cisim fizikası,
kvant elektronikası və fotoelektroni-
ka sahəsində görkəmli alimdir. Əsas
işləri yarımkeçiricilərin tədqiqinə
müxtəlif halların enerji spekterlərinin
öyrənilməsinə aiddir. Salayev sürətli
elektronlar dəstəsi vasitəsilə ilk dəfə
laylı kristallarda induksiyalanmış şü-
alanmanı aşkara çıxarmış və bu si-
nif yarımkeçiricilərdə qeyri-xətti
optik xassələri öyrənmişdir. Həmin
tədqiqatlar lazer şüaları çeviricilərinin
yaranmasına imkan vermişdir. Sala-
yevin rəhbərliyi ilə yarımkeçiricilər
əsasında deflektor, deşifrator,
fotoqəbuledicilər, elektron mikro-
soyuducuları, metroloji tətdqiqatlar
üçün qurğular yaradılmışdır. Xüsusi
təyinatlı, analoqu olmayan optoelekt-
ron sistem və cihazların istiqamətinin
yaradıcısıdır. Bu sistem və cihazlar,
kosmik aparatlar hərbi sənayedə və
digər sahələrdə geniş tətbiq olunmuş-
dur.
4 monoqrafiyanın, dünyanın mö-
təbər jurnallarında dərc olunmuş 250-
dən artıq elmi məqalənin, 100-ə qədər
ixtiranın müəllifidir. Yüksəkixtisaslı
kadrların hazırlanmasında xidmətləri
olmuşdur.
Eldar Salayev 1972-ci ildə
Azərbaycan Dövlət mükafatı laureatı
olmuş, 1990-cı ildə “Əməkdar elm
xadimi” fəxri adına layiq görülmüş,
akademik S.İ.Vavilov, H.Z.Tağıyev,
N.Nərimanov adına, Avropa Türk-
İslam Cəmiyyəti mükafatlarının laure-
atı, İslam Akademiyasının üzvüdür.
Dostları ilə paylaş: