374
Kimya.Biologiya.Tibb
105
illiyi
Müzəffər Abutalıbov
1908-1984
DEKABR
Müzəffər Heydər oğlu Abutalıbov
1908-ci il dekabr ayının 14-də Ordu-
bad şəhərində anadan olmuşdur.
1930-cu ildə Azərbaycan Poli-
texnik İnstitutunun kənd təsərrüfatı
fakültəsini bitirmişdir. Azərbaycan
Kənd Təsərrüfatı İnstitunun (indiki
Kənd Təsərrüfatı Akademiyası) və
Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) dosenti, Azərbaycan Elmi
Tədqiqat Pambıqçılıq İnstitutunun baş
elmi işçisi, SSRİ EA Azərbaycan fili-
alı Botanika İnstitutunun şöbə müdi-
ri və direktor müavini (1935-1947),
Azərbaycan Dövlət Universiteti Bit-
ki fiziologyası kafedrasının müdiri
(1949-1959), Azərbaycan Milli EA
Genetika və Seleksiya İnstitutunun
(1960-1962), Botanika İnstitutunun
(1947-1949;1962-1978) direktoru
vəzifələrində çalışmış, 1978-1984-cü
illərdə Botanika İnstitutunda özünün
yaratdığı Bitki fiziologiyası şöbəsinə
rəhbərlik etmişdir.
Tədqiqatları əsasən pambıq, kartof
və digər kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının artırılmasına, onla-
rın mikroelementlərlə qidalandırılma-
sının nəzəri və əməli problemlərinin
öyrənilməsinə, o cümlədən mik-
roelementlərin azotobakterin inki-
şafına və torpağın azotmənimsəyən
mikroorqanizmlərinin fəaliyyətinə
təsirinə, mineral maddələrin bitkilərə
daxil olmasına, orqanizmdə hərəkətinə
və hüceyrələrdə paylanmasına və s.
həsr olunmuşdur.
Bir neçə monoqrafiya və ali
məktəb dərsliyinin, 220-dən çox
elmi məqalənin müəllifidir. Elmi
məclislərdə, o cümlədən beynəlxalq
biokimya (1961), botanika (1969),
biofizika (1973) konqreslərində
məruzələr etmişdir. Bir sıra elmi şura
və cəmiyyətlərin üzvü olmuşdur. Elmi
kadrların hazırlanmasında xidmətləri
var.
Bitki fiziologyası sahəsində ilk
azərbaycanlı elmlər doktoru (1944),
professor (1950), Azərbaycan Milli
EA-nın (müxbir üzvü 1960) akademi-
ki (1968) olmuşdur.
Görkəmli akademik Müzəffər Abu-
talıbov 1984-cü il noyabr ayının 8-də
Bakıda vəfat etmiş, Fəxri Xiyabanda
dəfn olunmuşdur.
Dostları ilə paylaş: