Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə475/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   471   472   473   474   475   476   477   478   ...   538
Ə d ə b i y y a t

Azərbayсan Xalq 

Cümhuriyyəti 

(1918-1920) [Mətn] 

Parlament (Stenoq-

rafik hesabatlar).-

Bakı: Azərbaycan, 

1998.- S.10-21.

Parlamentli respub-

likaya doğru [Mətn] 

//Azərbaycan Xalq 

Cümhuriyyəti 

ensiklopediyası: iki 

cilddə.-Bakı: Lider, 

2004.- C.1.- S.34-

51.

İ n t e r n e t d ə

www.anl.az

www.muallim.edu.az

www.ebooks.preslib.

az

7


379

Tarixdə bu gün

Ümummilli lider Heydər Əliyev ABŞ-ın 

Klivlend klinikasında vəfat etmişdir 

2003

DEKABR

2003-cü il dekabr ayının 12-də 

Azərbaycanın görkəmli siyasi və 

dövlət xadimi, xalqımızın ümummil-

li lideri, Azərbaycanın eks Prezidenti, 

Yeni Azərbaycan Partiyasının sədri 

Heydər  Əliyev Amerika Birləşmiş 

Ştatlarının Klivlend Klinikasında 

vəfat etmişdir.

Azərbaycanın son otuz  ildən artıq 

bir dövrünü əhatə edən tarixi və taleyi 

ümummilli lider Heydər Əliyevin adı 

ilə  qırılmaz tellərlə bağlıdır. Bu illər 

ərzində xalqın ictimai-siyasi, iqtisadi 

və mədəni həyatının bütün sahələrində 

dirçəliş, məhz, onun adı ilə bağlıdır.

Heydər Əliyev rəhbərlik etdiyi bu 

dövr ərzində daim tərəqqisi üçün ça-

lışdığı, zəngin mədəniyyəti, böyük 

tarixi keçmişi ilə  həmişə qürur duy-

duğu və gələcək nəsillərin taleyi üçün 

düşündüyü doğma yurdu Azərbaycanı 

bir dövlət kimi zamanın ağır və  sərt 

sınaqlarından çıxarmışdır.

12 dekabr - Bu gün bütün dün-

ya azərbaycanlıları milli liderimiz 

Heydər  Əliyevin  əziz xatirəsini yad 

edir. O indi aramızda olmasa da, yox-

luğuna inanmaq çox çətindir. Çün-

ki bizi əhatə edən gözəl Bakımız, 

əzəmətli Azərbaycanımız milli lide-

rimiz Heydər  Əliyevin  əməlləri ilə 

əhatə olunmuşdur. Son illər ölkəmizdə 

görülmüş  və müvəffəqiyyətlə davam 

etdirilən quruculuq işləri, respublika-

mızın hərtərəfli sosial-iqtisadi inkişa-

fı, xalqımızın rifahının yüksəldilməsi 

istiqamətində  həyata keçirilmiş ge-

nişmiqyaslı  tədbirlər Heydər  Əliyev 

şəxsiyyətinin unudulmaz xatirəsinə 

ən böyük ehtiramdır.

Bütün mənalı  həyatını öz xalqına 

bəxş etmiş Heydər Əliyevin siyasi və 

dövlət xadimi kimi zəngin fəaliyyəti 

Azərbaycan xalqının tarixində  dərin 

iz buraxaraq, əsl dövlət idarəçiliyi 

məktəbinə çevrilmişdir. Azərbaycan 

xalqının hələ neçə-neçə  nəsli bu bö-

yük məktəbdən, Heydər  Əliyevin 

zəngin siyasi irsindən ölkəmizin inki-

şafı, xalqımızın rifahı naminə fayda-

lanacaqdır. 

Heydər  Əliyev bizim dahi mü-

asirimizdir. bu faktın özü hər bir 

azərbaycanlı üçün qürur və iftixar 

mənbəyidir. Heydər  Əliyev eyni za-

manda, taleyin xalqımıza bəxş etdiyi 

böyük tarixi şəxsiyyətdir. 

Deyirlər dahilər yüz ildən, min 

ildən bir dünyaya gəlir... Böyük tari-

xi olan Azərbaycan  əsrlər boyu çox 

dahilər yetişdirmişdi... Ancaq belə 

dahi insan dünyaya nə  gəldi, nə  də 

çətin ki, bundan sonra gələ... 

Heydər  Əliyev Bakıda, Fəxri Xi-

yabanda, ömür-gün yoldaşı, akademik 

Zərifə xanım Əliyevanın yanında dəfn 

olunmuşdur. Onun məzarı  qədirbilən  

Azərbaycan xalqının müqəddəs 

ziyarətgahına çevrilmişdir.

Biz həmişə onunla fəxr etmişik, bu 

gün də fəxr edirik.. 

Necə ki o, azərbaycanlı olduğu 

üçün fəxr edirdi!




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   471   472   473   474   475   476   477   478   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin