381
Tarixdə bu gün
5
illiyi
Beynəlxalq Muğam Mərkəzi
2008
DEKABR
2008-ci il dekabr ayının 27-də
Bakıda, Dənizkənarı Milli Parkda
Beynəlxalq Muğam Mərkəzinin açılışı
olmuşdur.
Heydər Əliyev Fondunun milli
mənəvi dəyərlərimizin qorunması və
dünyada geniş təbliği ilə bağlı reallaş-
dırdığı möhtəşəm layihələr sırasında
xüsusi əhəmiyyəti olan bu mərkəzin
inşası, fondun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban
Əliyevanın təşəbbüsü ilə həyata keçi-
rilmişdir. Belə bir mədəniyyət ocağı-
nın tikilməsi, muğamın daha da inkişaf
etdirilməsi və təbliği üçün görkəmli
xanəndələrin, muğam bilicilərinin işti-
rakı ilə “dəyirmi masa” keçirilmiş və
Bakıda Beynəlxalq Muğam Mərkəzinin
yaradılması qərara alınmışdı. Bundan
sonra 2005-ci il aprelin 6-da Prezident
İlham Əliyev Bakıda Beynəlxalq Mu-
ğam Mərkəzinin yaradılması haqqında
sərəncam imzalamışdır. Beləliklə, xal-
qımızın qədim mədəni irsinin ölməz
nümunəsi, Azərbaycan musiqisinin
zəngin fəlsəfi təməl üzərində təşəkkül
tapmasında əvəzsiz rol oynayan mu-
ğama möhtəşəm abidə ucaldılması
istiqamətində ciddi addım atılmış-
dır. Azərbaycan muğamının bəşər
mədəniyyətinin nadir inciləri ilə bir
sırada YUNESKO-nun Dünya irs si-
yahısına daxil edilməsi isə bütövlükdə
onun nə dərəcədə bənzərsiz sənət növü
olduğunu bir daha təsdiqləyir.
2005-ci ilin avqustunda Prezi-
dent İlham Əliyevin və ölkəmizin bi-
rinci xanımı Mehriban Əliyevanın,
YUNESKO-nun baş direktoru Koişi-
ro Matsuuranın iştirakı ilə təməli qo-
yulmuş Beynəlxalq Muğam Mərkəzi
ümumi sahəsi 7,5 min kvadratmetr olan
üçmərtəbəli binadan ibarətdir. Dünyada
tanınan ərəb əsilli memar Zaha Radi-
dinin layihəsi olan Mərkəzin səmadan
görünüşü Azərbaycanın qədim musi-
qi alətlərindən olan tar çanağı forma-
sındadır. Ən müasir texnologiyadan
istifadə edilməklə tikilən bina üçün la-
zımi avadanlıq İtaliya, Avstriya, Fran-
sa və Türkiyədən gətirilmişdir. İnşaat
işləri zamanı 2 mindən çox müxtəlif
ölçülü şüşədən istifadə olunmuşdur.
Yaxşı akustikası olan salonda milli
musiqi və estrada-caz konsertləri üçün
hər cür imkan var.
Azərbaycan-YUNESKO əməkdaş-
lığının bəhrəsi olan Beynəlxalq Mu-
ğam Mərkəzində 350 yerlik konsert
salonu, klub, 80 nəfərlik restoran,
dərs otaqları, səsyazma studiyası var-
dır. Bina müasir havalandırma və is-
tilik sistemləri ilə təchiz edilmişdir.
Azərbaycanın Muğam Mərkəzinin qa-
pısını açanlar tarın qolunu xatırladan
dəhlizdə, adları Azərbaycan xalq mu-
siqisi tarixi səhifəsinə qızıl hərflərlə
yazılmış Mirzə Sadıqcan, Cabbar Qar-
yağdıoğlu, Keçəçioğlu Məhəmməd,
Xan Şuşinski, Bülbül və b. kimi 30
məşhur ifaçıya qoyulmuş büstlərin
arasından keçirlər.
Dostları ilə paylaş: