Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə519/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   515   516   517   518   519   520   521   522   ...   538
Ə d ə b i y y a t

C.Cabbarlı adına Respublika  Gənclər Kitabxanası  [Mətn] //Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında.-Bakı, 2007.-

C.1-2.-S.24-25.

www. ryl.az

Kitabxanaşünaslıq.Biblioqrafiya


414

Ucar rayon Kitabxanası

1948

2013

Ucar rayonunda kitabxananın təməli 1948-ci 

ildə qoyulmuşdur. Ucar rayon Mərkəzi kitabxa-

nası 1978-ci ildən Mərkəzləşdirilmiş Kitabxana 

Sistemi kimi fəaliyyət göstərir. MKS-ə 1 Mərkəzi 

kitabxana, 6 şöbə, 1 Uşaq kitabxanası, 5 şəhər ki-

tabxana  filialı, 40 kənd kitabxana filialı daxildir. 

Mərkəzi Kitabxanada İRBİS-64 Avtomatlaşdırıl-

mış Kitabxana İnformasiya Sistemi (Elektron ka-

taloq, Elektron kitabxana) tətbiq olunmuşdur. 

Füzuli rayon kitabxanası 1948-ci ildə yaradıl-

mış, 1978-ci ildən isə öz ətrafında 1 Mərkəzi, 1 

uşaq, 1 gənclər, 4 şəhər, 3 qəsəbə, 81 kənd kitab-

xana  filiallarını birləşdirərək Mərkəzləşdirilmiş 

Kitabxana Sistemi kimi fəaliyyətini davam etdir-

mişdir.


Həmin kitabxanaların fondları 387 000 kitabdan 

ibarət olmuşdur. 1993-cü ildə erməni qəsbkarları 

tərəfindən işğal olunan Füzuli rayonunun 91 kitab-

xanası öz fəaliyyətini itirərək fondları ilə bərabər 

tamamilə məhv edilmişdir. 1994-cü ildə rayonun 

25 yaşayış  məntəqəsi Milli Ordumuz tərəfindən 

işğaldan azad olunduqdan sonra 33 kitabxana 

tədricən öz fəaliyyətini başqa məqsədlər üçün 

bərpa edilmiş ictimai binalarda və  şəxsi evlərdə 

bərpa  etməyə  başlamışdır.

Kitabxana fondlarını  bərpa etmək üçün rayo-

nun tanınmış yazıçı və ziyalılarının hədiyyə etmiş 

olduqları kitablar, Respublika Mədəniyyət və Tu-

rizm Nazirliyinin göstərişi ilə  İmişli, Ağcabədi, 

Zərdab, Ağsu, Kürdəmir rayon Mərkəzləşdirilmiş 

Kitabxana Sistemlərindən  əvəzsiz olaraq alınan 

kitablar və jurnallar, bununla bərabər Mədəniyyət 

və Turizm Nazirliyinin Kitabxana Kollektorundan 

və Prezident Aparatından alınmış kitablar hesa-

bına MKS-in fondu 35 114 ədədə çatdırılmışdır. 

Hazırda MKS-də 1 xidmət şöbəsi və 34 kitabxana 

filialı fəaliyyət göstərir.

Mərkəzi Kitabxana 1994-cü ildən öz fəaliyyətini 

Mahmudlu - 2 kəndində davam etdirmiş, yerləşdiyi 

binanın qəza vəziyyətində olduğunu nəzərə alaraq 

sözü gedən kitabxananın rayonun yeni salınmış 

birinci Zobucuq qəsəbəsinə köçürülməsi və ora-

da fəaliyyət göstərməsi üçün Azərbaycan Res-

publikasının Mədəniyyət və Turizm Nazirliyinə 

müraciət olunmuşdur. Mədəniyyət və Turizm 

Nazirliyinin 08.01.2010-il tarixli  24/03   saylı  

məktubuna  əsasən Füzuli  rayon  Mərkəzi  Kitab-

xanası 10.01.2010- cu  il  tarixində  birinci  Zobu-

cuq qəsəbə mədəniyyət  evinin 40  kv/ m olan  bir 

otağına  köçürülmüşdür.

Hazırda MKS-də 1 xidmət şöbəsi, 1 şəhər ki-

tabxanası və 31 kənd kitabxana filialları fəaliyyət 

göstərir. Kitabxanada 3 şöbə fəaliyyət göstərir.

Ünvan: Füzuli rayonu Zobucuq I qəsəbəsi

www.fuzulimks.webs.com




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   515   516   517   518   519   520   521   522   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin