420
Tarixdə bu gün
15
illiyi
10
illiyi
Leopold və Mstislav Rostropoviçlərin
ev-muzeyi
1998
Ağgöl Milli Parkı
2003
2013
Ə d ə b i y y a t
İbrahimov, T. Azərbaycan
qoruqlarının landşaftı
[Mətn]: iki hissədə /T. İbra-
himov; elmi red. Ş.Göyçaylı;
BDU, Coğrafiya fakültəsi.-
Bakı: Mars-Print, 2010.-
Hissə 1.- 336 s.
www.eco.gov.az
Leopold və M.Rostropoviçlərin
ev-muzeyi dünya şöhrətli violonçe-
list, dahi şəxsiyyət M.Rostropoviçin
anadan olduğu və uşaqlıq illərini ke-
çirdiyi evdə yerləşir. Muzeyin ekspo-
zisiyasında M.Rostropoviçin uşaqlıq,
gənclik, həyat və yaradıcılıq illərinin
çiçəkləndiyi dövrləri əks etdirən maraqlı
materiallar nümayiş etdirilir. Muzeyin
ekspozisiyası iki hissədən ibarətdir. Bi-
rinci hissədə Rostropoviçlər ailəsinin
yaşadığı evin ab-havası, o dövrkü
mühit əks etdirilmişdir. Muzeydə nü-
mayiş olunan eksponatlar arasında L.
Rostropoviç tərəfindən oğluna yazdı-
ğı (1942-ci il) məktub da vardır. Bu
məktub M.L Rostropoviç üçün hər bir
zaman mənəvi dayaq rolunu oynamış-
dır. Ekspozisiyanın ikinci hissəsində
M.L.Rostropoviçin həyat və yaradı-
cılıq fəaliyyətinin ən mühüm anları,
eyni zamanda onun Bakı ilə əlaqələrini
təsdiqləyən materiallar nümayiş olu-
nur. Muzeydə M.Rostropoviç haqqında
olan filmlər, maestronun ifası ilə yazıl-
mış audio kassetlər və disklər vardır.
Ağgöl Milli Parkı 2003-cü ildə ya-
radılmış, sahəsi 17, 924 hektardır.
Kür-Araz Ovalığının Mil Düzənliyi,
Kür çayının sağ sahili boyu ərazidə
yerləşən gölə Ağ göl adı çox güman ki,
yüksək şoranlığa malik olan dayaz su-
bataqlıq ərazisinin yay mövsümündə
quruması, duz qatının üzə çıxması və
uzaqdan ağararaq ağ səth effekti yarat-
ması nəticəsində verilmişdir. Ərazinin
qocaman sakinlərinin sözlərinə görə
əvvəllər yerli sakinlər yay vaxtı bura-
dan xörək duzu hasil edirlərmiş.
Təbiət Qoruğunun yaradılmasın-
da əsas məqsəd Ağgöl və onun ətraf
ərazilərində məskunlaşan yerli və
köçəri su-bataqlıq quşlarının, xüsusilə,
məməli heyvanların və onların yaşa-
yış yerlərinin (biotoplarını) davamlı
inkişafını təmin etməkdən ibarətdir.
Ümumilikdə, 500 mindən çox quşun
qışladığı bu ərazidə 140 növdən çox
quş məskunlaşır, 87 növ quş yumurta
qoyaraq bala verir. Burada rast gəlinən
quşların 30 növünün adı “Azərbaycanın
Qırmızı Kitabı”na salınmışdır.
Dostları ilə paylaş: |