Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə525/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   521   522   523   524   525   526   527   528   ...   538
419

Ə d ə b i y y a t

Rüstəmli, T. 

C.Məmmədquluzadənin 

ev-muzeyində açıq qapı 

günü [Mətn] /T.Rüstəmli 

//Xalq qəzeti .-2011.- 29 

sentyabr.- S. 7.

İ n t e r n e t d ə

www.anl.az

www.memmedquluzade.az

www.mct.gov.az

Tarixdə bu gün

35

 illiyi

Cəlil Məmmədquluzadənin 

ev-muzeyi 

1978       

2013

Azərbaycan xalqının böyük oğlu, 

görkəmli yazıçı, qüdrətli dramaturq, 

xalq müəllimi, ictimai xadim, de-

mokrat, publisist və  fədakar jurna-

list, Şərqdə ilk şəkilli – satirik “Molla 

Nəsrəddin” jurnalının yaradıcısı və 25 

illik bir dövrdə redaktoru olmuş Cəlil 

Məmmədquluzadənin ev-muzeyi 

onun 1921-1932-ci illərdə Bakıda 

yaşayıb yaratdığı  mənzildə  (Süley-

man Tağızadə küçəsi 56, tarixi adı 

Köhnə Poçt küçəsi, 64) Azərbaycan 

Dövlətinin və hökumətinin müvafiq 

qərarı ilə 1978-ci ildə yaradılmışdır.

Muzeyin yerləşdiyi bina XIX əsrin 

axırları XX əsrin əvvəllərinə aid tarixi 

memarlıq və mədəniyyət abidəsidir.

1994-cü il dekabr ayının 28-də 

ədibin ev-muzeyinin ekspozisiyasının 

açılışı olmuşdur. Açılışda ulu öndər 

Heydər  Əliyev, hökumət və dövlət 

nümayəndələri, görkəmli yazıçılar, 

görkəmli mədəniyyət və incəsənət 

xadimləri iştirak etmişlər.

Ümumi sahəsi 185 kv.metr olan 

muzeyin ekspozisiyası 96 kv.metr 

sahədə yerləşdirilmişdir və 5 zaldan 

ibarətdir.

Birinci otaq – ədibin uşaqlıq, 

gənclik və təhsil illərini, məktəbdarlıq 

fəaliyyətini, ilk yaradıcılıq addımla-

rını, ictimai mühitini və jurnalistik 

fəaliyyəti – “Molla Nəsrəddin” jurna-

lının nəşrini əks etdirən materiallarla 

zəngindir.

İkinci  otaq – Memorial 

cəhətdən qonaq otağıdır. Bütün 

digər otaqlar kimi əsasən memori-

allığı saxlanmışdır. Bu otaq Cəlil 

Məmmədquluzadənin ailəsinə aid 

olan ev əşyaları ilə bərabər ədibin ilk 

jurnalistik  fəaliyyətinin, hekayə ya-

radıcılığını  əks etdirən materiallarla 

zəngindir. Burada, həm də görkəmli 

rəssamların C.Məmmədquluzadənin 

əsərləri mövzusunda işlədikləri təsviri 

sənət nümunələri öz əksini tapmışdır.

Üçüncü otaq – yataq otağıdır. Bu 

otaqda  ədibin  şəxsi  əşyaları  və ailə 

həyatı ilə bağlı materiallar nümayiş 

olunur.


Dördüncü otaq - ədibin drama-

turgiyasını, bədii nəsrini, “Molla 

Nəsrəddin” jurnalının Tiflis və Təbriz 

dövrünü  əks etdirən tarixi sənədlər, 

fotolar, təsviri əsərlər və digər mate-

riallarla zəngindir. 

Beşinci otaq – ədibin iş otağı – 

“Molla Nəsrədddin” jurnalının re-

daksiya otağıdır. Bu otaqda nümayiş 

olunan materiallar ədibin həyat və ya-

radıcılığının 1922 -1932-ci illər dövrü-

nü əhatə edir. “Molla Nəsrəddin” jur-

nalının bu dövrdəki fəaliyyəti, ədibin 

mühiti, mollanəsrəddinçilər, Cəlil 

Məmmədquluzadənin tədqiqatçıları 

ilə bağlı materiallar öz əksini tapmış-

dır. 

Otaqda tamaşaçılar həm də 



Cəlil Məmmədquluzadənin dünya 

şöhrətini  əks etdirən xəritə ilə tanış 

ola bilərlər. Muzey fəaliyyətə baş-

ladığı ildən (1978) bu günə  qədər 

onun  əsas fondunda ədibin və digər 

mollanəsrəddinçilərin həyat və yara-

dıcılığını əks etdirən 5000-dən yuxarı 

eksponat toplanmışdır. 





Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   521   522   523   524   525   526   527   528   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin