1.2.Dövlətin sosial siyasətinin tərkibi və əsas istiqamətləri Azərbaycan Respublikasında dövlətin sosial siyasəti əhalinin sosial müdafiəsi, təhsili, əhalinin sağlamlığının qorunması, gənclər siyasəti və əhalinin digər ictimai-mədəni ehtiuaclarının ödənilməsi sahəsində fəaliyyətini əhatə edir. Müasir dövrdə əhalinin sosial ehtiyaclarının ödənilməsi, təhsilin, səhiyyənin inkişaf etdirilməsi, vətəndaşların sosial müdafiəsinin və sosial təminatının gücləndirilməsi, cəmiyyət üzvlərinin mədəni tələbatının daha dolğun ödənilməsi dövlətin mühüm funksiyası hesab olunur.
Əhalinin sosial-mədəni ehtiyaclarının ödənilməsi dövlətin sosial siyasətinin əsas istiqaməti olmaqla onun maliyyə təminatı əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 2014-cü ilin əvvəlinə olan məlumatlara görə Azərbaycanda işləyən əhalinin təqribən 20-24 faizə qədəri sosial infrastruktur sahələrində çalışaraq dövlətin sosial siyasətinin həyata keçirilmsində bilavasitə iştirak edir.
Qeyd etmək lazımdır ki, əhalinin sosial-mədəni ehtiyacları ildən-ilə artır ki, bu da ölkədə həm sosial sahələrin, həm də sosial infrastrukturunun inkişafına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə maliyyə vəsaitinin artırılmasını zəruri edir. Ölkədə təhsilin, səhiyyənin, mədəniyyətin, elmin inkişafınA, əhalinin sosial müdafiəsi və sosial təminatına, digər ictimai-mədəni tədbirlərin həyaita keçirilməsinə ayrılan büdcə vəsaitinin məbləği ildən-ilə artır.
Azərbaycan Respublikasında dövlətin sosial siyasətinin tərkib hissəsi kimi əhalinin təhsili, səhiyyə və sağlamlığın qorunması, ictimai-mədəni tədbirlər, incəsənət, idman, gənclər siyasəti, sosial təminat, sosial müdafiə və sair tədbirlər dövlət hakimiyyəti və icra orqanlarının sosial fəaliyyət sferasını təşkil edir. Mərkəzi və yerli hakimiyyət orqanlarının sosial siyasət sahəsindəki fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və istiqamətləndirilir. Dövlətin sosial siyasəti bütün dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarının sosial münasibətlər sahəsindəki fəaliyyətinin əsasını təşkil edir.
Azərbaycanda iqtisadi siyasətin sosialyönlü səciyyə daşıması ölkəmizin müstəqillik əldə etdikdən sonrakı demokratik inkişaf yoluna daxil olmasını ifadə edir. Belə ki, Prezident İlham Əliyevin «Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında» Qanunun tətbiqi barədə 7 dekabr 2015-ci il tarixdə imzaladığı fərmanında qeyd edildiyi kimi 2016-cı ilin dövlət büdcəsi də son illərin dövlət büdcələri kimi sosial mahiyyət daşıyır və dövlətin sosial siyasətinin, başqa sözlə dövlətin sosial funksiyasının həyata keçirilməsinə xidmət edir.
Dövlətin sosial siyasətinin və sosial fəaliyyət sferasının əsas istiqamətlərini və tərkib hissəsini təşkil edən təhsil, elm, səhiyyə, sosial müdafiə, sosial təminat, ictimai mədəni tədbirlər, mədəniyyət və incəsənət, idman, gənclər siyasəti və s. qeyri-istehsal sferasına daxil olmaqla bu sahələrdə maddi istehsal baş verməsə də, maddi istehsalın inkişafına fəal təsir göstərir. Ona görə də sosial-mədəni sahələrin, sosial infrastrukturun daim inkişaf etdirilməsinə dövlət böyük əhəmiyyət verir.
Azərbaycan Respublikasında indiki şəraitdə dövlətin həyata keçirtdiyi sosial siyasəti əhalinin sosial xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yönəldilməklə təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, digər sosial-mədəni tədbirlərin inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədlərinə dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayırır.
Dövlətin sosial siyasətinin əsas istiqamətləri və onun maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan vəsaitin dinamikasını aşağıdakı cədvəldən göstərmək olar: