Dissertasiya işinin strukturu. Magistr dissertasiyası giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir və 103 səhifə həcmində başa çatdırılmışdır.
İşin I fəsli «Yeni şəraitdə dövlətin sosial siyasətinin əsas inkişaf istiqamətləri» adlandırılmış, sosial siyasətin tərkibi və əsas istiqamətləri, onun iqtisadi və hüquqi əsasları tətdiq olunmuş və sosial siyasətin inkişafına dövlətin qayğısının artması göstərilmişdir.
II fəsildə «Dövlətin sosial siyasətinin maliyyə təminatı mənbələri və dövlət büdcəsinin rolu» tədqiq olunmuş, təhsilin, səhiyyənin inkişafında büdcənin rolu göstərilmiş, sosial müdafiə və sosial təminatın maliyyələşməsi məsələləri əks olunmuşdur.
III fəsil «Dövlətin sosial siyasətinin maliyyə təminatı sistemainin təkmilləşdirilməsi və büdcənin rolunun artması» məsələləri tədqiq olunmuş, təhsilin, digər sosial mədəni tədbirlərin maliyyələşdirilməsində büdcənin rolunun artması istiqamətləri göstərilmişdir.
İşin sonunda tədqiqatın nəticəsi və ədəbiyyat siyahısı göstərilir.
Dostları ilə paylaş: |