Tədqiqatın təcrübi əhəmiyyəti ondan ibarətdir ki, dissertasiyada irəli sürülən təkliflər və tövsiyyələr dövlətin sosial siyasətinin həyata keçirilməsi istiqamətində büdcədən ayrılan vəsaitin məqsədəuyğun və səmərəli istifadə edilməsinə əhəmiyyətli təsir göstərə bilər, təhsilin, səhiyyənin, sosial müdafiə, sosial təminatın və digər sosial-mədəni sahələrin xərc smetalarının tərtibi zamanı nəzərə alına bilər ki, bu da maddi-maliyyə normalarının daha real müəyyən edilməsinə müsbət təsir göstərər.