ĠRSĠYYƏTĠN SĠTOLOJĠ ƏSASLARI «Hər bir hüceyrə diktator rolu oynayan nuklein turşusuna malik mikrokosmosu xatır- ladır; lakin xərçəng zamanı o, qaniçən, talan- çı zülmkara-müstəbidə, istibdadçıya (des- pota), virusla yoluxduqda isə-ölkəni qeyri-qa- nuni zəbt edən qiyamçıya, qarətçiyə (uzur- patora) çevrilir.» (U.M.Stenli, Nobel mükafatı laureatı) 2.1. Ümumi məlumat
Dahi rus fizioloqları İ.P.Pavlov və İ.M.Seçenovun təliminə görə insan və
heyvan orqanizmi vahid bioloji sistem olmaqla xarici mühit amilləri ilə qırılmaz
dialektik vəhdət və əlaqənin hesabına həyat fəaliyyətini dayanıqlı surətdə davam
etdirir. Bu əlaqə sinir və humoral yolla (hormonlar, neyrosekretlər, metabolizm
məhsulları, vitaminlər, mediatorlar, makro və mikroelementlər) həmin sistemlər
tərəfindən təmin olunur. Xarici mühit amillərindən əsasən atmosfer havası və
qidalar (yemlər), eləcə də su mənbələri, torpaq ehtiyatları, ərazinin ekoloji
durumu orqanizmə təsir edir. Həmin amillərin təsirindən orqanizmidə gedən
fizioloji və biokimyəvi proseslərin (metabolizm, hərəki, sekretor, hormonal,
fermentativ, neyro-humoral və s.) baş verməsinə baxmayaraq orqanizm həmin
təsirə uyğunlaşır-adaptasiya olunur. Hüceyrələrdə, orqanlarda, toxumalarda,
ümumilikdə isə bütün orqanizmdə baş verən proseslərin hamısı mərkəzi sinir
sisteminin tamamilə nəzarəti altında icra olunur və sinir-humoral yolla
tənzimlənir. Xarici mühitdən daxil olan adekvat (orqanizmin uyğunlaşdığı və
ona mənfi təsir göstərməyən) və qeyri- adekvat (orqanizmə güclü neqativ təsir
göstərən və fizioloji proseslərin normal ahəngini pozan) qıcıq amilləri