2.5. Meyoz və onun xüsusiyyətləri Meyoz (reduksion bölünmə) – qametogenez (cinsiyyət hüceyrələrinin əmələ
gəlməsi) zamanı xromosomların sayının 2 dəfə azalması və gələcək nəsil
törəmələrində onun sabit saxlanmasının təmin olunmasından ibarət olub,
mitozda baş verən mərhələlərlə gedir. Lakin mitozdan fərqli olaraq meyozun
birinci
mərhələsində
(reduksion
bölünmədə) – interfazada ikiləşmiş
xromosomlardan qız hüceyrələrə hərəsindən biri düşərək, xromosomların
onlarda miqdarı iki dəfə azalır. Meyozun profaza mərhələsi mitozun profaza
mərhələsindən kəskin surətdə fərqlənməklə onun birinci profazasında
xromosomların leptonema, ziqonema, paxinema, diplonema və diakinez mərhələləri ardıcıl olaraq bir-birini əvəz edir. Sonra isə sürətlə davam edən
profaza – I, metafaza –I, anafaza –I, telofaza – I mərhələləri, daha sonra isə
profaza – II, metafaza – II, anafaza –II və telofaza –II mərhələləri bir-biri ilə
əvəz olunur (Ģəkil 9).
Leptonema – profaza –I bölünmənin birinci mərhələsi olmaqla bu zaman
DNT sintezindən sonra cüt xromosomların tayları (homoloqları) iki xromatidə
bölünür və uzanırlar.
Ziqonemada – homoloji xromosomlar bir-birinə yaxınlaşır, onlar
konyuqasiyaya uğrayır, sinapsislər yaranır və paxinema mərhələsi başlayır.