interfaza və xüsusi mitoz ayırd edilir.
İnterfaza- mitozun sələfi olmaqla üç mərhələ-sintez önü (presintetik)(Ç 1 ), sintez (S),postsintez-sintezdən sonrakı (Ç 2 ) – ilə müşayət olunur. Ç
1
-mərhələsində
(presintetik) hüceyrədə onun quruluşunu və bölünməsini təmin edən zülal, RNT və
s. toplanır. Bu mərhələ nisbətən uzun müddət (10 saatdan bir neçə günə qədər)
davam etməklə mRNT (məlumat RNT-si), fermentlər və digər hüceyrə
komponentlərinin sintezi və DNT molekulunun sintezinə hazırlıq mərhələsi sayılır.
S – mərhələsində DNT sintez olunmaqla xromosomların autoreproduksiyası (öz-
özünə ikiləşməsi) başlayır və ikinci xromatidlər əmələ gəlir. Bu zaman proses 6-10
saat davam etməklə nüvədə DNT molekulu 2 dəfə artır, zülal və RNT sintezi davam
edir. Ç
2-
mərhələsində DNT-nin və zülalların sintezi davam edir, enerji toplanır. Bu
mərhələ 3-4 saat çəkməklə xromosomların ikiləşməsi ilə nəticələnir və fərqli
xarakter daşıyır (ikiləşmə xromosomların daxilində eyni zamanda baş vermir,
bəzilərində tez, digərlərində isə gec baş verir). İnterfazadan sonra hüceyrənin
bölünməsi prosesi – mitoz başlayır. Mitotik proses orqanizmin növündən, fizioloji
vəziyyətindən, toxumadan, mühit amillərindən asılı olaraq 30 dəqiqədən 3 saata
qədər davam edir. M.Babayevə və M.Məcidova görə hüceyrə tsiklinin və onun ayrı-
ayrı vaxt kəsiklərinin (dövrlərinin) ümumi davametmə müddəti yalnız müxtəlif
orqanizmlərdə deyil, həm də eyni orqanizmin müxtəlif orqanlarının hüceyrələrində
də xeyli dərəcədə variasiya edir (dəyişilir). Lakin bir orqanın hüceyrələri üçün bu
qiymət nisbi sabitliyə malik olur (cədvəl 6).