133
Şəkil 14. Xromosomların cinsiyyətə təsiri (M.Babayevin tərtibatı, 2006)
Spermatogenez və ovogenez prosesləri orqanizmin digər fizioloji funksi-
yaları kimi neyro-humoral yolla tənzimlənir. Bu zaman baş-beyin toxumluqların
spermatozoid, yumurtalıqların yumurta hüceyrəsi hazırlaması və mayalanmış
yumurta hüceyrəsinin balalığın selikli qişasına implantasiya olunması üçün
müvafiq hormonların sintezinin tənzimlənməsi prosesini həyata keçirir. Bu
funksiyaları sinir sistemi avtomatik olaraq yerinə yetirir və daxili sekresiya
vəzilərinin hormonları vasitəsilə toxumluqların və yumurtalıqların funksional
vəziyyətinə tam nəzarət edir, həm də bütün çoxalma orqanlarına (reproduktiv
sistemə) hipofizin hormonlarının köməkliyi ilə müvafiq komanda verir
(Ģəkil
Dostları ilə paylaş: