118
arxa-arxaya birləşməklə davam etdirir, proses 13-14 dəqiqə davam edir.
Bütün heyvanlardan fərqli olaraq cinsiyyət reaksiyası erkək dəvələrdə
olduqca aqressiv formada keçir. Bu proses əsasən ilin soyuq qış aylarında
baş verir. Həmin dövrdə erkək dəvə yemdən tamamilə imtina edir, çox
güclü, köpüklü tüpürcək əmələ gəlir, insanlara hücum edir və uzaq
məsafədən onlara tüpürür. El arasında buna «nər qızıb» deyirlər. Nər
insan üçün çox təhlükəli olduğu üçün həmin dövrdə bir neçə gün onun ön
ətraflarını möhkəm çidarlayır, cinsiyyət reaksiyası tamamilə söndükdən
sonra onu çidardan azad edirlər. Buna oxşar reaksiya buğada, xüsusilə
kələdə də müşahidə olunur. Hövrəgəlmə aktı başladıqda kələ olmadıqda
camışlar onu axtarır, bəzən isə onu tapana qədər uzaq məsafəyə miqrasiya
edir. İtdə və digər yırtıcı vəhşi ət yeyən heyvanlarda (canavar, tülkü,
çaqqal, yenot və s.) koitus nisbətən uzun, bəzən isə 2 saata qədər davam
edir və bu müddət ərzində onlar birləşmiş vəziyyətdə olur. Şirlər də
koitusu yatılı vəziyyətdə keçirir. Lakin koitus zamanı erkəklər sakit
davrandığı halda, dişilər ona qarşı olduqca aqressivlik göstərir, sanki
onunla dava etməyə çalışır. İnsanda koitus sinir tipindən və
temperamentlik dərəcəsindən asılı olaraq ayrı-ayrı fərdlərdə bir-birindən
xeyli fərqlənir və müxtəlif müddət davam edir.
Çoxalma prosesi ilə əlaqədar bütün reaksiyalar sonda myalanma və ən
həlledici, olduqca mürəkkəb və nəslin davamçısı, irsiyyətin ən dayanıqlı
daşıyıcı sayılan
boğazlıqla yekunlaşır.
Boğazlıq (qraviditas) – irsiyyətin
sitoloji əsası sayılan xromosom və genlərin vasitəsilə əlamət və xassələrin
valideynlərdən gələcək nəsil törəmələrinə keçməsi prosesinin əsas və ən
birinci təminatçısı sayılan mürəkkəb fizioloji prosesdir. Bu proses
ziqotanın əmələ gəlməsindən balanın doğulmasına qədər dişi fərdlərin
orqanizmində baş verir və praktiki olaraq onun başlanğıcı sonuncu
mayalanma hesab olunur. Boğazlıq balalıqda bir və ya bir neçə dölün
inkişaf etməsindən asılı olaraq
birdöllü (ilk doğuş) və
çoxdöllü (əgər baş
versə sonrakı təkrar doğuşlar) formaya böölünür. Gedişinə görə
boğazlığın
fizioloji (ana və dölün normal fizioloji vəziyyətinin davam
etməsi) və
patoloji (ananın və inkişafda olan dölün orqanizmində gedən
fizioloji proseslərin pozulması və patologiya ilə müşayət olunması)
formaları ayırd edilir. Ana bətnində dölün inkişafında 3 əsas mərhələ
mövcuddur:
1.
Dostları ilə paylaş: