(Məhəmməd Füzuli) «Köksümü yaranda asta köks ötür,
Görüb dağ-düyünü əsmə, amandı.
Orda kin-küdurət varsa kəs, götür,
Təkcə məhəbbəti kəsmə amandı.
Məni ürəyimlə görüşdür, həkim,
Öpüm üz– gözündən, sözüm bu nə qəm?
Bu qədər dərdimi yüklənib çəkib,
Mən onun dərdini çəkə bilmirəm.
Ürəyin səsi var, danışacaqdı,
Nələr söyləyəcək o sinədəftər?
Əlində su saxla, alışacaqdı,
Yandımı zəhmətin gedəcək hədər. »
(Rübail, şair, həkim-patofizioloq, professor) 2008-ci ildə Türkiyə həkimi Əli Kamal Topaloğlu dünyada həllini gözləyən
təbabətin 125 cavabsız sualından birinin cavabını tapmışdır. O, müəyyən
etmişdir ki, insanın beynində fəaliyyət göstərən xüsusi genlər yetkinliklə bağlı
olan xəstəliklərin (vaxtından əvvəl və gec cinsiyyət və fizioloji yetişkənliyin baş
verməsi, kriptorxizm, uşaqların boy və inkişafdan qalması və s.) müalicəsini
tənzimləyir və onların qarşısını alır. Göründüyü kimi, genetika və
biotexnologiya elmi artıq təbabətin daha ciddi problemlərinin araşdırılmasına
inteqrasiya edir və bu areal get-gedə daha da qloballaşır.