19
YaxĢı olar ki, tibbidə olduğu kimi, baytarlıq təbabətində də həmin fənn
baytarlıq təbabəti genetikası ilə birlikdə tədris olunsun. Güman edirik ki, bu
vacib məsələ tezliklə öz müsbət həllini tapacaqdır. Çünki tibbi biologiyanı
bilməyən, onun haqqında müfəssəl anlayıĢı olmayan həkim öz fəaliyyətində heç
bir uğur qazana və məĢhurlaĢa bilməz. Qeyd edilənləri nəzərə alaraq müəlliflərin
birlikdə 14 ildən artıq müddət ərzində çox gərgin zəhmətə qatlaşıb «Baytarlıq
təbabəti genetikası» adlı fundamental, ölkəmizin məşhur alimləri tərəfindən müsbət
rəylə dəstəklənən, Təhsil Nazirinin əmri ilə qrif verilən və nəşr olunması məsləhət
bilinən, müasir tələblərlə uzlaşan ilk ali məktəb dərsliyi kimi ərsəyə gəlməsi diqqəti
cəlb edir. Dərslik hazırlanarkən «Baytarlıq təbabəti genetikası və biotexnologiyanın
əsasları» fənni üzrə mövcud olan son (2009) tədris proqramına, dünya, xüsusilə rus
alimlərinin və milli elm xadimlərimizin əsərlərinə geniş istinad edilmişdir.
Dərslik Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən «Baytarlıq təbabəti
genetikası və biotexnologiyanın əsasları» adı ilə dərslik kimi təsdiq olunmaqla iki
hissədən – ―Baytarlıq təbabəti genetikası‖ və ―Biotexnologiyanın əsasları‖ ibarətdir.
Dərsliyin ikinci hissəsi – ―Biotexnologiyanın əsasları‖ – üzərində müəlliflər hazırda
gərgin işlər aparır və yaxın gələcəkdə oxuculara təqdim ediləcəkdir.
Biotexnologiyanın əsasları müasir qloballaşma, dövrünün ən prioritet tələbi kimi
gündəmə gəlməklə, onsuz kənd təsərrüfatı, baytarlıq təbabəti və tibb sahəsində
yüksək ixtisaslı mütəxəssiz hazırlığından heç bir söhbət gedə bilməz və bu qeyri
mümkündür. Çünki hazırda bütün kənd təsərrüfatı, sənaye və digər istehsal
texnologiyaları yalnız biotexnoloji proseslərə əsaslanır, ona istinad edir, müasir
nanotexnologiya elmi-texniki tərəqqiyə inteqrasiya olunur. Biotexnoloji proseslərin
hamısı fundamental, tədbiqi xarakter daşıyır (qida və yeyinti məhsulları, zülallar,
hormonlar, fermentlər, bioloji preparatlar – antibiotiklər, diaqnostikumlar,
diaqnostiki və immunseriumlar, testlər, vaksinlər, immunoqolobinlər və s. Dərman
preparatları əsasən bu üsulla alınır).
Dostları ilə paylaş: