etdirən, nəsildən nəsilə ötürən xassəsi olmaqla, müəyyən xarici mühit şəraitin- də onların fərdi, spesifik, xarakterik inkişafını təcəssüm etdirir. İrsiyyət orqa- nizmlərinin çoxalma prosesi zamanı öz irsi əlamət və xassələrininin nəsildən nəsilə ötürülməsindən ibarət olub, ayrı-ayrı növlərə mənsub olan xüsusiyyət- lərin populyasiyalarda dayanıqlı olaraq davam etməsini təmin edir. İrsiyyətin
nəsildən nəsilə ötürülməsi mexanizminin və dinamikasının öyrənilməsi, bir
qayda olaraq, həmişə genetika elminin ən aktual problemi olmuşdur. İrsi əlamət və xassələr qeyri-cinsi, cinsi və vegetativ çoxalma yolu ilə nəsildən nəsilə,