23
GĠRĠġ, BAYTARLIQ TƏBABƏTĠ GENETĠKASININ
MƏQSƏD VƏ VƏZĠFƏLƏRĠ, ĠNKĠġAF TARĠXĠ
“Həkim aslan ürəyinə, qartal baxışına,
ilan müdrikliyinə və qız əllərinə malik olma-
lıdır”.
(loğman Əli Ġbn Sina)
«Əgər sən həkimlikdən başqa, həm də
filosofsansa, Allaha bərabər həkimsən».
(təbabətin atası Hippokrat)
1.1. Ümumi anlayıĢ, genetikanın məqsədi və vəzifələri
Genetika (yunanca «genezis»-«əcdad», «mənşə») – biologiya elminin ən
əsas, fundamental sahəsi olmaqla orqanizmlərin irsiyyət və dəyişkənliyini
öyrənən elmdir. Hazırda elmi-texniki tərəqqiyə əsaslanan və çox sürətlə inkişaf
edən molekulyar biologiyanın bütün müddəaları və prioritet istiqamətləri
(genetika
mühəndisliyi,
immunoferment
analizi,
immunogenetika,
immunologiya, enzimologiya, biotexnologiya və s.) məhz genetika elminə
əsaslanır. Genetika elminin müasir nailiyyətləri əsasında molekulyar biolo-
giyanın yeni və olduqca mütərəqqi sahələri – genetika mühəndisliyi və biotex-
nologiya elmləri artıq müstəqil elmi sahə kimi formalaşmağa başlamışdır. Məhz
bu mütərəqqi elm sahələrinə əsaslanaraq kənd təsərrüfatının, bioloji sənayenin,
istehsalatın bütün sahələrində, xüsusilə təbabətdə, baytarlıq təbabətində geniş
tətbiq olunan bioloji preparatlar (vaksinlər, immun serumlar, diaqnostikumlar,
hormonlar, fermentlər, antibiotiklər, sulfanilamid və nitrofuran qrupu
preparatları, yem və qida əlavələri, müxtəlif dərmanlar, xlorella, spirullin kimi
qiymətli, zülallarla çox zəngin olan yemlər və s.) istehsal olunur. Bu gün
orqanizmlərdə gedən metobolik proseslərin hamısı (metabolizm, anabolizm,
katabolizm) məhz molekulyar genetika, molekulyar və submolekulyar sitologiya
səviyyəsində öyrənilir. Genetika mühəndisliyi və biotexnologiyanın yüksələn
düz
xətlə
dinamik
inkişafı
müasir
I FƏSĠL
21
biologiya, xüsusilə molekulyar biologiya elminin ən böyük nailiyyəti kimi
dəyərləndirilməlidir. Məhz həmin elm sahələri biologiyanın müasir İnformasiya,
Kommunikasiya Texnologiyaları (JKT) və nanotexnologiya səviyyəsində
öyrənilməsinə, inkişafına olduqca güclü zəmin yaradır.
Genetikanın əsasını irsiyyət və dəyişkənlik təşkil edir. Bu iki amil canlı
materiyanın təkamülünü təmin edən aparıcı qüvvə sayılır. İrsiyyət – orqa-
nizmlərin nəsillərarası maddi və funksional xüsusiyyətlərini daşıyan, əks
Dostları ilə paylaş: |