Fяxrяddиn mustafayev


mənsub olduğunu aşkarlayır, göz yaşı tökür, sonda isə ön ətrafları ilə həmin



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə43/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   284
mənsub olduğunu aşkarlayır, göz yaşı tökür, sonda isə ön ətrafları ilə həmin 
cəsəd qalıqlarını torpağa basdırır, sanki yenidən dəfn edirlər. Heç şübhəsiz ki, 
fillərə  məxsus  olan  bu  instinktlər  yalnız  genlərin,  genetik  kodların  vasitəsi  ilə 
icra  olunur,  irsi  xarakter  daşıyır  və  nəsildən  nəsilə  ötürülür.  Q.  Mendel, 
T.Morqan, N.Vavilov, Q.de-Friz, K.Korrens, E.Çermak və başqa dünya şöhrətli 
alimlər  bəşəri  və  planetar  əhəmiyyətli  genetika  elminin  əsas  qanunlarını  kəşf 
etməklə  biologiya  elminin  elmə  məlum  olmayan  yeni  sirlərini,  nailiyyətlərini 
aşkar etdilər. Azərbaycan alimləri də bu  sahədə novatorluq etmiş, genetika və 
seleksiyanın  öyrənilməsi  ilə  çox  ciddi  məşğul  olmuş,  elmi-praktiki  cəhətdən 
xüsusi  əhəmiyyət  kəsb  edən  fundamental-tətbiqi  xarakterli    tədqiqatlar 
aparmışlar.  Onlar  yeni  taxıl  sortları,  qoyun,  qaramal,  camış  cinsləri  yaratmış, 
genetikanın,  seleksiyanın  nəzəri  və  tətbiqi  xarakterli  məsələlərinin  öyrənilməsi 
ilə məşğul olmuşlar. Alimlərimizin milli genetika elmimizin inkişafındakı böyük 


 
23 
və  təqdirəlayiq  xidmətlərini  nəzərə  alaraq  onların  elmi-tədqiqatlarının  prioritet 
istiqamətləri  və  yaradıcılığı  haqqındakı  məlumatlar  müvafiq  fəsillərdə  şərh 
olunmuşdur.  Güman  edirik  ki,  xalqımızın  gələcəyi  olan  gənclərimiz, 
tələbələrimiz,  şagirdlərimiz  və  bütün  oxucular  milli  genetika  elmimizin  
sələflərinin, korifey alimlərimizin yaradıcılığı, elmi axtarışları və nailiyyətləri ilə 
tanış olduqdan sonra müvafiq nəticə çıxaracaq, onların keçdiyi çox şərəfli elmi 
irsi örnək kimi qəbul edəcək, yollarını davam etdirəcək və bu elmə böyük maraq 
göstərəcəklər.  Çünki  bütün  bioloji,  tibbi,  baytarlıq  təbabəti  və  aqrar  təmayüllü 
elmlərin əsas məsələləri, məhz hüceyrə, xromosom və gen səviyyəində öyrənilir. 
İstər  tibbi,  istərsə  də  baytarlıq  təbabəti  həkimləri  hazırda  bütün  patologiyaları 
yalnız  genetik  səviyyədə  öyrənirlər.  Baytarlıq  təbabəti  genetikasının  əsas 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin