Fяxrяddиn mustafayev


Quliyev Ələkbər Məmməd oğlu



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə71/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   284
Quliyev Ələkbər Məmməd oğlu  
(1911-1983) 
 
Məşhur  botanik,  genetik  və  seleksiyaçı  alim, 
akademik, Əməkdar Elm Xadimi Ələkbər Məmməd 
oğlu  Quliyevin  Azərbaycanda  botanika,  bitkilərin 
genetikası, 
fiziologiyası, 
genefondunun 
dəyişkənliyi,  ümumilikdə  biologiya  və  kənd 
təsərrüfatı elmlərinin öyrənilməsi, inkişafı sahəsində 
elmi-praktiki  və  nəzəri  cəhətdən  olduqca  böyük 
əhəmiyyət  kəsb  edən  fundamental-tətbiqi  xarakterli 
tədqiqatların  aparılmasında  və  ölkəmizdə  aqrar 
sahənin  mütəxəssislərinin  hazırlanmasında  xüsusi  xidmətləri  olmuşdur.  Alimin 
rəhbərliyi  ilə  ölkəmizin  bitki  örtüyünün  genefondu,  bitkilərin  anatomiyası, 
fiziologiyası,  genetikası,  seleksiyasının  öyrənilməsi  sahəsində  aparılan 
təcrübələr  çox  uğurlu  nəticələr  vermiş  və  elmi  yeniliklərə  nail  olunmuş,  çoxlu 
sayda  elmlər  namizədləri  və  doktorları  hazırlanmışdır.  Alim,  aqronomluq, 
bitkiçilik  və  biologiya  elmləri  üzrə  çoxlu  sayda  ali  məktəb  dərslikləri,  dərs 
vəsaitləri,  kitab  və  monoqrafiyaların  müəllifi  olmuşdur.  Ə.M.Quliyevin 
təbiətşünaslıq  elmləri  üzrə  apardığı  elmi  axtarışlar  sanki  genetik  olaraq  öz 
övladlarına  da  sirayət  edərək  onlara  biologiya  elmi  sahəsində  böyük  uğurlar 
nəsib  etmişdir.  Oğlu  biologiya  elmləri  doktoru,  professor  Akif  Quliyev  Bakı 
Dövlət  Universitetinin  «Biologiya»  fakültəsinin  dekanı,  «Biokimya  və  bitki 
fiziologiyası»  kafedrasının  müdiri,  biologiya  elmləri  doktoru,  professor  Rauf 
Quliyev BDU-nun «Genetika və darvinizm» kafedrasının müdiri, Sayad Quliyev 
isə  ADAU-nun  «Bitkilərin  genetikası  və  seleksiyası»  kafedrasının  dosenti 
vəzifəsində  işləyir.  Ə.M.Quliyevin  ölkəmizdə  yüksək  ixtisaslı  kənd  təsərrüfatı 
kadrlarının–  aqronom,  baytarlıq  təbabəti  həkimi,  zootexnik  və  bioloqların 
yetişdirilməsi sahəsində çox böyük xidmətləri olmuşdur. 
 


 
42 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin