Fяxrяddиn mustafayev


Qəniyev Məmmədtağı Qasım oğlu



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə74/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   284
Qəniyev Məmmədtağı Qasım oğlu  
(1907-1979) 
 
Azərbaycanda  baytarlıq  təbabəti  mikro-
biologiyası  elminin  banisi,  korifey  alim,  Əməkar 
Elm  Xadimi,  bir  neçə  orden  və  medallarla  təltif 
edilmiş,  akademik  Məmmədtağı  Qasım  oğlu 
Qəniyevin  milli  elmimizin  inkişafında  çox  böyük 
xidmətləri  olmuşdur.    O,  300-ə  qədər  monoq-
rafiya,  dərslik,  dərs  vəsaiti,  fundamental  məlumat 
mənbələri  hazırlayıb  çap  etdirmişdir.  Onun  bütün 
elmi tədqiqat işlərində mikroorqanizmlərin heyvan 
və  quşların  patologiyasında  roluna,  onların 
genetik, 
morfoloji, 
həssaslıq, 
davamlılıq, 
dəyişkənlik  və  s.  xüsusiyyətlərinin  öyrənilməsinə  xüsusi  önəm  verilmişdir.  O, 
1932-ci  ildə  İrəvan  şəhərində  Zaqafqaziya  Zoobaytarlıq  İnstitutunu  bitirmiş, 
1936-cı  ildə  namizədlik,  1944-cü  ildə  isə  doktorluq  dissertasiyaları  müdafiə 
etmiş,  1938-1959-cu  illərdə  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  baytarlıq 
təbabəti fakültəsinin  ―Mikrobiologiya‖  kafedrasının  rəhbəri  olmuş,  1962-ci ildə 
isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzv seçilmişdir. M.Qəniyev 
milli  baytarlıq  təbabəti  elmimizin  inkişafına  böyük  töhfələr  verən  ilk  milli 
kadrlardan  biri  olmuşdur.  Alim  uzun  müddət  Elmi-Tədqiqat  Baytarlıq 
İnstitutunun  direktoru  vəzifəsində  çalışmaqla,  baytarlıq  təbabətinin  aktual 
problemlərinin öyrənilməsi sahəsində fundamental elmı-tədqiqat işlərinin həyata 
keçirilməsinə  rəhbərlik  etmişdir.  Milli  baytarlıq  təbabəti  və  mikrobiologiya 
elmimizin  banisi,  ƏEX,  dünya  şöhrətli  alim,  akademik  Məmmədtağı  Qəniyev 


 
44 
əsil zəhmətkeş, vətənpərvər elm fədaisi olmuşdur. M.Qəniyev 300-ə qədər elmi 
əsərin,  dərslik  və  dərs  vəsaitlərinin  müəllifi,  20  nəfər  elmlər  doktoru  və  80-ə 
qədər  elmlər  namizədinin  elmi  rəhbəri  olmuş  və  ölkəmizdə  mikrobioloqlar 
ordusunun əsil yaradıcısı olmuşdur. 
 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin