Fяxrяddиn mustafayev


Cəfərov Məmmədtağı Ġbrahim oğlu



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə75/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   284
Cəfərov Məmmədtağı Ġbrahim oğlu  
(1936-2007) 
 
Ölkəmizdə  aqrar  sahə  üzrə  yüksək  ixtisaslı 
kadrların  hazırlanmasında  qədim  tarixə  malik 
olan,milli  elmimizin  yaradıcıları  –  dünya  şöhrətli 
alimlərimizi  yetişdirən,  müqəddəs  təhsil  ocağı 
ADAU-nun  formalaşmasında,  inkişafında,  tərəqqi 
və  təşəkkülündə  böyük  işlər  görən,  məşhur  alim, 
elm  xadimi,  AMEA-nın  həqiqi  üzvü  akademiki 
Məmmədtağı  İbrahim  oğlu  Cəfərovun  olduqca 
misilsiz  xidmətləri  olmuşdur.  O,  1954-1959-cu 
illərdə ADAU-nun aqronomluq fakültəsində təhsil 
almış, 1964-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1965-ci ildə kənd 
təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. Alim 1964-1973-cü illərdə 
ADAU-da assistent, dosent, professor 1973-1983-cü illərdə isə «Torpaqşünaslıq 
və  kənd  təsərrüfatının  meliorasiyası»  kafedrasının  müdiri  vəzifələrində 
işləmişdir.  M.Cəfərov  1973-cü  ildə  doktorluq    dissertasiyasını  müdafiə  edərək 
kənd  təsərrüfatı  elmləri  doktoru  alimlik  dərəcəsi  almış,  1975-ci  ildə  isə  ona 
professor  elmi  adı  verilmişdir.  O,  1989-cu  ildə  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının müxbir üzvü seçilmişdir. Alim 150-yə qədər elmi əsərin, çoxlu 
sayda  kitabın,  o  cümlədən  monoqrafiya  və  dərsliklərin,  dərs  vəsaitlərinin 
müəllifidir.  M.Cəfərov  1983-1987  və  1995-2007-ci  illərdə  Azərbaycan  Aqrar 
Universitetinin  rektoru  vəzifəsində  işləmiş,  1992-ci  ildə  Yeni  Azərbaycan  Par-
tiyası Siyasi Şurasının üzvü, YAP Gəncə Şəhər Təşkilatının sədri olmuşdur. O, 
1994-cü  ildə  Azərbaycan  Elmlər  Akademiyası  Torpaqşünaslıq  və  Aqrokimya 
İnstitutunda  doktorluq  dissertasiyasının  müdafiəsi  üzrə  ixtisaslaşmış  Elmi 
Şuranın  həmsədri  olmuşdur.  M.Cəfərov  2002-ci  ildə  Azərbaycan  MEA-nın 
həqiqi  üzvü seçilmiş, səmərəli elmi fəaliyyətinə görə Azərbaycan Respublikası 
Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri  Fərmanına  layiq  görülmüş,  «Şərəf  nişanı» 
ordeni  və  «Maarif  əlaçısı»    döş  nişanı  ilə  təltif  olunmuşdur.  O,  uzun  illər 
Azərbaycan  Ziyalılar  Cəmiyyətinin  sədri,    Yeni  Azərbaycan  Partiyası  Siyasi 
Şurasının üzvü olmuşdur.Böyük alim, xeyirxah və tarixi şəxsiyyət M.Cəfərovun 
milli  kənd  təsərrüfatı  və  torpaqşünaslıq  elmlərinin  inkişafındakı  xidmətləri  elm 
və təhsilimizin tarixinə qızıl hərflərlə həkk olunub. 


 
45 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin