Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 15. Dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə14/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   10   11   12   13   14   15   16   17   ...   34
Maddə 15. Dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq 

nəzarəti  

15.1. Azərbaycan Respublikasının ərazisində dövlət baytarlıq nəzarətində olan yüklərin 

daşınmasına baytarlıq nəzarəti bu yüklərin tranziti (dövlət sərhədinin buraxılış 

məntəqələrində istisna olmaqla) və respublika daxilində yerdəyişməsi ilə əlaqədar həyata 

keçirilir. 

15.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin tranzitinə baytarlıq nəzarəti aşağıdakıları 

əhatə edir: 

15.2.1. Azərbaycan Respublikasının ərazisindən heyvanların və heyvan mənşəli 

məhsulların tranziti üçün dövlət baytarlıq nəzarətindən keçməsi lazım olan 

nəqliyyat vasitələrinin əraziyə daxil olmasına beynəlxalq müqavilələrdə nəzərdə 

tutulan baytarlıq sənədləri olduqda və baytarlıq (baytarlıq-sanitariya) qaydalarına 

əməl edildikdə icazə verilməsini

15.2.2. Azərbaycan Respublikasının ərazisindən heyvanların tranzitinə dair ixrac 

edən ölkə tərəfindən heyvanların növü və sayı, nəqliyyat vasitəsinin növü, tranzit 

ölkəyə marşruta uyğun daxil olduğu və çıxdığı məntəqələri göstərməklə müvafiq 

icra hakimiyyəti orqanına əvvəlcədən məlumat verilməsini



15.2.3. tranzit ölkə kimi beynəlxalq baytarlıq sertifikatı tələb etməyi və 

plomblanmış nəqliyyat vasitələri ilə və ya konteynerlərlə daşınması həyata 

keçirilən hallar istisna olmaqla, digər hallarda dövlət baytarlıq müfəttişi tərəfindən 

heyvanlara qanunla müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) 

baxışı keçirilməsini (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)

15.2.4. baytarlıq nəzarətində olan yükün təhlükəli xəstəliklərdən hər hansı birinə 

görə xəstə və ya onun törədicisi ilə yoluxmuş olması, habelə beynəlxalq baytarlıq 

sertifikatının düzgün tərtib edilmədiyi müəyyən edilərsə, gömrük orqanlarının 

bildirişinə əsasən dövlət baytarlıq müfəttişi baxış keçirərkən yoluxucu xəstəlik 

diaqnozu təsdiq edildikdə, həmin yükün tranzitinin qadağan edilməsini, həmin 

heyvanların (heyvan partiyasının) ixrac edən ölkəyə qaytarılması, kəsimi və ya 

məhv edilməsi haqqında qərar qəbul edilməsini; 

15.2.5. nəzərdə tutulmayan hallarda heyvanların tranzit ölkədə boşaldılması 

haqqında idxal edən ölkənin məlumatlandırılmasını. 

15.3. Dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasının ərazisində 

daşınmasına baytarlıq nəzarəti aşağıdakıları əhatə edir: 

15.3.1. dövlət baytarlıq nəzarətində olan yüklərin yüklənməsinin və 

boşaldılmasının dövlət baytarlıq müfəttişlərinin nəzarəti altında həyata 

keçirilməsini; 

15.3.2. kənd təsərrüfatı heyvanlarının köç yolları və daşınma marşrutlarının 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilməsini və müvafiq 

ərazilərin baş dövlət baytarlıq müfəttişi ilə qanunvericiklə müəyyən edilmiş 

qaydada razılaşdırılmasını; 

15.3.3. dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasında istifadə edilən 

nəqliyyat vasitələrinin (konteynerlərin) beynəlxalq müqavilələrin tələb və 

tövsiyələrinə uyğun hazırlanmasını və istifadə olunmasını. 

15.4. Ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan 

qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələri 

baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə gömrük orqanı 

tərəfindən məcburi dezinfeksiya edilməlidirlər. 

15.5. Dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi 

və ölkə daxilində daşınması qaydaları beynəlxalq müqavilələrin tələb və tövsiyələri 

nəzərə alınmaqla, 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 




Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin