Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 9. Başqa dövlət orqanlarında baytarlıq xidməti



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə2/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   2   3   4   5   6   7   8   9   ...   34
Maddə 2. Baytarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi  

Baytarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

Azərbaycan 

Respublikasının Konstitusiyasından

, bu Qanundan, ona uyğun olaraq qəbul edilmiş digər 

normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

beynəlxalq müqavilələrdən ibarətdir. 

Maddə 3. Baytarlığın əsas vəzifələri  

3.0. Baytarlığın əsas vəzifələri aşağıdakılardır: 

3.0.1. Azərbaycan Respublikasının ərazisini xarici ölkələrdən keçə biləcək 

yoluxucu heyvan xəstəliklərindən qorumaq

3.0.2. heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, 

diaqnostikası və müalicəsi ilə məşğul olmaq, heyvanların çoxaldılması və 

məhsuldarlığın artırılmasına yönəldilmiş tədbirlər görmək; 



3.0.3. əhalini heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən qorumaq

3.0.4. dövlət baytarlıq nəzarətində olan yüklərin ölkə daxilində daşınmasına və 

tranzitinə, habelə onların idxalına və ixracına qanunla müəyyən edilmiş qaydada 

baytarlıq (baytarlıq-sanitariya) təhlükəsizliyini təmin etmək və baytarlıq 

nəzarətini həyata keçirmək; 

3.0.5. insanların qidalanması, heyvanların yemləndirilməsi və emal üçün nəzərdə 

tutulan heyvan mənşəli məhsulların və xammalın heyvankəsim məntəqələri və 

sexlərində, emal müəssisələrində tədarük, saxlanma, satış və digər yerlərdə 

baytarlıq (baytarlıq-sanitariya) ekspertizasını qanunvericiliklə müəyyən edilmiş 

qaydada keçirmək; 

3.0.6. heyvan xəstəlikləri ilə mübarizə üsulları və vasitələri işləyib hazırlamaq, 

baytarlıq preparatları və vasitələrinin, yem və yem əlavələrinin

biostimulyatorların və hormonların təhlükəsizliyinə və keyfiyyətinə qanunla 

müəyyən edilmiş qaydada nəzarət etmək; 

3.0.7. baytarlıq və heyvandarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki 

şəxslər tərəfindən ətraf mühitin çirklənməsinin qarşısını almaq və çirklənməni 

aradan qaldırmaq; 

3.0.8. baytarlıq elminin inkişafı üçün tədbirlər görmək, genişləndirilməsini, elmi 

nəticələrin təsərrüfatlarda tətbiqini, baytarlıq mütəxəssislərinin hazırlanmasında 

və ixtisaslarının artırılmasında iştirak etmək; 

3.0.9. baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tələb və tövsiyələri 

nəzərə alınmaqla heyvanlara və heyvandarlıq məhsullarına Azərbaycan 

Respublikasının baytarlıq (baytarlıq-sanitariya) tələblərini hazırlamaq; 

3.0.10. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər 

vəzifələri yerinə yetirmək. 


Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin