Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 8. Dövlət baytarlıq xidmətinin hüquq və vəzifələri



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə6/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   2   3   4   5   6   7   8   9   ...   34
Maddə 8. Dövlət baytarlıq xidmətinin hüquq və vəzifələri  

8.1. Dövlət baytarlıq xidmətinin aşağıdakı hüquqları vardır: 

8.1.1

. baytarlıq sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini təmin 



etmək; 

8.1.2


. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yeni 

baytarlıq preparatlarının, avadanlıqların və yem əlavələrinin istehsalı və tətbiqinə 

dair normativ-texniki sənədləri təsdiq etmək, onların keyfiyyətinə qanunla 

müəyyən edilmiş qaydada nəzarət etmək, aprobasiyasına dair rəy vermək; 

8.1.3

. Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq 



preparatlarının, o cümlədən heyvan və insanlar üçün ümumi olan baytarlıq 

təyinatlı (müşayiətedici və ya istifadə təlimatlarında baytarlıqda tətbiq ediləcəyinə 

dair məlumatlar olan) preparatların istehsalına, keyfiyyətinə, sınaqdan 

keçirilməsinə, saxlanmasına, daşınmasına, satışına, idxal və ixracına nəzarət 

etmək, onların dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinin aparılmasını 

həyata keçirmək, idxal və ixracına icazə qanunvericiliklə müəyyən edilmiş 

qaydada vermək; 

8.1.4


. heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, 

saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə 



(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) qanunla müəyyən 

edilmiş qaydada dövlət baytarlıq nəzarətini həyata keçirmək; 

8.1.5

dövlət sərhədi boyu zolaqda (dövlət sərhədinin buraxılış məntəqələrində 



istisna olmaqla), bazarlarda, yarmarkalarda və sərgilərdə, istehsal və satış 

yerlərində dövlət baytarlıq nəzarətində olan yüklərə qanunvericiliklə müəyyən 

edilmiş qaydada dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarəti təşkil etmək; 



8.1.6

. heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, 

saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə epizootiya 

əleyhinə və baytarlıq (baytarlıq-sanitariya) tədbirlərinin aparılması üçün icrası 

məcburi olan göstərişlər vermək, baytarlıq qaydalarının və normalarının 

pozulduğu hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada onların 

fəaliyyətini müvəqqəti dayandırmaq və ya qadağan etmək; 

8.1.7


. heyvanların xüsusi təhlükəli xəstəlikləri, o cümlədən heyvan və insanlar 

üçün ümumi olan xəstəliklərin baş verdiyi ölkələrdən və regionlardan 

heyvanların, heyvan mənşəli məhsulların, xammalın, yem, yem əlavələrinin və 

digər kənd təsərrüfatı məhsullarının idxal və ixracına qanunla müəyyən edilmiş 

qaydada məhdudiyyət və ya qadağa qoymaq, bu xəstəliklər baş verdiyi ərazilərdə 

qanunvericiliyə uyğun qaydada karantin qoyulması üçün təklif vermək və digər 

tədbirlər görməsi barədə baytarlıq sahəsində səlahiyyətli beynəlxalq təşkilata 

məlumat vermək; 

8.1.8

. qanunvericiliyə müvafiq olaraq karantin qoyulan ərazidə qoruyucu—



karantin, xüsusi baytarlıq və digər tədbirlərin aparılması qaydalarını 

müəyyənləşdirmək, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda 

qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və 

xəbərdarlıq təyinatlı tədbirlər görmək, bütün müəssisələrə, vətəndaşlara 

heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli məhsulların və 

xammalın zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi 

olan göstərişlər vermək; 

8.1.9


. baytarlıq fəaliyyəti üzrə ayrılan məqsədli dövlət vəsaitinə sərəncam vermək 

və onların səmərəli istifadəsinə nəzarət etmək

8.1.10

. heyvandarlıq binalarının, heyvan mənşəli məhsulların və xammalın 



istehsalı və emalı müəssisələrinin texnoloji normativlərinə, baytarlıqda işlədilən 

kimyəvi, bioloji və farmokoloji preparatların dövlət standartları və texniki şərtləri 

layihələrinə rəy vermək; 


Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin