Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


IV fəsil. Baytarlıq təbabətinin təşkili



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə3/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   2   3   4   5   6   7   8   9   ...   34
Maddə 4. Azərbaycan Respublikasında baytarlıq xidmətinin quruluşu  

Azərbaycan Respublikasında baytarlıq xidməti dövlət və qeyri-dövlət baytarlıq 

xidmətlərindən ibarətdir. 

Maddə 5. Baytarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ  

5.1. Baytarlıq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən 

olunmuş qaydada həyata keçirilir. 

5.2. Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə baytarlıq ixtisası üzrə ali və orta 

ixtisas təhsili olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi 

şəxslər məşğul ola bilərlər. 

5.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa 

qaydalar nəzərdə tutulmamışdırsa, xarici ölkələrdə hazırlıq keçmiş Azərbaycan 

Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər (baytarlıq 

mütəxəssisləri) və xarici hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada 

Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. 



5.4. Fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olmaq istəyən fiziki şəxslər müvafiq 

icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən uçota alınır. 

5.5. Özəl baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi şəxslər və 

baytarlıq preparatlarının istehsalı və satışı ilə məşğul olmaq istəyən hüquqi şəxslər və 

hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 

qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) almalıdırlar. 


Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin