Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 34. Baytarlıq preparatlarının daşınması və saxlanması



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə4/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   2   3   4   5   6   7   8   9   ...   34
II fəsil. Baytarlıq sahəsində dövlət tənzimlənməsi 

Maddə 6. Baytarlıq sahəsində dövlətin vəzifələri  

6.0. Baytarlıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 

6.0.1. baytarlıq sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək; 

6.0.2. baytarlıq sahəsində normativ hüquqi aktlar qəbul etmək; 

6.0.3. dövlət baytarlıq xidmətinin orqanlarını təşkil etmək və onların vəzifə və 

səlahiyyətlərini müəyyənləşdirmək; 

6.0.4. heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair dövlət 

proqramları hazırlamaq və həyata keçirilməsini təmin etmək; 

6.0.5. profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən 

heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısını təsdiq etmək; 

6.0.6. karantin və digər məhdudiyyət tədbirləri tətbiq olunan yoluxucu 

xəstəliklərin siyahısını təsdiq etmək; 

6.0.7. Azərbaycan Respublikasının, bir neçə bölgənin və ya bir rayonun (şəhərin) 

ərazisində karantin rejimini müəyyən etmək; 

6.0.8. epizootiya əleyhinə fövqəladə komissiyalar yaratmaq; 

6.0.9. dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac 

edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili qaydalarını müəyyən etmək; 

6.0.10. dövlət baytarlıq xidmətinin maliyyələşdirilməsini, inzibati və texniki 

cəhətdən təchizatını lazımi səviyyədə təmin etmək; 

6.0.11. baytarlıq fəaliyyəti ilə əlaqədar ətraf mühitin qorunmasını və ekoloji 

təhlükəsizliyini təmin etmək; 

6.0.12. baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək, 

onların fəaliyyətini əlaqələndirmək və nəzarət etmək; 

6.0.13. baytarlıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək, baytarlıq 

fəaliyyətində istifadə olunan sənədlərin beynəlxalq normalara uyğunlaşdırılmasını 

təmin etmək; 




6.0.14. baytarlıq fəaliyyətinin beynəlxalq təşkilatların tələb və tövsiyələri nəzərə 

alınmaqla, həyata keçirilməsi üçün lazım olan digər tədbirləri həyata keçirmək; 

6.0.15. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 


Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin