Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə7/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   2   3   4   5   6   7   8   9   10   ...   34
8.1.11

. müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən fərdi 

baytarlıq təbabəti praktikası ilə məşğul olan fiziki şəxslərin uçotunu aparmaq və 

onlardan lazımi məlumatlar almaq; 

8.1.12


. baytarlıq sahəsində beynəlxalq normaları və epizootiya vəziyyətini nəzərə 

almaqla elmi əsaslara uyğun olaraq baytarlıq (baytarlıq-sanitariya) qaydaları və 

normativ sənədləri işləyib hazırlamaq və təsdiq etmək; 

8.1.13


. başqa dövlət orqanlarının baytarlıq xidmətlərini və baytarlıq sahəsində 

sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək 

və qanunla müəyyən edilmiş qaydada nəzarət etmək

8.1.14


. qonşu ölkələrin dövlət baytarlıq xidməti orqanları ilə sərhəd bölgəsində 

heyvan xəstəliklərinin profilaktikası məqsədi ilə əməkdaşlıq barədə 

qanunvericiliklə müəyyən edilmiş qaydada sazişlər bağlamaq; 

8.1.15


. qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq üzrə beynəlxalq 

təşkilatlarda Azərbaycan Respublikasını təmsil etmək və onlarla əməkdaşlığı 

həyata keçirmək; 



8.1.16. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər 

hüquqları həyata keçirmək. 

8.2. Dövlət baytarlıq xidmətinin vəzifələri aşağıdakılardır: 

8.2.1


. baytarlıq sahəsində fəaliyyətin prioritet istiqamətlərini müəyyən etmək, 

heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair dövlət 

proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 

8.2.2


. profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən 

xüsusi təhlükəli heyvan xəstəliklərinin, karantin və digər məhdudiyyət tədbirləri 

tətbiq olunan yoluxucu xəstəliklərin siyahısını hazırlamaq; 

8.2.3


. Azərbaycan Respublikasının ərazisində heyvanların yoluxan və 

yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğv 

edilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq baytarlıq 

tədbirləri həyata keçirməklə mal-qaranı və başqa heyvanları xəstəliklərdən 

qorumaq; 

8.2.4


. səhiyyə orqanları ilə birlikdə heyvan və insanlar üçün ümumi olan 

xəstəliklərdən əhalinin qorunmasını təşkil etmək və informasiya mübadiləsi 

aparmaq, metodik seminarlar keçirmək

8.2.5


. heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması məqsədilə baytarlıq 

xidmətinin həyata keçirilməsini təmin etmək; 

8.2.6

. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və 



ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq 

məqsədilə müvafiq tədbirlər həyata keçirmək və idxal-ixrac edilən heyvanların, 

heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin baytarlıq 

(baytarlıq-sanitariya) vəziyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada öz 



səlahiyyətləri daxilində yoxlamaq və müvafiq baytarlıq sənədi vermək; 

8.2.7


. qanunvericiliklə müəyyən edilmiş qaydada epizootiya monitorinqi 

aparmaq, heyvanların yoluxan və yoluxmayan xəstəliklərlə xəstələnmə və 

ölümünün səbəbini müəyyən etmək, xəstəliklərin aradan qaldırılması və 

profilaktikasına dair epizootiya əleyhinə tədbirlər planı hazırlayıb təsdiq olunmaq 

üçün 

müvafiq icra hakimiyyəti orqanına



 təqdim etmək; 

8.2.8


. heyvan, heyvan mənşəli məhsullar və xammal sahibləri tərəfindən baytarlıq 

qanunvericiliyinə əməl edilməsinə qanunla müəyyən edilmiş qaydada nəzarət 

etmək; 

8.2.9


. baytarlıq preparatlarının, yem və yem əlavələrinin təhlükəsizliyini, 

saxlanması, daşınması və istifadə edilməsini Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun olaraq təşkil etmək; 

8.2.10


. dövlət baytarlıq nəzarətində olan yüklərin (dövlət sərhədinin buraxılış 

məntəqələrində istisna olmaqla) idxalına və ixracına, onların ölkə daxilində 

daşınmasına və tranzitinə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada 

baytarlıq nəzarətini həyata keçirmək



8.2.11

. heyvanların xəstəliklərdən qorunması üçün lazım olan baytarlıq 

preparatlarına, ləvazimatlara, alətlərə və digər vasitələrə olan tələbatı 

müəyyənləşdirmək və təklifləri 

müvafiq icra hakimiyyəti orqanına

 təqdim etmək; 

8.2.12

. heyvanların xüsusi təhlükəli xəstəliklərinə qarşı baytarlıq preparatlarının 



ehtiyatını yaratmaq; 

8.2.13


. tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, qanunvericiliyə 

uyğun olaraq bütün hüquqi və fiziki şəxslərə baytarlıq xidməti göstərilməsini 

təşkil etmək və xəstəliklərə qarşı baytarlıq tədbirlərinin aparılmasına qanunla 

müəyyən edilmiş qaydada nəzarət etmək; 

8.2.14

. heyvanların yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın, 



baytarlıq preparatlarının, yem və yem əlavələrinin istehsalı zamanı baytarlıq 

(baytarlıq-sanitariya) baxımından standartlara, texniki şərtlərə və baytarlıq 

tələblərinə riayət edilməsinə nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada 

təşkil etmək və həyata keçirmək; 

8.2.15

. heyvandarlıq obyektlərinin, sallaqxanaların, ət, süd və digər heyvan 



mənşəli məhsullar emal edən müəssisələrin, bazarların, xammal anbarlarının, 

heyvanların suvarılması mənbələrinin, köç yollarının və dayanacaqlarının 

baytarlıq (baytarlıq-sanitariya) nəzarətini həyata keçirmək, həmin obyektlərin 

tikintisinin və yenidən qurulmasının, habelə yerqazma işlərinin baytarlıq 

ekspertizasının aparılmasını təmin etmək; 

8.2.16


. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada baytarlıq sahəsində 

identikləşdirmə işlərinin, uçot və hesabatların aparılmasını təmin etmək, 

heyvanların karantin xəstəliklərinin statistik uçotunu aparmaq; 

8.2.17


. baytarlıq təbabətinə dair təlimat, göstəriş, tövsiyə, qayda və normaların, 

baytarlıq sahəsində uçot və hesabat formalarının və digər normativ sənədlərin 

qüvvədə olan qanunvericilik aktlarına və beynəlxalq normativlərə uyğun 

hazırlanmasını, habelə nəşr edilməsini təşkil etmək

8.2.18

. baytarlıq elminin inkişafı, baytarlıq mütəxəssislərinin hazırlanması, 



onların ixtisaslarının artırılması üçün zəruri tədbirlərin həyata keçirilməsində və 

baytarlıq sahəsində elmi-tədqiqatların aparılmasına sifarişlər verilməsində iştirak 

etmək; 

8.2.19


. baytarlıq fəaliyyətini həyata keçirmək üçün büdcədən ayrılmış vəsaitin 

məqsədli istifadəsini təmin etmək, dövlət büdcəsi və digər mənbələr hesabına 

alınmış baytarlıq preparatları və avadanlıqlarının saxlanmasına, daşınmasına və 

istifadəsinə nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil etmək; 

8.2.20

. heyvan xəstəlikləri ilə mübarizədə beynəlxalq baytarlıq təcrübəsindən 



qəbul olunmuş müxtəlif vasitələrdən istifadə edilməsini və fəaliyyət dairəsində 

Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş beynəlxalq öhdəliklərə əməl 

edilməsini səlahiyyətləri daxilində təmin etmək

8.2.21


. respublikada keçiriləcək baytarlıq tədbirləri, Azərbaycan Respublikasının 

baytarlıq qaydaları, normaları və digər normativ hüquqi aktları barədə 

məlumatların maraqlı şəxslərə təqdim edilməsini təşkil və təmin etmək; 



8.2.22

. əhali arasında baytarlıq maarifləndirmə işlərini təşkil etmək və həyata 

keçirmək; 

8.2.23. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər 

vəzifələri yerinə yetirmək. 


Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin