Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 16. Bazarlarda dövlət baytarlıq nəzarəti



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə15/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
Maddə 16. Bazarlarda dövlət baytarlıq nəzarəti  

16.1. Mülkiyyət formasından asılı olmayaraq, heyvanların, heyvan mənşəli məhsulların 

və xammalın ticarəti aparılan bütün bazarlarda və digər yerlərdə dövlət baytarlıq 

nəzarətinin aparılması məcburidir. 

16.2. Bazarlarda dövlət baytarlıq nəzarətini dövlət baytarlıq (baytarlıq-sanitariya) 

ekspertizası laboratoriyaları həyata keçirirlər. 

16.3. Bazarlarda dövlət baytarlıq nəzarəti aşağıdakıları əhatə edir: 



16.3.1. dövlət baytarlıq nəzarətində olan yüklərin onlara verilən baytarlıq 

sənədlərinə uyğunluğunu yoxlamaq, insan sağlamlığına zərər verə bilən heyvan 

mənşəli məhsullara və xammala qanunla müəyyən edilmiş qaydada baxış 

keçirmək

16.3.2

. heyvan mənşəli məhsullardan və xammaldan qanunvericiliklə müəyyən 



edilmiş qaydada nümunə götürüb laboratoriyalarda baytarlıq (baytarlıq-sanitariya) 

ekspertizasından keçirmək; 

16.3.3

. baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların 



satışına icazə verən ekskpertiza aktı təqdim etmək və ya məhsulun (ətin, heyvan 

və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoymaq

16.3.4. insan və heyvanların sağlamlığı üçün təhlükəli olan heyvanların, heyvan 

mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada götürülməsi

zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar qəbul etmək. 

16.4. Bazarlarda məhsul sahiblərinə ticarət yeri yalnız dövlət baytarlıq-ekspertiza 

laboratoriyalarının müsbət rəyindən sonra verilə bilər. 

16.5. Ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-

sanitariya) nəzarətindən keçməyən heyvan mənşəli məhsulların və xammalın satışı 

qadağandır. Bu tələblərə əməl olunmadığı hallarda həmin heyvan mənşəli məhsullar və 

xammal qanunla müəyyən edilmiş qaydada dövriyyədən götürülür, zərərsizləşdirilir və ya 

məhv edilir. 

16.6. Ticarət obyektlərinin sahibləri baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından 

keçməyən məhsulların satışına görə qanunla müəyyən edilmiş qaydada şəxsən məsuliyyət 

daşıyırlar. 

16.7. Bazarlarda baytarlıq (baytarlıq-sanitariya) ekspertizasını yalnız öz ixtisası üzrə ən 

azı üç il işləmiş və müvafiq hazırlığı olan qanunvericiliklə müəyyən edilmiş qaydada 

attestasiyadan keçmiş baytarlıq mütəxəssisləri apara bilərlər. 

16.8. Baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması qaydası 

müvafiq icra 

hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 

16.9. Mülkiyyət formasından asılı olmayaraq, dövlət baytarlıq nəzarəti və baytarlıq 

(baytarlıq-sanitariya) ekspertizası aparmaq üçün bazarların müdiriyyəti qanunvericiliyə 

uyğun olaraq, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası laboratoriyalarına baytarlıq 

normalarına uyğun xidməti otaqlar verməyə və kommunal xərcləri ödəməyə borcludurlar. 




Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin