Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 15. Dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix25.12.2016
ölçüsü0,67 Mb.
#3170
1   ...   10   11   12   13   14   15   16   17   ...   34
Maddə 15. Dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti  

15.1. Azərbaycan Respublikasının ərazisində dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına 

baytarlıq nəzarəti bu yüklərin tranziti (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) və 

respublika daxilində yerdəyişməsi ilə əlaqədar həyata keçirilir. 

15.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin tranzitinə baytarlıq nəzarəti aşağıdakıları əhatə edir: 

15.2.1. Azərbaycan Respublikasının ərazisindən heyvanların və heyvan mənşəli məhsulların tranziti üçün 

dövlət baytarlıq nəzarətindən keçməsi lazım olan nəqliyyat vasitələrinin əraziyə daxil olmasına 

beynəlxalq müqavilələrdə nəzərdə tutulan baytarlıq sənədləri olduqda və baytarlıq (baytarlıq-sanitariya) 

qaydalarına əməl edildikdə icazə verilməsini; 



15.2.2. Azərbaycan Respublikasının ərazisindən heyvanların tranzitinə dair ixrac edən ölkə tərəfindən 

heyvanların növü və sayı, nəqliyyat vasitəsinin növü, tranzit ölkəyə marşruta uyğun daxil olduğu və 

çıxdığı məntəqələri göstərməklə müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən məlumat verilməsini; 

15.2.3. tranzit ölkə kimi beynəlxalq baytarlıq sertifikatı tələb etməyi və plomblanmış nəqliyyat vasitələri 

ilə və ya konteynerlərlə daşınması həyata keçirilən hallar istisna olmaqla, digər hallarda dövlət baytarlıq 

müfəttişi tərəfindən heyvanlara qanunla müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) baxışı 

keçirilməsini (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)



15.2.4. baytarlıq nəzarətində olan yükün təhlükəli xəstəliklərdən hər hansı birinə görə xəstə və ya onun 

törədicisi ilə yoluxmuş olması, habelə beynəlxalq baytarlıq sertifikatının düzgün tərtib edilmədiyi 

müəyyən edilərsə, gömrük orqanlarının bildirişinə əsasən dövlət baytarlıq müfəttişi baxış keçirərkən 

yoluxucu xəstəlik diaqnozu təsdiq edildikdə, həmin yükün tranzitinin qadağan edilməsini, həmin 

heyvanların (heyvan partiyasının) ixrac edən ölkəyə qaytarılması, kəsimi və ya məhv edilməsi haqqında 

qərar qəbul edilməsini; 

15.2.5. nəzərdə tutulmayan hallarda heyvanların tranzit ölkədə boşaldılması haqqında idxal edən ölkənin 

məlumatlandırılmasını. 

15.3. Dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasının ərazisində daşınmasına 

baytarlıq nəzarəti aşağıdakıları əhatə edir: 

15.3.1. dövlət baytarlıq nəzarətində olan yüklərin yüklənməsinin və boşaldılmasının dövlət baytarlıq 

müfəttişlərinin nəzarəti altında həyata keçirilməsini; 

15.3.2. kənd təsərrüfatı heyvanlarının köç yolları və daşınma marşrutlarının 

müvafiq icra hakimiyyəti 

orqanı


 tərəfindən müəyyən edilməsini və müvafiq ərazilərin baş dövlət baytarlıq müfəttişi ilə 

qanunvericiklə müəyyən edilmiş qaydada razılaşdırılmasını; 

15.3.3. dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasında istifadə edilən nəqliyyat vasitələrinin 

(konteynerlərin) beynəlxalq müqavilələrin tələb və tövsiyələrinə uyğun hazırlanmasını və istifadə 

olunmasını. 

15.4. Ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən 

Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələri baytarlıq qanunvericiliyində müəyyən 

edilmiş qaydada və müddətdə gömrük orqanı tərəfindən məcburi dezinfeksiya edilməlidirlər. 

15.5. Dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində 

daşınması qaydaları beynəlxalq müqavilələrin tələb və tövsiyələri nəzərə alınmaqla, 

müvafiq icra 

hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin