Maddə 2. Baytarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Baytarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının
Konstitusiyasından
, bu Qanundan, ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan,
habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Baytarlığın əsas vəzifələri
3.0. Baytarlığın əsas vəzifələri aşağıdakılardır:
3.0.1. Azərbaycan Respublikasının ərazisini xarici ölkələrdən keçə biləcək yoluxucu heyvan
xəstəliklərindən qorumaq;
3.0.2. heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi ilə
məşğul olmaq, heyvanların çoxaldılması və məhsuldarlığın artırılmasına yönəldilmiş tədbirlər görmək;
3.0.3. əhalini heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən qorumaq;
3.0.4. dövlət baytarlıq nəzarətində olan yüklərin ölkə daxilində daşınmasına və tranzitinə, habelə onların
idxalına və ixracına qanunla müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) təhlükəsizliyini
təmin etmək və baytarlıq nəzarətini həyata keçirmək;
3.0.5. insanların qidalanması, heyvanların yemləndirilməsi və emal üçün nəzərdə tutulan heyvan mənşəli
məhsulların və xammalın heyvankəsim məntəqələri və sexlərində, emal müəssisələrində tədarük,
saxlanma, satış və digər yerlərdə baytarlıq (baytarlıq-sanitariya) ekspertizasını qanunvericiliklə müəyyən
edilmiş qaydada keçirmək;
3.0.6. heyvan xəstəlikləri ilə mübarizə üsulları və vasitələri işləyib hazırlamaq, baytarlıq preparatları və
vasitələrinin, yem və yem əlavələrinin, biostimulyatorların və hormonların təhlükəsizliyinə və
keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək;
3.0.7. baytarlıq və heyvandarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ətraf
mühitin çirklənməsinin qarşısını almaq və çirklənməni aradan qaldırmaq;
3.0.8. baytarlıq elminin inkişafı üçün tədbirlər görmək, genişləndirilməsini, elmi nəticələrin
təsərrüfatlarda tətbiqini, baytarlıq mütəxəssislərinin hazırlanmasında və ixtisaslarının artırılmasında
iştirak etmək;
3.0.9. baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tələb və tövsiyələri nəzərə alınmaqla heyvanlara
və heyvandarlıq məhsullarına Azərbaycan Respublikasının baytarlıq (baytarlıq-sanitariya) tələblərini
hazırlamaq;
3.0.10. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
Dostları ilə paylaş: |