Maddə 7. Dövlət baytarlıq xidməti
7.1. Dövlət baytarlıq xidmətini Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının baytarlıq
sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanları və onların tabeliyində olan baytarlıq
(baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən təşkilatlar təşkil edir.
7.2. Dövlət baytarlıq xidmətinin
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş səlahiyyətli
vəzifəli şəxsləri dövlət baytarlıq müfəttişləri, baş dövlət baytarlıq müfəttişlərinin müavinləri, dövlət
baytarlıq müfəttişləri hesab edilirlər.
7.3.
Müvafiq icra hakimiyyəti orqanının
işçiləri
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
qaydada fərqləndirici nişanı olan xüsusi geyim forması ilə təmin edilirlər.
7.4. Dövlət baytarlıq müfəttişlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada təyinatı üzrə istifadə
edilən möhürləri ola bilər.
Dostları ilə paylaş: |