Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 9. Başqa dövlət orqanlarında baytarlıq xidməti



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix25.12.2016
ölçüsü0,67 Mb.
#3170
1   ...   4   5   6   7   8   9   10   11   ...   34
Maddə 9. Başqa dövlət orqanlarında baytarlıq xidməti  


9.1. Başqa dövlət orqanlarının baytarlıq xidmətləri bu Qanuna və digər qanunvericilik aktlarına uyğun 

olaraq: 


9.1.1. müvafiq dövlət orqanlarına məxsus obyektlərdə heyvan xəstəliklərinin profilaktikasını, 

diaqnostikasını və müalicəsini həyata keçirirlər; 

9.1.2. bu orqanların baytarlıq nəzarətində olan obyektlərində baytarlıq (baytarlıq-sanitariya) tədbirlərini 

həyata keçirirlər; 

9.1.3. 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən keçirilən baytarlıq tədbirlərində iştirak edirlər və 

qanunvericiliklə müəyyən olunan digər baytarlıq fəaliyyəti ilə məşğul olurlar. 

9.2. Başqa dövlət orqanlarının baytarlıq xidmətləri baytarlıq tədbirlərinin, baytarlıq (baytarlıq-sanitariya) 

nəzarəti də daxil olmaqla təşkili və yerinə yetirilməsində Azərbaycan Respublikasının baytarlıq 

qanunvericiliyini rəhbər tutur, baytarlıq uçotu və hesabatlarını aparır, onları müəyyən edilmiş qaydada 

və formada 

müvafiq icra hakimiyyəti orqanına

 təqdim edirlər. 

9.3. Başqa dövlət orqanlarının baytarlıq xidmətləri dövlət baytarlıq nəzarəti funksiyasını yerinə 

yetirmirlər. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin