. baytarlıq sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini təmin etmək;
. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yeni baytarlıq
preparatlarının, avadanlıqların və yem əlavələrinin istehsalı və tətbiqinə dair normativ-texniki sənədləri
təsdiq etmək, onların keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək, aprobasiyasına
insanlar üçün ümumi olan baytarlıq təyinatlı (müşayiətedici və ya istifadə təlimatlarında baytarlıqda
tətbiq ediləcəyinə dair məlumatlar olan) preparatların istehsalına, keyfiyyətinə, sınaqdan keçirilməsinə,
saxlanmasına, daşınmasına, satışına, idxal və ixracına nəzarət etmək, onların dövlət qeydiyyatına
alınmasını və dövlət reyestrinin aparılmasını həyata keçirmək, idxal və ixracına icazə qanunvericiliklə
müəyyən edilmiş qaydada vermək;
8.1.4
. heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına,
habelə yem və yem əlavələrinin dövriyyəsinə
(dövlət sərhədinin buraxılış məntəqələrində istisna
olmaqla) qanunla müəyyən edilmiş qaydada dövlət baytarlıq nəzarətini həyata keçirmək;
8.1.5
.
dövlət sərhədi boyu zolaqda (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla),
bazarlarda, yarmarkalarda və sərgilərdə, istehsal və satış yerlərində dövlət baytarlıq nəzarətində olan
yüklərə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarəti təşkil
etmək;
8.1.6
. heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların
ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə epizootiya əleyhinə və baytarlıq (baytarlıq-sanitariya)
tədbirlərinin aparılması üçün icrası məcburi olan göstərişlər vermək, baytarlıq qaydalarının və
normalarının pozulduğu hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada onların fəaliyyətini
müvəqqəti dayandırmaq və ya qadağan etmək;
8.1.7
. heyvanların xüsusi təhlükəli xəstəlikləri, o cümlədən heyvan və insanlar üçün ümumi olan
xəstəliklərin baş verdiyi ölkələrdən və regionlardan heyvanların, heyvan mənşəli məhsulların, xammalın,
yem, yem əlavələrinin və digər kənd təsərrüfatı məhsullarının idxal və ixracına qanunla müəyyən edilmiş
qaydada məhdudiyyət və ya qadağa qoymaq, bu xəstəliklər baş verdiyi ərazilərdə qanunvericiliyə uyğun
qaydada karantin qoyulması üçün təklif vermək və digər tədbirlər görməsi barədə baytarlıq sahəsində
səlahiyyətli beynəlxalq təşkilata məlumat vermək;
8.1.8
. qanunvericiliyə müvafiq olaraq karantin qoyulan ərazidə qoruyucu—karantin, xüsusi baytarlıq və
digər tədbirlərin aparılması qaydalarını müəyyənləşdirmək, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan
zonalarda qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı
tədbirlər görmək, bütün müəssisələrə, vətəndaşlara heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan
mənşəli məhsulların və xammalın zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi
olan göstərişlər vermək;
8.1.9
. baytarlıq fəaliyyəti üzrə ayrılan məqsədli dövlət vəsaitinə sərəncam vermək və onların səmərəli
istifadəsinə nəzarət etmək;
8.1.10
. heyvandarlıq binalarının, heyvan mənşəli məhsulların və xammalın istehsalı və emalı
müəssisələrinin texnoloji normativlərinə, baytarlıqda işlədilən kimyəvi, bioloji və farmokoloji
preparatların dövlət standartları və texniki şərtləri layihələrinə rəy vermək;
Dostları ilə paylaş: