Maddə 10. Bələdiyyələrin baytarlıq sahəsində hüquqları
10.1. Bələdiyyələr tərəfindən yaradılmış hüquqi şəxslər bu Qanunun 27.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada baytarlıq təbabəti ilə məşğul ola bilərlər.
10.2. Dövlət baytarlıq xidməti bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş baytarlıq tədbirlərinin
həyata keçirilməsində köməklik göstərilməsi üçün bələdiyyələri cəlb edə bilər. Bu zaman bələdiyyələr
müvafiq tədbirlərin keçirilməsi məqsədilə öz vəsaitləri hesabına məqsədli fondlar yarada və yerli
büdcədən vəsait ayıra bilərlər.
Dostları ilə paylaş: |